«Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!»149.150
Səudiyyə Ərəbistanı müftisi, məşhur İslam alimlərindən sayılan Şeyx Abdul Əziz bin Abdullah Əli-Şeyx, Amerikada baş vermiş 11 sentyabr terror aktı barəsində verdiyi fətva:
“Aləmlərin Rəbbi olan Uca Allaha həmd-sənalar, Allahdan qorxanlara gözəl aqibət və elçilərin ən şərəflisi olan Məhəmməd peyğəmbərə, onun ailəsinə və əshabələrinə Allahın salamı və xeyr duası olsun.
Amerika Birləşmiş Ştatlarında bu günlərdə baş vermiş terror aktı barəsində, İslam dininin bu terror aktına baxışı və İslam dini bu kimi hadisələrin qəbul edib, etməməsi haqqında çoxlu verilən sualları nəzərə alaraq bildirirəm:
Şübhəsiz ki, Amerika Birləşmiş Ştatlarında baş verən bu hadisədə minlərlə insan qətl edildi və İslam dini bu kimi əməlləri qəbul etmir və bu dindən də ola bilməz. Bu hadisə İslam dininin gəliş qayəsinə uyğun deyildir.
1. Uca Allah ədaləti əmr etmiş və ədalətin bərpa edilməsi üçün elçilər göndərilmiş və kitablar endirilmişdir.
قال الله تعالى:
إن الله يأمر بالعدل و الإحسان و إيتاء ذي القربى و ينهى عن الفحشاء و المنكر و البغي يعظكم لعلكم تذكرون
Allah taala buyurmuşdur:
Dostları ilə paylaş: |