«Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!»151.
و يقول سبحانه:
لقد أرسلنا رسلنا بالبينات و أنزلنا معهم الكناب و الميزان ليقوم الناس بالقسط
Allah taala buyurmuşdur:
«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər…».152
Uca Allahın əmr etdiyi ədalət odur ki, heç kəs başqa birisinin günahını daşımaz.
قال الله تعالى:
ألا تزر وازرة وزر أخرى
Allah taala buyurmuşdur:
«(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır:) "Heç bir günahkar başqasının günahına yüklənməz!».153
2. Uca Allah öz nəfsinə zülm etməyi və insanların da bir-birinə zülm etməsini qüdsi hədisdə buyrulduğu kimi haram etmişdir:
يا عبادي إني حرمت الظلم على نفسي و جعلته بينكم محرما , فلا تظالموا)
“Ey bəndələrim mən öz nəfsimə zülm etməyi və sizin də aranızda bir-birinizə zülm etmənizi haram etdim, bir–birnizə zülm etməyin”.
İstər müsəlman olsun, istərsə də qeyri müsəlman zülmün haram edilməsi hamı üşün keçərlidir. Bir kəsin başqa birisi ilə arasında düşmənçilik olsa belə bir kəsin başqa birisinə zülm etməsi, onun haqqını tapdalaması doğru deyildir. Çünki Uca Allah belə əmr etmişdir.
قال الله تعالى:
يأيها الذين ءامنوا كونوا قوامين لله شهداء بالقسط و لا يجرمنكم شنئان قوم على ألا تعدلوا اعدلوا هو أقرب للتقوى
Allah taala buyurmuşdur:
Dostları ilə paylaş: |