«Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!».154 Yuxarıda qeyd edilən ayə və hədislərdən anlaşıldığı kimi hər kəs, bütün dövlətlər, bütün xalqlar, müsəlmanlar və qeyri-müsəlmanlar bilsin ki, Amerika Birləşmiş Ştatlarında baş vermiş terror aktı və ona bənzər hadisələr, təyyarələrin qaçırılması, insanların qorxudulması, haqsız yerə insanların qətl edilməsi, İslam dininin qəbul etmədiyi zülm, həddini aşmaq və təcavüzdan başqa bir şey deyildir. İslam dinində bu kimi hadisələr haramdır və böyük günahlardandır.
Dinini bilən müdrik müsəlman bu kimi əməllərdən uzaq olmalıdır. Çünki bu əməl sahibləri Allahın qəzəbinə düçar olanlardır. İslam alimlərinin də üzərinə düşən odur ki, bu kimi hadisələrdə insanlara haqqı çatdırsınlar və İslam dininin bu kimi əməlləri qəbul etmədiyini hər kəsə təbliğ etsinlər.”155
Bu çirkin əməllərdən hər bir müsəlman çəkinməlidir. Buna görə də biz insanlara əsl İslam dinini təbliğ etməklə gənclərımizə başa salmalıyıq ki, İslam dini qeyd edilən çirkin əməllərdən uzaqdır və İslam dini terroru lənətləmişdir. Bu işdə ən önəmli vəzifəni isə valideynlər daşıyır. İslam gənclərinin bu çirkin yola düşmələrində ən böyük səbəb valideynləri tərəfindən verilən yanlış tərbiyədir. Valideyn öz övladını uşaq çağından İslam tərbiyəsi ilə yetişdirməsinə önəm verməlidir ki, böyüdüyündə bu pozğun əqidə sahiblərinin əlində alətə çevrilməsin. Neçə-neçə gənclərimiz pozğun əqidə sahibləri tərəfindən aldadılmışdır. Onlara bu çirkin əməllər İslam dininin əsası kimi göstərilmişdir. Şeytan onalrı aldadaraq onlara bu pis və lənətlənmiş əməlləri gözəlləşdirmişdir. Uca Allah buyurmuşdur: