قال الله تعالى :
فَرِيقًا هَدَى وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلالَةُ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِنْ دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ
Allah təala buyurmuşdur:
«(Allah) insanların bir qismini doğru yola yönəltdi, onların bir qismi isə (haqq yoldan) azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə havadar tutmuşdular və özlərinin doğru yolda olduqlarını güman edirlər»156.
İslam dini bütün bəşəriyyətə rəhmət olaraq göndərilmişdir və rəhmət uca Allahın sifətlərindəndir, çünki o, mərhəmətli və rəhmlidir. Həmçinin rəhmli olmaq müsəlmanın kamil sifəti və simasıdır. Mərhəmət ilə insanlar öz aralarında bir-birilərinə qarşı yumşaq və gözəl rəftar edirlər. Mərhəmətli olmaq insanın fitrətində var və insan bu kamil sifət üzərində xəlq edilib. Müsəlmanların bu kamil sifətə yiyələnmələri vacibdir. Müsəlmana qəddarlıq, vəhşilik və günahsız insanların, uşaqların, qadınların və s. insanların qanını tökməsi yaraşmaz. Çünki bizim Peyğəmbərimiz də (s.ə.v.) insanlara rəhmət olaraq göndərilib və şiddət və qəddarlıq onun sifətlərindən deyildir. Uca Allah Qurani-Kərimdə buyurmuşdur:
قال الله تعالى لنبيه:
وَمَا أَرْسَلْنَاكَ إِلاَّ رَحْمَةً لِلْعَالَمِينَ
Allah təala buyurmuşdur:
Dostları ilə paylaş: |