Bəs günahsız insanların qanlarını axıdanları axirətdə nə gözləyir?
Bu cür çirkin əməllərdən tövbə etmək, Allahın doğru yoluna qayıtmaq vacibdir və bilin ki, tövbə qapıları həmişə açıqdır. Uca Allah o qədər mərhəmətli və rəhmlidir ki, günahın növündən və dərəcəsindən asılı olmayaraq, tövbə edənlərin tövbələrini qəbul edər və onların əvvəl etdikləri bütün günahlarını bağışlayar.
قال الله عز و جل :
و توبوا إلى الله جميعا أيه المؤمنون لعلكم تفلحون
Allah təala buyurmuşdur:
«Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!»164.
قال تعالى:
قل يا عبادي الذين أسرفوا على أنفسهم لا تقنطوا من رحمة الله إن الله يغفر الذنوب جميعا إنه هو الغفور الرحيم
Allah təala buyurmuşdur:
«(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!”»165.
يقول سبحانه و تعالى:
وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللَّهِ إِلَـهَا ءاخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِى حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقّ وَلاَ يَزْنُونَ وَمَن يَفْعَلْ ذلِكَ يَلْقَ أَثَاماً يُضَـعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيـمَةِ وَيَخْلُدْ فِيهِ مُهَاناً إِلاَّ مَن تَابَ وَءامَنَ وَعَمِلَ عَمَلاً صَـلِحاً فَأُوْلَـئِكَ يُبَدّلُ اللَّهُ سَيّئَاتِهِمْ حَسَنَـتٍ وَكَانَ اللَّهُ غَفُوراً رَّحِيما
Allah təala buyurmuşdur:
«Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!”166.
قال الله تعالى:
وَأَنِ اسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ يُمَتّعْكُمْ مَّتَاعًا حَسَنًا إِلَى أَجَلٍ مُّسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ وَإِن تَوَلَّوْاْ فَإِنّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ
Allah təala buyurmuşdur:
Dostları ilə paylaş: |