Sual:
Xəvariclər qiblə əhlindən (yəni müsəlmanlardan) sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?
Cavab:
“Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxın bir rəydir. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Amma xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz”.64
Xəvariclərin kafir olmaları rəyini İslam alimlərindən: Buxari, Qadi Əbu Bəkr, Subki, Qurtubi dəstəkləmişdirlər.65
قال الآجري رحمه الله: لم يختلف العلماء قديما و حديثا أن الخوارج قوم سؤء , عصاة الله عز و جل و لرسول الله صلى اللله عليه وسلم, و إن صاموا و صلوا واجتهدوا في العبادة فليس ذلك بنافع لهم , و إن أظهروا الأمر بالمعروف و النهي عن المنكر و ليس بنافع لهم لأنهم قوم سؤء يتأولون القرآن على ما يهوون و يهمون على المسلمين, و قد حذرنا الله عز و جل منهم, و حذرنا رسول الله صلى الله عليه وسلم , و حذرنا الخلفاء الراشدون بعده و حذرنا الصحابة رضي الله عنهم و من تبعم بإحسان رحمة اللله عليهم ..."(الشريعة 1\325)
Əl-Ə”curi demişdir:
“Xəvariclərin şərli bir qövm olduqları barəsində keçmiş və müasir alimlər ixtilaf etməmişdirlər. Xəvariclər Uca Allah və onun elçisi Məhəmmədə (s.ə.v.) asi olanlardır. Onlar namaz qılsalar da, oruc tutsalar da və çoxlu ibadət etsələr də onlara faydası yoxdur. Onlar insanları yaxşı işlərə çağırsalar və pis işlərdən çəkindirsələr də bunun onlara yenə də bir faydası yoxdur. Çünki onlar pis insanlardır, Qurani Kərimi öz arzu və istəklərinə görə yozarlar və müsəlmanların üzərində tətbiq edərlər. Allah, onun elçisi, raşidi xəlifələr və əshabələr onların yolundan bizləri çəkindirmişlər”.66
Dostları ilə paylaş: |