Ислам Дини Терроризмин ялейщинядир


«Ey iman gəti­rən­lər! Qarşı­lıq­lı razı­lıql­a edilən alış-veriş müs­təsn­a olmaqla, bir-bi­ri­nizi­n mallarını haqsız bəha­nə­lər­lə



Yüklə 3,39 Mb.
səhifə45/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   41   42   43   44   45   46   47   48   ...   89
«Ey iman gəti­rən­lər! Qarşı­lıq­lı razı­lıql­a edilən alış-veriş müs­təsn­a olmaqla, bir-bi­ri­nizi­n mallarını haqsız bəha­nə­lər­lə (haq­sız yerə) yeməyi­n və özü­nüzü öl­dür­məyi­n! Hə­qi­qə­tən, Allah sizə qarşı mər­hə­mət­­lidi­r!»79;
قال الله تعالى :

وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا


Allah taala buyurmuşdur:

«Hər kəs bir mömin şəxsi qəsdən öldü­rərsə, onun cəzası əbədi qalacağı Cəhən­nəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazır­lar!»80.
قا الله تعالى :

مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الأرْضِ لَمُسْرِفُونَ


Allah taala buyurmuşdur:

«…yazıb hökm etdik ki, hər kəs bir kim­sə­n­i öl­dür­mə­miş və yer üzün­də fitnə-fəsa­d tö­rət­məmi­ş bir şəxs­i öl­dür­sə, o, bü­tün insanları öl­dür­müş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölüm­dən qurtarsa), o, bü­tün insanları diriltmiş kimi olur. Bizim peyğəm­bər­ləri­miz onlara (İsr­ail oğullarına) açıq mö­cü­zə­lər gəti­rmişdilər. Bundan son­ra da onların bir çoxu yer üzün­də (küfr, qətl və cinayət etmək­lə) hədd­i aşdıla­r»81.
يقول الله عز وجل:

و الذين لا يدعون مع الله إلها آخر و لا يقتلون النفس التي إلا بالحق و لا يزنون و من يفعل ذلك يلق أثاما


Allah taala buyurmuşdur:

«Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər»82.
قال الله عز وجل في شأن أحد ابني آدم الذي قتل أخاه:

فطوعت له نفسه , قتل أهيه, فقتله فأصبح من الخاسرين


Uca Allah Adəm övladlarından öz qar­da­şını öldürən haqqında buyurmuşdur: «Nəfsi onu (Qabili) qar­da­şı­nı öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bu­nunla da zərərçə­kən­lərdən oldu»83.
Yuxarıda qeyd edilən ayə­lər­dən məlu­m ol­duğu kimi, terror hadisə­ləri tö­rə­də­rək güna­h­sız insanları, uşaq­ları öl­dü­rən kimsə­ləri axi­rət­də bö­yük bir əzab göz­ləyi­r. Bir insanı öl­dü­­rən şəxs Qurani-Kəri­mdə bil­dirildiyi kimi, bü­tün insanları öl­dür­müş kimidir. Düny­a­da bu etdik­lə­r­ini güna­hları­nın cə­za­sını cək­mə­məyi dü­şü­­nən­­lər çox yanı­lırl­ar, çün­ki axirət­də bun­dan heç kimsə qaça bilmə­yə­cək. O, əzə­mətl­i gün Allah qarşı­sınd­a əda­lət məh­kə­­məsi­ndə etdiyi cinayət­ləri­n hesabını müt­ləq verə­­cəkd­ir.

İndi isə Peyğəm­bə­rin (s.ə.v.) yo­lu ilə getdikləri­ni və onu sevdikləri­ni iddia edən­­ləri­n nə­zə­r­iniə aşağıda­kı hədi­sləri çatdı­rı­r­am. Hər kəs bilsin ki, Mə­həm­məd (s.ə.v.) terrora qarşı olmuş və qəti olaraq güna­hsız insanları qətl etməyi qadağan etmiş və bunu Allah dər­­gahınd­a bö­yük güna­h olduğunu buyur­muş­dur.

وقال النبي صلى الله عليه وسلام:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin