Ислам Дини Терроризмин ялейщинядир


(أكبر الكبائر : الإشراك بالله و قتل النفس)



Yüklə 3,39 Mb.
səhifə46/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   42   43   44   45   46   47   48   49   ...   89
(أكبر الكبائر : الإشراك بالله و قتل النفس)
Hədislərinin birində Peyğəmbər (s.ə.v.) bu­yur­­muş­dur:

Ən böyük günah Allaha şərik qoş­maq və insanı qətl etməkdir”84.


قال النبي صلى الله عليه وسلام:

(سباب المسلم فسوق و قتاله كفر)


Digər hədisdə buyurmuşdur: “Müsəlmanı söy­mək fasiqlik, onunla vuruşmaq isə küfr­dür”85.

2) Terror hadisələrinin ən böyük cinayət və təh­lü­kələrindən biri də terrorçuların intihar edərək özlərini və digər günahsız insan­ları qətl etmələridir. Uca Allah isə Qurani-Kərim­­də özlərinə qəsd edənlərə cəhənnəm əzabı vəd etmişdir.
قال الله تعالى:

وَلا تَقْتُلُوا أَنفُسَكُمْ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا وَمَنْ يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا


Allah taala buyurmuşdur:

«Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!”86.
قال رسول الله صلى الله عليه وسلام:

( من تردَّى من جبلٍ فقَتَل نفسَه فهو في نار جهنّم يتردَّى فيها خالدًا مخلَّدًا أبدًا، ومن تحسَّى سُمًّا فقتل نفسَه فسمُّه في يدِه يتحسَّاه في نار جهنّم خالدًا مخلّدًا فيها أبدًا، ومَن قتَل نفسَه بحديدةٍ فحديدتُه في يده يتوجَّأ بها في بطنِه في نار جهنَّم خالدًا مخلَّدًا فيها أبدًا)
Peyğəm­bər (s.ə.v.) buyur­muş­dur: ”Kim özü­­nü dağ­dan ataraq özünə qəsd edər­sə, cə­­hən­nəm əza­bınd­a da əbədi qalacaqdır. Kim özünü zə­hər­­lə­­yə­rək özünə qəsd edər­sə, cə­hən­nəm əza­­bınd­a əli­ndə özünü zə­hər­lədi­yi zə­hər ilə əbə­d­i qalacaqdır. Kim özünü dəmi­r alət­lə öl­dü­­rər­sə cə­hən­nəm­də əli­ndə həmi­n alət­lə əbədi qalacaqdır87.

Yuxarıda keçən ayə və hədi­slər­dən aydın olur ki, intihar edə­rək öz nəfs­inə qəsd edə­rək və digər­ləri­ni də qətl edən­lərə Uca Allah cə­hən­nəm əza­bı vəd etmişdir. Bu terror hadisə­ləri­ndə Ben La­den kimi nadanlar həm öz­ləri­nin həm də digər­­ləri­nin qanını tö­kür­lər. Qərb­lə müba­rizə adı altın­­da güna­hsız mü­səlm­anların qanlarını axıt­­maq mə­gər ci­had­mı­dır? O, güna­hsız insanların axı­dı­l­an qanl­a­rına görə məsu­liyyət daşıma­ya­caql­arı­n­amı inanırl­ar?!


قال رسول الله صلى الله عليه وسلام:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin