Ислам Дини Терроризмин ялейщинядир


«Allah fitnə-fəsad törədənləri sevməz!»



Yüklə 3,39 Mb.
səhifə52/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   48   49   50   51   52   53   54   55   ...   89
«Allah fitnə-fəsad törədənləri sevməz!»97.
قال الله تعالى:

و لا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا و طمعا إن رحمة الله قريب من المحسنين


Allah taala buyurmuşdur:

Yer üzü (Peyğəmbərin gəlməsi sayə­sində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törət­məyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqə­tən, Allahın mərhə­məti yaxşılıq edənlərə çox yaxın­dır!”98.

قال الله تعالى:

كلوا واشربوا من رزق الله و لا تعثوا في الأرض مفسدين


Allah taala buyurmuşdur:

«Allahın verdiyi ruzidən yeyin-için, fə­qət yer üzündə öz həddinizi aşaraq fəsad törət­məyin»99.
Uca Rəbbimiz insanları pis işlər işləməyi və zülmü, fitnə-fəsad törətməyi, günahsız insanları qətl etməyi, qan tökməyi qadağan etmişdir. Uca Allah onun əmrlərinə tabe ol­ma­yıb yuxarıda qeyd edilən əməlləri törə­dənləri şeytan ardıcıl­ları adlandırmışdır. Axirət­də isə onlara cəhən­nam vəd etmişdir:
قال الله تعالى:

و الذين ينقضون عهد الله من بعد ميثاقه و يقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأرض أؤلا ئك لهم اللعنة و لهم سؤء الدار


Allah taala buyurmuşdur:

«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıran­lar, yer üzündə fitnə-fəsad törə­dənlər isə lənətə düçar olacaq­lar. Onları pis yurd (Cəhənnəm, o biri dün­yanın pislikləri) gözləyir»100.
قال النبي صلى الله عليه وسلام:

(من أصبح آمنا قي سربه , معافى في جسده , عنده قوت يومه, فكأنما حيزت له الدنيا بحذافيرها)
Hədislərin birində Peyğəmbərimiz (s.ə.v.) bu­yurmuş­dur: “Kim evində təhlükəsiz yaşa­yarsa və o, səhhəti cəhətdən də sağlamdırsa artıq ona bütün dünya bağışlanmışdır”101.

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin