Ислам Дини Терроризмин ялейщинядир


( لا يحل لمسلم أن يروع مسلما)



Yüklə 3,39 Mb.
səhifə56/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   52   53   54   55   56   57   58   59   ...   89
( لا يحل لمسلم أن يروع مسلما)
Peyğəmbər (s.ə.v.) hədisi şərifdə buyurmuşdur: “Bir müsəl­manın başqa bir müsəl­ma­nın qorxu içərisində yaşamasına səbəb olması ona haramdır”106.

قال النبي صلى الله عليه وسلام:

( من حمل علينا السلاح, فليس منا)
Peyğəmbər (s.ə.v.) hədisi şərifdə buyurmuş­dur: “Kim bi­zə qarşı silah çəkərsə, bizdən deyildir” 107.

قال النبي صلى الله عليه وسلام:

(لا يشير أحدكم على أخيه بالسلاح , فإنه لا يدري , لعل الشيطان ينزغ في يديه , فيقع في حفرة من النار)
Digər hədisdə deyilir: “Qardaşına (İslam qar­daşına) qarşı silahla işarə belə etmə. Çünki sən bilmədən şeytan əlində olanla səni fitnəyə salar və bununla cəhənnəmə daxil olarsan” 108.
Digər hədisdə: “Kim qardaşına qarşı silah­la işarə edərsə, mələklər ona lənət oxuyar”- de­yilir.

قوله صلى الله عليه وسلام:

(يجيئ المقتول بالقاتل يوم القيامة , ناصيته و رأسه بيده , و أوداجه تشخب دما, فيقول : يا رب , سل هذا فيما قتلني؟)
Başqa hədisdə isə: “Qiyamət günü, qətl edilmiş şəxs üzündən qanı axa-axa qatilin ba­şından çəkə-çəkə onu gətirəcək və: Ey rəbbim bundan soruş ki, məni nə üçün öldürdü? - deyəcəkdir” 109.

قال رسول الله صلى الله عليهو سلام:

( من أشار إلى أخيه بحديدةٍ فإنّ الملائكة تلعنُه حتى يدعَها، وإن كان أخاه لأبيه وأمه)
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: ”Kim bir qardaşı­na qarşı dəmirlə işarət edərsə, dəmiri əlindən qoya­na qədər mələklər ona lənət oxu­yar, hətta işarə edilən doğma qardaşı belə olsa” 110.
Ey İslam ümmətinin bir parçası olan İslam gəncləri, bu nadanlar törətdikləri partla­yış­larla neçə-neçə gü­nah­sız insanların qanını axıdıblar. Neçə-neçə körpə uşaqları qanına qəltan ediblər. Neçə-neçə ağbirçək ana­la­rımızı övlad həsrəti ilə gözləri yaşlı qoyublar.

Əlbəttə ki, bunu edənlər kimliyindən asılı olmaya­raq İslam düşmənləridir.

Hər bir valideyn evinə qayıtdığında, qapıda onu övladı qarşıladığında sevinir. Hər birimiz axşam balaca öv­lad­la­rı­mızın başını tumarlayır və yanaqlarından öpürük. Övla­dımız xəstələn­diyində isə, səhərə qədər yuxu­suz­luqdan yata bilmirik. Övladımızın şəfa tapması üçün hər şeyimizi fəda etməyə hazırıq. İndi isə bir anlığa düşünün. Əgər canımızı fəda etməyə hazır olduğumuz övladımız nadan Zərqavi kimilərin törətdiyi çirkin partlayışa hədəf olsa, nə edərik? (Allah qoru­sun).

Əlbəttə ki, dünya artıq bizim üçün məhbəs olar. Həyatımızdan ləzzət almarıq. Bəs hər axşam yeni danışmağa başlayan övladını öp­mə­yə vərdiş etmiş o gözü yaşlı analar nə etsin? İndi isə həmin uşaq dün­ya­da yoxdur. Ana ürəyinin çırpıntıları, fəryadı varkən bu nadanlar cənnətə girə bilərlərmi?

Mənzərəyə baxın. Ana qucağında bir aya­ğı par­t­layış nəticəsində qopmuş, qan içə­risində olan uşağını tutaraq acısından fəryad qopardır. Ana artıq uşağının qopmuş ayağını unudub, uşağının fəryad səsləri onun ürəyini parçalayır. Bu ananın və uşağın fəryadları var­kən cənnəti qazanmaq olarmı?
6) Bu partlayışlar insanların xeyir işlər görmələrinə mane olur. Bu partlayışlara görə bir çox xeyir qapıları kilidlənib. Bu radikalların çirkin əməllərinə görə İslam dini əziyyət çəkir, təz­yiqlərə məruz qalır. İslam dininə ləkə, xələl gə­tirilir.

Nə qədər yetim, kimsəsiz uşaqlara edilən yardım­ların önü bağlanıb. Neçə-neçə fağır in­san­lar var ki, hər gün uşaqları aclıqdan göz yaşı tökür, nə qədər məs­cidlər var ki, tikintisi ya­rımçıq qalıb. Nəyə görə?

Bu çirkin əməllərə görə xeyir işlər görmək istə­yənlər maneə ilə üzləşib, özləri qorxu içə­ri­sində yaşa­yırlar, baş­qa­larına necə yardım et­sin­lər. Öz ailəsinin təhlükəsiz yaşamasını təmin edə bilmir. Belə olduğu halda başqasına yar­dımdan danış­maq mümkün­dür­mü?
7) Bu partlayışlar hər yerdə müsəlman­ların təzyiqlə üzləşməsinə səbəb olur. Hətta müsəl­manların çoxun­da öz gözəl dinlərinə və İslam alimlərinə qarşı səhv təəssüratlar ya­ranır. Qərb ölkələrində özünün müsəl­man olduğunu demə­yə xəcalət çəkənlər var. Buna görə bəziləri dini mənsubiyyətini gizlədir. Bu da müsəl­manların zəifliyinə gətirib çıxarır. Əlbəttə ki, buna sə­bəb Zərqavi və onun təmsil olunduğu «Əl-Qaidə»nin törətdiyi çirkin, amansız əməllərin nəticəsidir.
8) Bu partlayışlar və terror hadisələri insan­ların Allahın yoluna qayıtmasına mane olur və İslam dininə daxil olmaq istəyənləri hürküdür.


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin