Ислам Дини Терроризмин ялейщинядир


İRƏLİLƏYİŞİN SONUNDA NƏLƏR OLACAQ?



Yüklə 3,39 Mb.
səhifə58/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   54   55   56   57   58   59   60   61   ...   89
İRƏLİLƏYİŞİN SONUNDA NƏLƏR OLACAQ?
Dünya həyatı sürətlə irəliləyir, insanların çoxu isə qəflət içərisindədirlər. Dünya fani, axirət isə qalıcı bir yerdir. İnsanların gözlərində dünya həyatı böyük görsənsə də amma məhduddur. Gecə nə qədər uzun olsa da səhər açılmalıdır, insan ömrü nə qədər uzun olsa da, sonunda mütləq qəbrə daxil olmalıdır. Qəbir həyatından sonra yenidən dirilmək, dirildikdən sonra isə yenə də insan oğlunu hesab gözləyir. Hesabdan sonra ya cənnət, ya da cəhənnəm vardır.

İnsan özünün yaşadığı həyata nəzər salsa görər ki, bu dünyada zaman çox məhduddur. Amma buna baxmayaraq, insanların çoxu qəflət içərisindədirlər. Çünki fitnə-fəsadlar çoxalmışdır və insanların çoxu yaxşı və pis əməlləri bir- birindən ayırmaqda çətinlik çəkirlər. Elə insanlar da vardır ki, sanki əbədi yaşayacaq kimi bu fani dünyaya sarılır və bu fani dünyanın nemətləri onu Allah yolundan uzaqlaşdırır. İnsanlar etdikləri günahlara görə, qəlblərində Allah qorxusu zəifləyib. Qəlblər daş kimi sərtləşib və hətta elə qəlblər vardır ki, daşdan da sərt olub. Buna görə də insan dünyasını dəyişmədən öncə, axirətdə peşmançılıq çəkəcək mənzərəni yadına sal­malıdır və gözü önündə canlandırmalıdır ki, bəlkə bununla qəlbinin sərtliyindən uzaqlaşa bilsin. Ola bilsin peşmançılıq çəkəcəyi gün gəlmə­mişdən əvvəl, doğru yola qayıtsın və fövtə verdiyi günlərinin əvəzini versin. İnsan, Allah qarşısında dayanıb sorğu-suala çəkiləcəyi günü çox xatırlamalıdır. O gün ki aləmlərin Rəbbi olan Uca Allahın qarşısında hesaba çəkiləcək, ona etdiyi bütün çirkin əməlləri xatırladılacaq məhz o gün insan peşmançılıq çəkəcək, amma o peş­man­çılığın faydası olacaqmı?!

Axirətdə hesaba çəkiləcək günü və mən­zərəni tez–tez xatırlasa, onun qəlbi həsəd, təf­rıqəçilik, kin, günahsız insanların qanını tökmək, terror hadisələri kimi Allahın lənətlədiyi çirkin əməllərdən, paxıllıq və digər əxlaqi dəyər­ləri tapdalayan əməllərdən uzaqlaşar. O gün hər kəs etdiyi zülmünə görə cavab verəcək. Qiyamət günü günahlarına görə ən çox peşmançılıq çəkənlərdən biri də, zalim insandır. Bu dünyada insanların malına, qanına, namusuna təcavüz etdiyi üçün axirətdə şiddətli hesaba çəkiləcək, onun savab əməlləri ondan alınaraq zülm etdiyi insanlara veriləcək və əgər savab əməlləri yoxdursa, zülm etdiyi insanların günahları ona yüklənəcəkdir. Elə bu an zülmkar insan, etdiyi çirkin terror hadisələrini və sairə zülmlərini xatırlayacaq və peşmançılıq çəkə­cəkdir. Amma o anda peşmançılığın faydasi olacaqmı? Əlbəttə ki, yox. Çünki o gün hesab günüdür və Allah qarşı­sında etdyin çirkin əməllərin hesabını verəcəkdir.

İndi bir anlığa düşün ki, sən terror hadisələri törədərək neçə-neçə günahsız insanların qanını axıdanlardansan. Sənin törətdiyin bu çirkin əməl sayəsində, neçə-neçə balaca uşaqlar, qadınlar, qocalar qətlə yetirilib. Hesab günü gəlib çatıb və qətl etdiyin insanlar Allah qarşısında dayanıb haqlarını tələb edirlər. Sənin çirkin əməlinin nəticəsində, doqquz ay əziyyətlə bətnində bala­sı­nı daşıyan ana göz yaşları içərisində Allah qarşısında deyir ki, ey Rəbbim ondan soruş ki, mənim uşağımı nəyə görə öldürüb? Axı, o uşağın günahı nə idi? Elə ən dəhşətli peşmançılıq anıda məhz budur.

قال صلى الله عليه وسلام:

(يجيئ المقتول بالقاتل يوم القيامة , ناصيته و رأسه بيده , و أوداجه تشخب دما, فيقول : يا رب , سل هذا فيما قتلني؟)


Qiyamət günü, qətl edilmiş şəxs üzündən qanı axa-axa qatilin başından çəkə-çəkə onu gətirəcək və: Ey, Rəbbim bundan soruş ki, məni nə üçün öldürdü? - deyəcəkdir” 114.
قال الله تعالى :

و نضع الموازين القسط ليوم القيامة فلا تظلم نفس شيئا و إن كان مثقال حبة من خردل أتينا بها و كفى بنا حاسبين


Allah təala buyurmuşdur:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin