Ислам Дини Терроризмин ялейщинядир


«İnsanların haqq-hesab vaxtı



Yüklə 3,39 Mb.
səhifə66/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   62   63   64   65   66   67   68   69   ...   89
«İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər».125
عن عائشة رضي الله عنها قالت سمعت رسول الله صلى الله عليه وسلم يقول : يحشر الناس يوم القيامة حفاة عراة غرلا. قلت : يا رسول الله : النساء و الرجال جميعا ينظر بعضهم إلى بعض؟ قال : يا عائشة الأمر أشد من أن ينظر بعضهم إلى بعض
Aişə (Allah ondan razı olsun!) peyğəm­bərdən (s.ə.v.) eşitdiyini rəvayət etmişdir. Peyğəmbər (s.ə.v.) demişdir: “İnsanlar qiya­mət günü çılpaq, ayaq yalın həşr olunacaqlar. Aişə (Allah ondan razı olsun!): “Ey Allahın rəsulu, qadınlar və kişilər bir birilərinəmi baxa­caqlar?”- soruşduqda Peyğəmbər (s.ə.v.) cabaında: “Ey, Aişə insanlar o gün elə bir vəziyyətdə olacaqlar ki, bir-birilərinə baxmaq haqqında belə düşünməyəcəklər”- demiş­dir”.126
Bu elə bir əzəmətli gündür ki, insanlar çılpaq və ayaq yalın hesaba çəkilmək üçün həşr olunacaqlar, amma buna baxmayaraq bir-birilərinə baxmaq haqqında düşünməyəcək və hər kəs cənnətə və ya cəhənnmə düşəcəyi haqqında fikirləşəcək. Necə bir birilərinə baxsınlar ki, bü gün bəziləri üzü üstə, bəziləri qarnı üstündə sürünərək məhşər meydanına gətiriləcəklər. Heç kimsənin dönüb yanındakına baxmasına qüdrəti olmayacaq. Bu gün bir çox üzlər güləcək və bir çox üzlər isə üzüləcək. Bu gün ən böyük həsrət və peşmançılıq günüdür. Çünki insanın önündə iki yol olacaq. Cənnətə və ya cəhənnəmə gedən yol.

Bu əzəmətli gün haqqında Uca Allah buyurmuşdur:


يا أيها الناس اتقوا ربكم إن زلزلة الساعة شيئ عظيم, يوم ترونها تذهل كل مرضعة عما أرضعت و تضع كل ذات حمل حملها و ترى الناس سكارى و ما هم بسكارى و لكن عذاب الله شديد

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin