Ислам Дини Терроризмин ялейщинядир


«Ey iman gətirənlər! Allah qarşısında



Yüklə 3,39 Mb.
səhifə81/89
tarix04.01.2022
ölçüsü3,39 Mb.
#54931
1   ...   77   78   79   80   81   82   83   84   ...   89
«Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq et­məsin. Ədalətli olun. Bu, təqvaya daha ya­xın­dır. Allahdan qorxun. Allah etdikləri­niz­dən xəbərdardır!».154
Yuxarıda qeyd edilən ayə və hədislərdən an­laşıldığı kimi hər kəs, bütün dövlətlər, bütün xalqlar, müsəlmanlar və qeyri-müsəlmanlar bil­sin ki, Amerika Birləşmiş Ştatlarında baş vermiş terror aktı və ona bənzər hadisələr, təyyarələrin qaçırılması, insanların qorxudul­ması, haqsız ye­rə insanların qətl edilməsi, İslam dininin qəbul etmədiyi zülm, həddini aşmaq və təcavüzdan başqa bir şey deyildir. İslam dinində bu kimi hadisələr haramdır və böyük günahlardandır.

Dinini bilən müdrik müsəlman bu kimi əməl­lərdən uzaq olmalıdır. Çünki bu əməl sahibləri Allahın qəzəbinə düçar olanlardır. İslam alim­lərinin də üzərinə düşən odur ki, bu kimi ha­disələrdə insanlara haqqı çatdırsınlar və İslam dininin bu kimi əməlləri qəbul etmədiyini hər kəsə təbliğ etsinlər.”155


Bu çir­kin əməl­lərdən hər bir müsəlman çə­kinmə­lidir. Buna görə də biz insanlara əsl İslam dinini təbliğ etməklə gənc­lə­rımizə başa sal­malıyıq ki, İslam dini qeyd edilən çirkin əməl­lər­dən uzaqdır və İslam dini terroru lənət­lə­mişdir. Bu işdə ən önəmli vəzifəni isə vali­deynlər daşıyır. İslam gənc­lərinin bu çirkin yola düşmələrində ən böyük səbəb valideyn­ləri tərəfindən verilən yan­lış tərbiyədir. Vali­deyn öz övladını uşaq ça­ğın­dan İslam tərbi­yə­si ilə yetişdirməsinə önəm verməlidir ki, böyüdü­yündə bu pozğun əqidə sahiblərinin əlində alətə çevrilməsin. Neçə-neçə gənclə­ri­miz pozğun əqidə sahibləri tərəfindən alda­dılmışdır. Onlara bu çirkin əməllər İslam dininin əsası kimi göstərilmişdir. Şeytan onalrı aldadaraq onlara bu pis və lənət­lənmiş əməl­ləri gözəlləşdirmişdir. Uca Allah buyur­muş­dur:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin