Ислам Дини Терроризмин ялейщинядир



Yüklə 3,39 Mb.
səhifə6/10
tarix01.11.2017
ölçüsü3,39 Mb.
#25107
1   2   3   4   5   6   7   8   9   10

Qı­sası, Qu­ran əx­la­qı­nın əsa­sını in­san­lar ara­sın­da dost­luq, qar­daş­lıq, ra­hat­lıq və şəf­qət dolu dav­ra­nış təş­kil edir və İs­lam bu üs­tün xü­su­siy­yət­ləri ilə yer üzünü fitnə-fə­sad­dan çə­kin­dir­məyi özünə əsas hə­dəf seç­miş­dir. Qu­ra­nın hökm­ləri və bun­la­rın ta­rix­­də mü­səl­man­lar tə­rə­fin­dən tət­biq olun­­ması bu möv­zuda heç bir mü­na­qi­şəyə yer ver­mə­­yə­cək qə­dər aşkardır113.


İRƏLİLƏYİŞİN SONUNDA NƏLƏR OLACAQ?
Dünya həyatı sürətlə irəliləyir, insanların çoxu isə qəflət içərisindədirlər. Dünya fani, axirət isə qalıcı bir yerdir. İnsanların gözlərində dünya həyatı böyük görsənsə də amma məhduddur. Gecə nə qədər uzun olsa da səhər açılmalıdır, insan ömrü nə qədər uzun olsa da, sonunda mütləq qəbrə daxil olmalıdır. Qəbir həyatından sonra yenidən dirilmək, dirildikdən sonra isə yenə də insan oğlunu hesab gözləyir. Hesabdan sonra ya cənnət, ya da cəhənnəm vardır.

İnsan özünün yaşadığı həyata nəzər salsa görər ki, bu dünyada zaman çox məhduddur. Amma buna baxmayaraq, insanların çoxu qəflət içərisindədirlər. Çünki fitnə-fəsadlar çoxalmışdır və insanların çoxu yaxşı və pis əməlləri bir- birindən ayırmaqda çətinlik çəkirlər. Elə insanlar da vardır ki, sanki əbədi yaşayacaq kimi bu fani dünyaya sarılır və bu fani dünyanın nemətləri onu Allah yolundan uzaqlaşdırır. İnsanlar etdikləri günahlara görə, qəlblərində Allah qorxusu zəifləyib. Qəlblər daş kimi sərtləşib və hətta elə qəlblər vardır ki, daşdan da sərt olub. Buna görə də insan dünyasını dəyişmədən öncə, axirətdə peşmançılıq çəkəcək mənzərəni yadına sal­malıdır və gözü önündə canlandırmalıdır ki, bəlkə bununla qəlbinin sərtliyindən uzaqlaşa bilsin. Ola bilsin peşmançılıq çəkəcəyi gün gəlmə­mişdən əvvəl, doğru yola qayıtsın və fövtə verdiyi günlərinin əvəzini versin. İnsan, Allah qarşısında dayanıb sorğu-suala çəkiləcəyi günü çox xatırlamalıdır. O gün ki aləmlərin Rəbbi olan Uca Allahın qarşısında hesaba çəkiləcək, ona etdiyi bütün çirkin əməlləri xatırladılacaq məhz o gün insan peşmançılıq çəkəcək, amma o peş­man­çılığın faydası olacaqmı?!

Axirətdə hesaba çəkiləcək günü və mən­zərəni tez–tez xatırlasa, onun qəlbi həsəd, təf­rıqəçilik, kin, günahsız insanların qanını tökmək, terror hadisələri kimi Allahın lənətlədiyi çirkin əməllərdən, paxıllıq və digər əxlaqi dəyər­ləri tapdalayan əməllərdən uzaqlaşar. O gün hər kəs etdiyi zülmünə görə cavab verəcək. Qiyamət günü günahlarına görə ən çox peşmançılıq çəkənlərdən biri də, zalim insandır. Bu dünyada insanların malına, qanına, namusuna təcavüz etdiyi üçün axirətdə şiddətli hesaba çəkiləcək, onun savab əməlləri ondan alınaraq zülm etdiyi insanlara veriləcək və əgər savab əməlləri yoxdursa, zülm etdiyi insanların günahları ona yüklənəcəkdir. Elə bu an zülmkar insan, etdiyi çirkin terror hadisələrini və sairə zülmlərini xatırlayacaq və peşmançılıq çəkə­cəkdir. Amma o anda peşmançılığın faydasi olacaqmı? Əlbəttə ki, yox. Çünki o gün hesab günüdür və Allah qarşı­sında etdyin çirkin əməllərin hesabını verəcəkdir.

İndi bir anlığa düşün ki, sən terror hadisələri törədərək neçə-neçə günahsız insanların qanını axıdanlardansan. Sənin törətdiyin bu çirkin əməl sayəsində, neçə-neçə balaca uşaqlar, qadınlar, qocalar qətlə yetirilib. Hesab günü gəlib çatıb və qətl etdiyin insanlar Allah qarşısında dayanıb haqlarını tələb edirlər. Sənin çirkin əməlinin nəticəsində, doqquz ay əziyyətlə bətnində bala­sı­nı daşıyan ana göz yaşları içərisində Allah qarşısında deyir ki, ey Rəbbim ondan soruş ki, mənim uşağımı nəyə görə öldürüb? Axı, o uşağın günahı nə idi? Elə ən dəhşətli peşmançılıq anıda məhz budur.

قال صلى الله عليه وسلام:

(يجيئ المقتول بالقاتل يوم القيامة , ناصيته و رأسه بيده , و أوداجه تشخب دما, فيقول : يا رب , سل هذا فيما قتلني؟)


Qiyamət günü, qətl edilmiş şəxs üzündən qanı axa-axa qatilin başından çəkə-çəkə onu gətirəcək və: Ey, Rəbbim bundan soruş ki, məni nə üçün öldürdü? - deyəcəkdir” 114.
قال الله تعالى :

و نضع الموازين القسط ليوم القيامة فلا تظلم نفس شيئا و إن كان مثقال حبة من خردل أتينا بها و كفى بنا حاسبين


Allah təala buyurmuşdur:

«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik.»115
قال الله تعاالى :

و أنذرهم يوم الحسرة إذ قضي الأمر و هم في غفلة و هم لا يؤمنون


Allah təala buyurmuşdur:

«Qəflətdə olanları və iman gətirmə­yən­ləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insa­nın pis əməl­lərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!».116
Bu hər bir insana xəbərdarlıqdır ki, o gün insan hesaba çəkildiyində peşmançılıq çəkməsin və üzür diləməsin.

Uca Allah qiyamət günü Adəm peyğəm­bərdən ta sonuncu insana qədər hamısını bir yerdə toplayacaq və hər kəs etdiyi əməlləri haqqında sorğu-suala çəkiləcək. Kim Allaha iman gətirmişsə, nə xoş onun halına, onu əbədi səadət və xoşbəxtlik gözləyir, amma kim iman sahibi deyilsə, onu əlbəttə ki, sonu olmayan bədbəxtçilik və əbədi peşmançılıq gözləyir.

Uca Allah bütün müsəlmanları pis aqibət­tdən qorusun və inşaallah qiyamət günü ayədə buyrulduğu kimi peşmançılıq, həsrət çəkənlərdən olmayaq.
قال الله تعالى:

أن تقول نفس يا حسرتى على ما فرطت في جنب الله و إن كنت لمن الساخرين


Allah təala buyurmuşdur:

«(Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deməsin».117
Allah sevgisini itirmək
Qüdsi hədisdə buyrulmuşdur: “Uca Allah bir qulunu sevdiyində Cəbraili çağıraraq ona belə buyurar: Mən filan qulumu sevirəm , sən də onu sev. Cəbrail də səmada olan mələkləri səs­lə­yərək: Allah filan qulunu sevir, siz də onu sevin”- deyər. Səmada olan mələklər də həmin qulu sevərlər. Sonra yer üzərində olanlar da onu sevərlər. Əgər Allah bir quluna qəzəblənərsə, Cəbraili çağIraraq filankəs qəzəbimə düçar olub, sən də ona qəzəblən -deyər. Cəbrail səmada olan digər mələkləri səsləyərək onlara: Allah filan quluna qəzəblənmişdir, siz də ona qarşı qəzəbli olun. Sonra yer üzərində olan insanlar da həmin insans sevməzlər və ona qarşı insanlar arasında nifrət yaranar.118

Dünyada ən böyük itki də məhz budur. O insan ki, dünyada ikən Allah sevgisini itirmiş və ondan məhrum olmuşdur, axirət üçün nə qazan­mışdır? Allah sevgisini itirən və üstəlik onun qəzəbinə düçar olandan bədbəxt kimsə varmı? Şəkk yoxdur ki, Allah sevgisini itirənlər din adı altında terror hadisələri törədərək dinc insanları öldürənlərdir.


Cənazənin arxasınca üç şey onu təqib edər
قال صلى الله عليه وسلم:

" يتبع الميت ثلاثة: أهله و عمله و ماله فيرجع اثنان و يبقى واحد يرجع أهله و ماله و يبقى عمله"
Peyğəmbər (s.ə.v.) buyurmuşdur:

Cənazənin arxasınca üç şey: onun ailəsi,əməli və mal-dövləti gedər. Bunlardan ikisi: ailəsi və mal-dövləti geri qayıdır, onunla ancaq qəbrində baş-başa əməli qalacaq.119

Bu hədisi oxuyarkən, gerçək bir həqiqətlə üzlə­şir­sən: sənə ancaq axirətdə saleh əməlin fayda verəcəkdir. O zülmət, qaranlıq qəbirdə səninlə baş-başa etdiyin saleh əməlin qalacaq. Ailən, mal-dövlətin, günah işlərdə səninlə bərabər olan dostların hamısı geri qayıdacaq. Səni günah işlərə sövq edən dostların az vaxt keçməmiş səni unudacaq. Allaha ibadət etməyi unutdurmuş və hərisliklə topladığın mal-dövlətlə başqaları keyf edəcək. Sənə qalan isə axirətdə Uca Allah qarşısında hesaba çəkilmək olacaq. O gün həsrət çəkəcəksən, peşmançılıq içində olacaqsan. Dərk edə bilməyəcəksən ki, ömür nə tez gəlib keçdi və deyəcəksən hanı mənim topladığım mal-dövlətim, hanı mənim o dostlarım, heç kimsə köməyimə çata bilmir. Kaş ki, Rəbbim məni yenidən dünyaya qaytaraydı, zay etdiyim həyatımı yenidən yaşayar və yaxşı əməllər edərdim. Amma artıq gecdir!

Ey mal-dövlət sahibi, axirətdə səadətə qovuşmaq istəmirsənmi? Cəhənnəm əzabından xilas olmaq istəmirsənmi? Əgər istəyirsənsə, Peyğəmbərin (s.ə.v.) bu nəsihətini diqqətlə oxu.


قال صلى الله عليه وسلم :

"فاتقوا النار ولو بشق تمرة"
«Bir xurma dənəsinin yarısını belə sədəqə verərək, özünüzü cəhənnəm odundan qoruyun»
Ey sülaləsinin, bu dünyadan köçmüş insanların ona axirətdə fayda verəcəyi ümudi ilə həyatını günahla keçirən insan! Yaxşı düşün və bil ki, gün gələcək Allah qarşısında hesaba çəkiləcəksən.

قال الله تعالى:

 و كل إنسان ألزمناه طائره في عنقه و نخرج له يوم القيامة كتابا يلقاه منشورا.إقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا


Allah təala buyurmuşdur:

«Biz hər bir insanın əməlini öz boy­nun­dan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (Və ona belə deyərik:) "Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünü (özün öz əməllərinin şahidi olmağa) kifayətsən!"».120
O gün sənə, oxu etdiyin əməllərin yazıldığı kitabı, deyiləcək!!!

Ey müsəlman qardaşım, bunu bildikdən sonra səni cəhənnəm əzabından xilas edəcək və cənnətə daxil eəcək yaxşı əməllərə sarıl. Sənin cənazənin arxasınca ailənin, mal-dövlətin və saleh əməllərinin gələcəyi günü unutma, o gün ki səninlə qəbrində ancaq saleh əməllərin qalacaq. Hanı saleh əməllərin!

Ey günahsız insanların qanını axıdan xarici, sənin cənazənin arxasınca ancaq tökdü­yün qan gedəcək və buna görə Allah qarşısında necə cavab verəcəksən!!!!!!
Can çəkişmə anı və ölüm mələyinin sənin canını almağa gəldiyi gün
Bu elə bir andır ki, bu gün insanın hara gedəcəyi bəlli olacaq. O elə bir andır ki, ölüm mələyi həmin an insanı Allahın rəhmətinə və ya əzabına çağıracaq. Başqa çıxış yolu yoxdur.

Ey adəm oğlu bir anlığa düşün ki, ölüm mələyi artıq qapında dayanıb və indi səni çağıracaq və deyəcək: “Ey nəfs...”, sən bu an həsrət içərisindəsən, bilmirsən “Ey nəfs” sözündən sonra nə deyəcək: “Ey rahat nəhs çıx Allahın rəhmətinə” və ya “Ey çirkin nəhs çıx Allahın qəzəbinə”!!!

Əgər səni birinci nida ilə çağırsalar,
(يا أيتها النفس المطمئنة أخرجي إلى مغفرة من الله و رضوانه
nə xoş sənin halına, çünkü bu ən böyük qurtuluş­dur. Bu sənə Allahın birinci müjdəsidir. Yox əgər ikinci nida ilə çağrılsan,
(يا أيتها النفس الخبيثة أخرجي إلى سخط من الله و غضي)
bu ən böyük həsrət anıdır. Bu elə bir andır ki, onun qarşılığı yoxdur. Çünki bu Allahın qəzəbinə və əzabına çağırışdır. İndi yaxşı düşün, ey İnsanlara kafir damğası vuraraq onların qanını halal görən xarici!
brə daxil olma anı
Qəbir insan üçün ya cənnətin bağçası ya da ki cəhənnəm çuxuru olacaqdır. Yəni insan qəbrində ya nemətlə dolu olan gözəl həyat, yada əzab görəcəkdir.
قال صلى الله عليه وسلم:

" كل أهل الجنة يرى مقعده من النار , فيقول: لولا أن الله هداني فيكون له شكر.و كل أهل النار يرى مقعده من الجنة, فيقول لو أن أن الله هداني فيكون عليه حسرة"
Peyğəmbər (s.ə.v.) buyurmuşdur:

«Cənnət əhlindən olan hər bir insana qəbrində, cəhənnəm göstəriləcək və o: “Əgər mənə Allah hidayət etməsəydi, düşəcəyim yer bu pis cəhən­nəm olardı” deyəcək və Allaha onu cəhənnəm odundan xilas etdiyi üçün şükr edəcəkdir. Cəhən­nəm əhlindən olan insana isə qəbrində cənnət göstəriləcək və o: “Allah mənə hidayət etsəydi, düşəcəyim yer cənnət olacaqdı” deyə­cək və peşmançılıq çəkəcəkdir”.121

Bu isə həqiqətən daimi həsrət və peşman­çı­lıqdır. Çünki o an, insan yəqinliklə biləcək ki, artıq dünyaya dönüş yoxdur, bundan sonra cəhənnəm əzabından xilas olmaq üçün ediləcək heç bir yaxşı əmələ imkan da yoxdur. Elə məhz buna görə insan qəbrində qışqırararaq: ”Ey Rəbbim, məni geri qaytar yaxşı əməllər edim” deyəcək və Allaha yalvaracaqdır. Uca Allah isə ”indi onun dediyi sözün və özünün heç bir qiyməti yoxdur” deyə cavab verəcəkdir.

قال الله تعالى:


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin