Ислам Дини Терроризмин ялейщинядир


Cəhənnəmin gətirilməsi anı



Yüklə 3,39 Mb.
səhifə8/10
tarix01.11.2017
ölçüsü3,39 Mb.
#25107
1   2   3   4   5   6   7   8   9   10

Cəhənnəmin gətirilməsi anı



قال رسول الله صلى الله عليه وسلم:

"يؤتى بجهنم لها سبعون ألف زمام مع كل زمام سبعون ألف ملك يجرونها"
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Qiya­mət günü cəhənnəmin yetmiş min qulpundan və hər qulpundan yetmiş min mələk tutatarq gətirəcəkdir.130
Peyğəmbər (s.ə.v.) digər hədisdə buyurmuşdur:

Qiyamət günü cəhənnəmdən iki gözü, iki qulağı və dili olan baş çıxacaqdır (yəni cəhən­nəmin başı) və cəhənnəm dili ilə mən üç nəfər üçünəm deyəcəkdir: “Təkəbbür əhli, Allahdan başqasına ibadət edən və şəkil çəkənlər ”.131


Ey insan, bu an ən çətin və həsrət anıdır. Çünki bu an cəhənnəmin qulpundan tutularaq mələklərin gətirildiyi andır və bu an hər kəs diz üstə çöküb: “Ey Rəbbim, məni xilas elə“-deyəcəkdir.
قال الله تعالى:

كلا إذا دكت الأرض دكا دكا , و جاء ربك و الملك صفا صفا و جيء يومئذ بجهنم يومئذ يتذكر الإنسان و أنى له الذكرى , يقول يا ليتني قدمت لحايتي


Allah təala buyurmuşdur:

«Xeyr! Yer dağılıb parça-parça olacağı, Rəbbinin gəlib mələklər səf-səf duracağı, və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün - məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: "Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!" - deyəcəkdir».132

Bu çətin həsrət anını bir anlığa düşünək. O an ki, Allahın haqqını verməyənlər cəhənnəmi gördüklərində qışqıraraq: “Nə olardı mən yaxşı əməl sahibi olardım”- deyəcəkdir. Hər dəfə qışqıraraq bu sözü dediyində, səhlənkarlıqla tərk etdiyi namazlarını, valideyninin üzünə ağ olma­sını, insanlara etdiyi zülmü, günahsız insanları öldürərək tökdüyü qanlarını, terror nəticəsində viranə qoyduğu insanların evlərini, qanına qəltan etdiyi körpə uşaqları və övladlarını itirmiş anaların göz yaşlarını xatırlayacaq. Yenə də qışqıracaq nə olardı, nə olardı deyəcək, amma artıq gecdir və peşmançılığın faydası yoxdur.



Allah qarşısında dayanma anı

Bu ən dəhşətli və əzəmətli səhnə, mənzə­rədir. İnsan bu anın qorxusunu təsəvvür edə bilməz. Düşün ki, məhşər meydanında sorğu–suala çəkiləcəyin anı gözlədiyində nida gəlir və ey filankəs deyərək səni çağırırlar. Bu an düşü­nür­sən ki, bu qədər insanın arasından məni çağırdılar və indi Allah məni sorğu-suala çəkə­cək, həqiqətən, bu gün çox çətin gündür deyəcəksən.


قال رسول الله صلى الله عليه وسلم:

" ما منكم من أحد إلا سيكلمه الله يوم القيامة ليس بينه و بينه ترجمان فينظر أيمن منه فلا يرى إلا ما قدم و ينظر أشأم منه فلا يرى إلا ما قدم و ينظر بين يديه فلا يرى إلا الناار تلقاء وجهه فاتقوا النار ولو بشق تمرة و لو بكلمة طيبة.
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Qiya­mət günü sizin hər birinizlə arada tərcüməçi olmadan Allah təala danışacaq. İnsan sağ tərə­finə baxacaq, ancaq etdiyi əməllərini görəcək, sol tərəfinə baxacaq yenə eyni ilə etdiyi əməl­lərini görəcək, önünə baxdığında isə cəhənnəm atəşini görəcək. Xurmanın yarısını sədəqə ver­mək­lə və ya gözəl söz deməklə də olsa, özünüzü cəhənnəm atəşindən qoruyun.133

Ən dəhşətli an isə budur

قال الله تعالى:

يومئذ تعرضون لا تخفى منكم خافية


Allah təala buyurmuşdur:

«O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!».134
قال رسول الله صلى الله عليه وسلم:

" يدنى المؤمن يوم القيامة من ربه عز و جل حتى يضع عليه كنفه يقرره بذنوبه فيقول: هل تعرف؟ فيقول : أي رب اعرف .قال : فإني قد سترتها عليك في الدنيا, و إني أغفرها لك اليوم فيعطى صحيفة حسناته, و أما الكفار و المنافقين فينادى بهم على رؤوس الخلائق: هولاء الذين كذبوا على الله.
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Qiya­mət günü mömin Rəbbinə yaxınlaşacaq və ona bütün günahhlarını Rəbbi xatırladacaqdır. Rəbbi ondan soruşacaq: Bu etdiyin günahlarını xatırla­yır­sanmı? Mömin bəli ey Rəbbim xatır­la­yıram cavabını verəcəkdir. Rəbbi: Bu günah­larını dün­ya­da gizli saxladın və bu gün isə səni bağışla­yıram”- deyəcək və ona savablarının yazıldığı kitabı veriləcəkdir. Amma kafir və münafiqlərə isə, bunlar Allahın ayələrini yalan sayanlardır deyiləcəkdir.135

Bu da kafir və münafiqlərin ən dəhşətli peşmançılıq çəkmə anıdır ki, məhşər meyda­nında bütün insanların önündə onlar çağrılacaq və bunlar Allahın ayələrini yalan sayan yalançı­lar­dır, deyiləcəkdir. Hər kəs onları üzlərindən tanıyacaqdır.


قال الله تعالى:

ويوم القيامة ترى الذين كذبوا على الله وجوههم مسودة

Allah təala buyurmuşdur:

«(Ya Peyğəmbər!) Qiyamət günü Allaha qarşı yalan uydurub söyləyənlərin üzlərini qapqara görərsən. Məgər təkəbbür göstərən­lər üçün Cəhənnəmdə yer yoxdur?! (Əlbəttə vardır!)».136
İnsanın bədən əzalarının öz etdiyi günahları etiraf etməsi
İnsanın bədən əzaları, onun etdiyi günahlarını etiraf edəcəkdir.
قال الله تعالى:

يوم تشهد عليهم ألسنتهم و أيديهم و أرجلهم بما كانوا يعملون

Allah təala buyurmuşdur:

«Qiyamət günü (onlar dünyada qazan­dıqları günah­larını dandıqda) dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir».137
اليوم نختم على أفواههم و تكلمنا أيديهم و تشهد أرجلهم بما كانو يكسبون

Allah təala buyurmuşdur:



«Bu gün (Allaha and olsun ki, biz müşrik, kafir deyildik - dediklərinə görə) onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları isə şəhadət verə138
ويوم يحشر أعداء الله إلى النار فهم يوزعون.حتى إذا جاءوها شهد عليهم سمعهم و أبصارهم و جلودهم بما كانوا يعملون. و قالوا لجلودهم لم شهدتم علينا قالوا أنطقنا الله الذي أنطق كل شيء و هو خلقكم أول مرة و إليه ترجعون. و ما كنتم تسترون أن يشهد عليكم سمعكم و لا أبصاركم و لا جلودكم و لكن ظننتم أن الله لا يعلم كثيرا مما تعلمون. و ذلكم ظنكم الذي ظننتم بربكم أرداكم فأصبحتم من الخاسرين.فإن يصبروا فالنار مثوى لهم و إن يستعتبوا فما هم من المعتبين
Allah təala buyurmuşdur:

«Nəhayət, onlar Cəhənnəmə gəldikdə qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verə­cək­dir. Onlar öz dərilərinə: "Nə üçün əleyhimizə şəhadət verirsiniz?" - deyəcəklər. (Dəriləri də) belə cavab verəcəkdir: "Hər şeyi dilə gətirən Allah bizi danışdırdı. Sizi ilk dəfə yoxdan yaradan Odur. Siz Onun hüzuruna qaytarılır­sınız!". Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şəhadət verəcəkləri­nizdən qorxub (günah işləməkdən) çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirsiniz. Sizin öz Rəbbi­niz barəsində bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz! İndi (əzaba) dözsələr də (dözməsələr də), onların məskəni Cəhənnəmdir. Onlar (Allahdan) riza diləsələr də, onların diləyi qəbul olunmaz (yaxud dünyaya qayıtmaq istəsələr də, onların bu istəyi qəbul ediməz)»139
Ey insan! Bədən əzalarını günah işlərə cəlb etməkdən qorx, əksinə yaxşı işlər etməyə alışdır. Çünki o gün, bədən əzaların dil açıb danışacaq və etdiyin bütün günah işlərini Allah qarşısında o əzəmətli gündə etiraf edəcəkdir. Nəin ki, bədən əzaların, hətta üzərində gəzdiyin torpaq belə etdiyin əməllərini etiraf edərək əleyhinə şahid duracaqdır.
قال الله تعالى:

يومئذ تحدث أخبارها بأن ربك أوحى لها


Allah təala buyurmuşdur:

«Məhz o gün (yer) öz hekayətini söyləyə­cəkdir. Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)!»140

Peyğəmbər (s.ə.v.) bu ayəni oxuyarkən əshabələrinə “bilirsinizmi nədən xəbər verə­cək?”- demişdir. Əshabələr xeyr Allahın rəsulu dedilər. Peyğəm­bər (s.ə.v.): Torpaq üzərində yaşa­mış olduğu insanın etdiyi bütün əməllərini qiyamət günü xəbər verəcək və filankəs bu əməli filan gün etmişdir o, əməlidə filan gün etmişdir deyə­cəkdir”.141


Əməl dəftərlərinin paylanacağı an və insanların üç qismə bölünməsi
Bu gün insanların iki qismə: haqq əhli ilə batil əhlinə ayrılacağı əzəmətli gündür. Bu gün insanlar etdikləri əməlləri yazılan dəftərləri ala­cağı və cənnət əhlinin cəhənnəm əhlindən ayrı­lacağı gündür. Hər kəs həsrət və qorxu içərisində əməl dəftərini alacağı anı gözləyəcək və öz özündə deyəcəkdir: “Görəsən əməl dəftərimi hansı əlimə verəcəklər?”

Bu anı gözləyərək fikrə daldığında birdən görəcək ki, dəftəri sağ tərəfindən verildi və bu an sevincindən qışqıraraq deyəcəkdir:


هاؤم اقرءوا كتابية , إني ظننت أني ملاق حسابية, فهو في عيشة راضية في جنة عالية

Bu an mələklər onlara deyəcəkdir:


كلوا واشربوا هنئيا بما أسلفتم في الأيام الخالية

Amma cəhənnəm əhlindən olanlara əməl dəftəri sol tərəfindən və ya arxasından veriləcək və bu an qışqıraraq :


يا ليتني لم أوت كتابية, و لم أدر ما حسابية , يا ليتها كانت القاضية , ما أغنى عني مالية, هلك عني سلطانية
Uca Allah mələklərə əmr edərək buyuracaq:
خذوه فغلوه ثم الجحيم صلوه
Qurtubi bu ayəni təfsir edərək buyur­muşdur: “Allahın əmrini yerinə yetirmək üçün min mələk dərhal hazır olacaq və onun əllərini boynuna bağlayacaqlar.Sonra onu şiddətli atəşə daxil edəcəklər və yetmiş arşın zəncirlə onu cəhənnəmdə bağlayacaqlar.
Ey insan, bu çətin və əzəmətli gündür və bu sıxıntıya düçar olmamaq üçün hazırlıqlı olmalısan. Çünki o gün, etdiyin zinaların, yediyin haram mal-dövlət, etdiyin qeybətlər, insanlar arasında söz daşımağın, yalan danışmağın, yalan­dan şahidlik etməyin, günahsız insanların öl­dürərək tökdüyün qanlar hamısı əməl dəftə­rində yazılı halda sənə oxumaq və etdiyin əməllərini görməyin üçün sənə veriləcək. Vay o zaman halına ki, əməl dəftərin sol tərəfindən və ya arxandan sənə verilsin.
Əməllərin çəkiləcəyi Tərəzi
قال الله تعالى:

و نضع الموازين القسط ليوم القيامة فلا تظلم نفس شيئا و إن كان مثقال حبة من خردل أتينا بها و كفى بنا حاسبين



Allah təala buyurmuşdur:

«Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə onu (hər hansı bir əməli tərəziyə) gətirərik. Haqq-hesab çəkməyə Biz kifayətik».142
فإذا نفخ في الصور فلا أنساب بينهم يومئذ و لا يتساءلون, فمن ثقلت موازينه فأولئك هم المفلحون و من خفت موازينه فأولئك الذين خسروا أنفسهم في جهنم خالدون
أولئك الذين كفروا يآيات ربهم و لقائه فحبطت أعمالهم فلا نقيم لهم يوم القيامة وزنا
«Onlar o kəslərdir ki, Rəbbinin ayələ­ri­ni və Onunla qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Onun hüzurunda dura­caq­larını) inkar etdilər, bununla da onların bütün əməlləri puça çıxdı. Buna görə də Biz (qiyamət günü) onlar üçün bir daş-tərəzi qurmaya­cağıq!».143
Bir gün Peyğəmbər (s.ə.v.) axirət haqqın­da danışanda Aişənin (Allah ondan razı olsun!) göz yaşları peyğəmbərin (s.ə.v.) yanağına düşdü və peyğəmbər: “Ey Aişə nə üçün ağlayırsan”- dedi. Aişə (Allah ondan razı olsun!): “Axirət haq­qın­da danışdın. Görəsən axirətdə insanlar bir-birilərinin ailəsini xatır­la­yacaqmı?- soruşdu. Pey­ğəm­bər (s.ə.v.) dedi: Nəfsim əlində olan Allaha and olsun ki, axirətdə üç an vardır ki, insan öz nəfsindən başqa heç kimsəni düşünməyəcək: əməllərin tərəziyə qoyulub çəkildiyi an, əməl dəftər­lərinin insana verildiyi zaman və körpüdən keçmə zamanı”.144
Ey müsəlman qardaşım, yaxşı əməllər etməklə bu gün üçün və Allahın qarşısında dayanıb hesaba çəkiləcəyin gün üçün hazırlaş. Allahın ayələrini yalan sayan və inkar edənlərdən olma. Onlar haqqında Uca Allah buyumuşdur:
و لو ترى إذ وقفوا على ربهم قال أليس هذا بالحق قالوا بلى وربنا قال فذوقوا العذاب بما كنتم تكفرون. قد خسر الذين كذبوا بلقاء الله حتى إذا جاءتهم الساعة بغتة قالوا يا حسرتنا على ما فرطنا فيها و هم يحملون أوزارهم على ظهورهم ألا ساء ما يزرون

«Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyu­racaq: "Bu, (öləndən sonra dirilmək, sorğu-sual) haqq deyilmi? Onlar: "Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)" - deyə cavab verəcək­lər. (Allah) buyuracaq: "Elə isə etdiyiniz küfr­lərə görə dadın əzabı!". Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (qiyamət vaxtı) qəflətən başlarının üstünü aldığı zaman onlar günahlarını dallarında daşıyaraq deyə­cəklər: "Dünyadakı təqsirlərı­mızə görə vay halımıza!" Bir baxın, daşıdıq­ları şey (günah yükü) necə də pisdir!».145

İblisin cəhənnəmdə cəhənnəm əhli üçün xütbəsi
Cənnət əhli cənnətə, cəhənnəm əhli cəhənnəmə daxil olduqdan sonra İblis cəhənnəm əhli üçün məşhur xütbəsini oxuyacaqdır. Bu an ən çox peşmançılıq çəkmə anıdır. Bu an İblisin fitnəsinə uyaraq günahsız insanların qanını axı­danlar, insanların evlərini, ticarət mərkəzlərini partladanlar, insanları qorxu içərisində yaşadan­lar və təyyarələri qaçıranlar İblisin xütbəsini din­lə­dikdə çox-çox peşmaçılıq çəkəcəklər.
Uca Allah Qurani Kərimdə buyurmuşdur:

و قال الشيطان لما قضي الأمر إن الله وعدكم وعد الحق ووعدتكم فأخلفتكم و ما كان لي عليكم من سلطان إلا أن دعوتكم فاستجبتم لي فلا تلوموني و لوموا أنفسكم ما أنا بمصرخكم و ما أنتم بمصرخي إني كفرت بما أشركتموني من قبل إن الظالمين لهم عذاب أليم


«İş bitdikdə (cənnətliklər Cənnətə, cəhənnəmliklər də Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzzəmət edən kafirlərə) belə deyəcək: "Allah (peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hökmüm (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadı­ma. Mən öncə (dünyada) sizin məni (Allaha) şərik qoşmağınınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalımları şiddətli bir əzab gözləyir!».146

Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin