Ислам Дини Терроризмин ялейщинядир


“XƏVA­­RİC” SÖ­­ZÜ­­NÜN İSTİLAHİ MƏNA­­SI



Yüklə 3,39 Mb.
səhifə3/10
tarix01.11.2017
ölçüsü3,39 Mb.
#25107
1   2   3   4   5   6   7   8   9   10
“XƏVA­­RİC” SÖ­­ZÜ­­NÜN İSTİLAHİ MƏNA­­SI

“Xəva­­ric”, xarici sö­­zü­­nün cəm forması­­­dır. “Xarici” sözü ərəb dilində xaric olmuş, çıx­­mış deməkd­­ir. “Xəva­­ric” sö­­zü­­nün istilahi məna­­sı isə, mü­­səlm­­an alimləri və rəh­­bər­­ləri­­nə qarşı çıxan, bö­­yük güna­­h sahibi olan mü­­səlm­­anlara kafir damğası vuraraq, onların qanını axıda­­nlara deyilir.

Xəva­­riclər mü­­səlm­­anlardan ayrıl­­mış və zəla­­lətə düş­­müş bir firqədi­­r ki, Peyğəm­­bər (s.ə.v.) onları cə­­hən­­nəm kö­­pək­­ləri adlandır­­mış­­dır.

Xəva­­riclər öz­­ləri­­ni haqq yolunun ardı­­cıll­­arı adlan­dır­­­malarına baxmayaraq, tarix boyu güna­­h­sız mü­­səlm­­an­ların qanlarını axıt­­mış­­dırl­­ar.


قال الحافظ ابن حجر رحمه الله :

" أما الخوارج فهم جماعة خارجة , أي طائفة , و هم مبتدعون سموا بذلك لخروجهم على الدين و خروجهم على خيار المسليمين .


Məşhur İslam alimlərindən Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:

“Xəvariclər, İslamdan çıxmış bir firqədir və onlar bidətçilərdir. İslam dininə və ən xeyirli müsəlmanlara (yəni xəlifə Osman və Əliyə -Y.Q.) qarşı çıxdıqları üçün onlara xəvariclər deyilir.52

قال ابن تيمية رحمه الله:

" و الخوارج هم أول من كفر المسلمين يكفرون بالذنوب , و يكفرون من خالفهم في بدعتهم و يستحلون دمه و ماله"


Məşhur İslam alimlərindən İbn Teymiyyə demişdir:

“İlk əvvəl müsəlmanları kafir sayan xəvariclər olmuşlar. Xəvariclər günah edənləri, onlara müxalif olan digər müsəlmanları kafir adlandırır, qanlarını və mallarını halal sayırlar”.53


"هم أول من كفر أهل القبلة بالذنوب , بل بما يرونه من الذنوب , واستحلوا دماء أهل القبلة بذلك"
“Qiblə əhlini ilk kafir adlandıran xəvariclər olmuşdur. Günahlara görə qiblə əhlinin qanını halal saymışlar”.54

قال الآجري رحمه الله :

" و الخوارج هم الشراة الأنجاس الأرجاس"
Məşhur İslam alimlərindən Əl-Əcuri demişdir:

“Xəva­riclər murdar nəca­sətd­irlər”.55

Yuxarıda qeyd edilən məşh­ur alimləri­n müdr­ik söz­­ləri­ndən aydın olur ki, xəva­riclər Yer üzəri­ndə fitnə tö­rə­də­rək güna­hsız mü­səlm­anların qanlarını axıda­n­lara deyilir.
وقال النووي رحمه الله :

( الخوارج : صنف من المبتدعة يعتقدون أن من فعل كبيرة كفر، وخلد في النار، ويطعنون لذلك في الأئمة ولا يحضرون معهم الجمعة والجماعات )
Məşhur islam ailmlrindən imam nəvavi demişdir:

“Xəvariclər, islama yenilik gətirən firqələrdən olub, böyük günah sahibinin kafir olduğunu və əbədi cəhənnəmdə qalacağını etiqad edirlər. Buna görə rəhbərlərə tənə edir və onlarla camaat və cümə namazlarını qılmazlar”56.



XƏVARİCLƏR HAQQINDA PEYĞƏMBƏRİMIZİN (S.Ə.V.) İBRƏTAMİZ KƏLAMLARI

عن أبي سعيد الخدري رضي الله عنه قال:

" بينا نحن عند رسول الله صلى الله عليه وسلم و هو يقسم قسما , أتاه ذو الخويصرة و هو رجل من بني تميم , فقال : يا رسول الله اعدل.قال رسول الله صلى الله عليه وسلم: ويلك و من يعدل إن لم أعدل , فقد خبت و خسرت إن لم أعدل .فقال عمر بن الخطاب : يا رسول الله ائذن لي فيه أضرب عنقه .فقال رسول الله صلى الله عليه وسلم: دعه فإن له أصحابا يحقر صلاته مع صلاتهم و صيامه مع صيامهم , يقرءون القرآن ر يجاوز تراقيهم , يمرقون من الإسلام كما يمرق السهم من الرمية ...."
Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) demişdir:

«Peyğəm­bər (s.ə.v.) qəni­mət­ləri payladığı za­man, Bəni Təmi­m qəbi­ləsi­ndən Zul Xuveysira adlı bir şəxs gəld­i və: “Ey Allahın rəsu­lu adil ol”- dedi. Peyğəm­bər (s.ə.v.): Yazıql­ar olsun sənə əgər mən adil olmasam, kim adil ola bilər ki!? Əgər mən adil olmasaydım (sən adil olmayan bir insana tabe olduğun üçün) sən müt­ləq əli­boş qalardın və zə­rər çə­kən­lər­dən olardın. Bu zaman Ömər bin Xattab: Ey Allahın rəsu­lu izin ver, boynunu vurum,- dedi. Peyğəm­bər (s.ə.v.): Onu tərk et, onun kimi onun dostları var, onlar Quran oxuyurlar, amma oxuduqları Quran bo­ğaz­­ların­­dan aşağı enməz (yəni Quran oxuyurlar amma öz bildikləri kimi Quranı yozaraq mü­səlm­anlara kafir damğası vurur və onların qan­larını tö­kür­lər). Ox yayınd­an çıx­dığı kimi, onlar da İsl­am dinindən çıxa­caqlar».57


قال علي رضي الله عنه سمعت رسول الله صلى الله عليه وسم يقول :

" سيخرج في آخر الزمان قوم أحداث الأسنان , سفهاء الأحلام , يقولون من خير قول البرية , و يقرءون القرآن لا يجاوز حناجرهم يمرقون من الدين كما يمرق السهم من الرمية , فإذا لقيتموهم فاقتلوهم فإن في قتلهم أجرا لمن قتلهم عند الله يوم القيامة "


Əli bin Əbu Talib (Allah ondan razı olsun) Peyğəm­bər­dən (s.ə.v.) eşitdiyi hədi­si rəva­yət edə­rək buyurmuşdur:

«Axır zamanda yeniyetmə səfe­hlər meydana çıxa­caq, Qurani-Kəri­mdən dəli­l gəti­rə­cək­lər (yəni məna­sını başa düş­mə­dən, anlamadan Qurani Kəri­mdəki ayə­ləri öz istək və arzularına uyğun istifadə edə­cək­lər, Quranı anlamadıql­arı üçün, ayəni­n məna­sı qəlb­ləri­nə çatmayacaq), Qurani-Kəri­mi oxuyacaqlar amma boğazlarınd­an aşağı enmə­yə­cək və oxun yaydan çıx­dığı kimi İsl­amdan çıxa­caqlar. Onlarla harada qar­şıla­şsanız onları öl­dü­rün, onları öl­dü­rənə qi­yamət günü savab yazıla­caqdı.58
عن أبي ذر رضي الله عنه قال : قال رسول الله صلى الله عليه وسلم:

" سيكون بعدي من أمتي قوم يقرءون القرآن لا يجاوز حلاقيهم , يخرجون من الدين كما يخرج السهم من الرمية ثم لا يعودون فيه , هم شر الخلق و الخليقة"


Əbu Zərin (Allah ondan razı olsun) Pey­ğəmbərdən (s.ə.v.) rəvayət etdiyi hədisdə deyilir:

«Məndən sonra ümmətimdən Qurani-Kərimi oxu­yan amma boğazlarından aşağı enməyən insanlar olacaq. Oxun yaydan çıxdığı kimi, İslam dinindən çıxacaqlar və geri dinə qayıtma­yaca­qlar. Onlar yaradılmışların ən şərliləridir»59.

Yəni İslam dinindən çıxdıqları üçün bir daha geri qayıtmayacaqlar. Ona görə ki, onların çoxu bu bidətlərindən tövbə etmir və müsəlmanların qanını axıtmağa davam edirlər. Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdiyimizdə bunun şahidi oluruq. Ben Laden və onun silah­daşlarının törətdikləri vəhşiliklərə baxdığımızda, həqiqətən, Peyğəmbə­ri­mi­zin (s.ə.v.) ibrətamiz kəlamını daha yaxşı anlayırıq. Günahsız müsəl­manların, uşaqların və sairə insanların qanlarını cihad adı altında axıdırlar və bu çirkin əməllərinə görə sevinirlər. Məhz bunlar Peyğəm­bərimizin (s.ə.v.) vəsf etdiyi ən şərli yara­dıl­mışlardır.


عن سعيد بن جمهان قال :

" أتيت عبد الله بن أوفى رضي الله عنه و هو محجوب البصر فسلمت عليه .قال من أنت؟ فقلت : أنا سعيد بن جمهان .قال : ما فعل والدك؟ قال : قلت: قتلته الأزارقة. قال : لعن الله الأزارقة , لعن الله الأزارقة , حدثنا رسول الله صلى الله عليه وسلم : أنهم كلاب النار قال : قلت : الأزارقة وحدهم أم الخوارج كلها ؟ قال: بل الخوارج كلها ...)

Səid bin Cəmhan demişdir:

«Bir gün Abdullah bin Əvfanın yanına gəlmiş­dim, onun gözləri tutulmuşdu və salam verdikdən sonra mənə:

- Sən kimsən?- dedi.

Mən:


-Səid bin Cəmhanam- dedim.

O da:


-Atan necədir?- soruşdu. Mən də əzariqalar60 tərəfindən atamın qətl edil­di­yini dedim.

Abdullah bin Əvfa: “Allah əza­riqalara lə­nət etsin, Allah əza­riqalara lə­nət etsin, peyğəm­bər (s.ə.v.) onlar haqqınd­a: “Cə­hən­nəm kö­pək­ləri” demişdir- dedi”. Mən də, bu əza­riqa­lar üçün xüsu­sidir, yoxsa bü­tün xəva­­riclər üçün deyilən söz­dür?-so­ruş­­dum. O da bü­tün xəva­riclər üçün cavabını verdi....»


Təəs­süf­lər olsun ki, hal-hazırd­a əza­riqaların missiyasını, Peyğəm­bəri­mizin (s.ə.v.) cə­hən­nəm kö­pəyi adlandır­dığı xəva­ricləri­n çirkin yolunu davam etdirən Ben Ladenlər həya­ta keçirirlər. Əza­riqalar kimi, tö­rətd­ikləri terror aktlarınd­a neçə-neçə kör­pə mü­səl­­manla­rın qanını axı­dıbl­ar və indiyə kimi də bu çirkin əməl­ləri­ndə davam edirlər. Bəzi mü­səlm­anlara təəc­cüb­lü gələ bilər ki, Ben Ladenlər nə üçün bu çirkin əməl­ləri­ndən töv­bə etmirlər. Onlara ən gö­zəl cavab Peyğəm­bəri­mizin (s.ə.v.) buyurduğu hədi­sdir:
Onlar, oxun yaydan çıx­dığı kimi dindən çıxa­caqlar və bir daha geri qayıtm­ayacaqlar.”
Digər tə­rəf­dən güna­hsız insanları qətl edən­­ləri Allah elçisi Mə­həm­məd (s.ə.v.) cə­hən­­nəm kö­pək­ləri adlandır­mış­dır. Cə­hən­nəm kö­pək­­ləri necə kö­pək sifəti­ndən dön­sün­lər ki?

Məşh­ur İsl­am alimləri­ndən əl-Məna­vi “Feydul Qadir” kitabınd­a Peyğəm­bəri­mizin (s.ə.v.) xəva­riclər haqqınd­a cə­hən­nəm kö­pək­ləri vəsf­ini belə açıql­a­mış­dır:

“…kö­pək­ləri­n hür­düyü kimi xəva­riclər də cə­hən­nəm­də hü­rə­cək­lər, yəni kö­pəyi­n digər hey­vanlara nisbət­də ən aşağı heyvan olduğu kimi, onlar da cə­hən­nəm əhl­inin ən alçağı­dırl­ar”.61

Əl-Məna­vi yenə də “Feydul Qadir” adlı kitabınd­a 4148-ci hədi­si izah edər­kən demişdir:

“Mömi­n rəhi­mlidir, bağışl­anma və rəh­mət diləyi­r, amma fitnəka­r xəva­ric isə Allahın rəh­məti­ndən ümi­dini üz­müş­dür, təca­vüzk­ardır, başqalarına hücu­m edir və bu da kö­pək­ləri­n xüsu­siyyəti­dir. Xəva­ric­lər, Allahın qullarına təca­­vüz etdikləri­nə və onlara düş­mən kimi baxdıq­­larına görə cə­hən­nəmə daxil oldular. Etdikləri əməl­ləri ilə kö­pəyə bən­zə­yir­lər”.
İndi isə diqqət­lə dü­şü­nün bu çirkin terror aktları tö­rə­də­rək uşağları, qocaları, qadınl­arı, güna­hsız insanları qətl edən xəva­ric deyilmi?

İsl­am alimləri­nin buyurduğu kimi, müas­ir Xəva­­riclər əv­vəlk­i xəva­riclər­dən daha murdar nəca­sətd­irlər. Əv­vəlk­i xəva­riclər açıq-aşkar Peyğəm­bəri­mizin xəli­fəsi Osmana (Allah ondan razı olsun) qarşı çıx­dıla­r və sonda onu qətl etdilər. Peyğəm­bə­rin iki qı­zı­nın əri olmuş xəli­fə Osmanın qanını axıtm­aqla kifayət­­lən­­mə­yə­rək daha sonra Peyğəm­bəri­n kü­rə­kəni, Əhli Beytin­dən olan xəli­fə Əli­yə (Allah ondan razı olsun) qarşı çıx­dıla­r və onu kafir adlandır­dıla­r. Xəva­ricləri­n nə qə­dər murdar nəca­sət olduqları daha açıq şəki­ldə sizə aydın olmuşdur. Əli bin Əbu Talib (Allah ondan razı olsun) məşh­ur Nəhr­avan savaşınd­a Peyğəm­bəri­mizin (s.ə.v.) cə­hən­nəm kö­pəyi adlandır­dığı xəva­ricləri məğl­ub etdi.
عن أبي غالب أنه سمع أبا أمامة رضي الله عنه صاحب رسول الله صلى الله عليه وسلم يقول :

"و خرجت خارجة بالشام فقتلوا, فألقو في جب , أو في بئر قال : أقبل أبو أمامة رضي الله عنه و أنا معه , حتى وقف عليهم , ثم بكى , ثم قال : سبحان الله , ما فعل الشيطان بهذه الأمة؟ كلاب النار , كلاب النار, كلاب النار –ثلاثا- شر قتلى تحت أديم السماء , شر قتلى تحت ظل السماء)

Əbu Ğalib, Peyğəmbərin (s.ə.v.) əshabə­lərindən Əbu Umamənin belə dediyini rəvayət etmişdir:

«Şamda, xəvariclər baş qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə onların atıldığı quyunun başında durub ağladı və sonra: “Sübhənallah, şeytan bu ümməti necə azdırdı? Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Cə­hənnəm köpəkləri, Yer üzərində ən şərli öl­dürülmüşlər, ən şərli öldürülmüşlər -dedi».62



XƏVARİCLƏR HAQQINDA İSLAM ALİMLƏRİNİN FƏTVALARI
(1)السؤال:

هل يوجد في هذا الزمان من يحمل فكر الخوارج؟

الجواب: يا سبحان الله ! و هذا الموجود الآن , أليس هم فعل الخوارج؟ و هو تكفير المسلمين , و أشد من ذلك قتل المسلمين و الإعتداء عليهم بالتفجير, هذا مذهب الخوارج.....

Sual:

“Dövrümüzdə xəvaric ideyasının daşıyıcıları mövcud­durmu?”



Cavab:

“Sübhənallah! Hal-hazırda xəvariclər möv­cud­dur. Müsəlmanlara kafir damğası vurmaq, bundan daha təhlükəlisi - müsəlmanları qətl etmək xəvariclərin əməlləri deyilmi?! Bu xə­va­riclərin məzhəbidir!”63


(2)السؤال:

هل الخوارج يعتبرون من أهل القبلة ؟ و هل يصلى خلفهم؟

الجواب: إختلف العلماء في الخوارج هل هم كفار؟ أم هم ضلال و فساق؟ على قولين: القول بتكفيرهم أقرب , لأن الأدلة دلت على كفرهم و أما الصلاة خلفهم : فلا يجوز...."
و ممن ذهب إلى تكفير الخوارج كما ذكرهم الحافظ ابن حجر- رحمه الله -: البخاري , و القاضي أبو بكر , و السبكي, و القرطبي , فتح الباري 12\300)

Sual:

Xəvariclər qiblə əhlindən (yəni müsəlman­lardan) sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?



Cavab:

“Xəvariclərin kafir olmaları və ya sadəcə zə­la­lət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqi­qətə daha yaxın bir rəydir. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Amma xəvariclərin arxa­sın­da namaz qılmağa gəldikdə isə onların arxa­sında namaz qılmaq olmaz”.64

Xəvariclərin kafir olmaları rəyini İslam alim­lərindən: Buxari, Qadi Əbu Bəkr, Subki, Qurtubi dəstəklə­miş­dirlər.65
قال الآجري رحمه الله: لم يختلف العلماء قديما و حديثا أن الخوارج قوم سؤء , عصاة الله عز و جل و لرسول الله صلى اللله عليه وسلم, و إن صاموا و صلوا واجتهدوا في العبادة فليس ذلك بنافع لهم , و إن أظهروا الأمر بالمعروف و النهي عن المنكر و ليس بنافع لهم لأنهم قوم سؤء يتأولون القرآن على ما يهوون و يهمون على المسلمين, و قد حذرنا الله عز و جل منهم, و حذرنا رسول الله صلى الله عليه وسلم , و حذرنا الخلفاء الراشدون بعده و حذرنا الصحابة رضي الله عنهم و من تبعم بإحسان رحمة اللله عليهم ..."(الشريعة 1\325)
Əl-Ə”curi demişdir:

“Xəvariclərin şərli bir qövm olduqları barə­sində keçmiş və müasir alimlər ixtilaf etmə­mişdirlər. Xəvariclər Uca Allah və onun elçisi Məhəmmədə (s.ə.v.) asi olanlardır. Onlar na­maz qılsalar da, oruc tutsalar da və çoxlu ibadət etsələr də onlara faydası yoxdur. Onlar insanları yaxşı işlərə çağırsalar və pis işlərdən çəkin­dirsələr də bunun onlara yenə də bir faydası yoxdur. Çünki onlar pis insanlardır, Qurani Kə­rimi öz arzu və istəklərinə görə yozarlar və müsəl­manların üzərində tətbiq edərlər. Allah, onun elçisi, raşidi xəlifələr və əshabələr onların yolundan bizləri çəkindirmişlər”.66



İSLAM ALİMLƏRİNİN USAMƏ BEN LADEN HAQQINDA FƏTVALARI
فتوى للعلامة عبد العزيز بن باز رحمه الله :

ذكر عبد العزيز بن باز رحمه الله في " جريدة المسلمون و الشرق الأوسط" أن أسامة بن لادن من المفسدين في الأرض و يتحرى طرق الشر ....)

Məşhur İslam alimlərindən Abdul Əziz bin Baz demişdir:

“Şübhəsiz ki, Usamə Ben Laden yer üzərində fəsad törədənlərdəndir”.67


Uca Allah da öz mübarək kitabı Qurani-Kərimdə yer üzərində fitnə-fəsad törədənləri sevmədiyini, onları lənətlədiyini və şiddətli əzaba düçar edəcəyini vəd etmişdir:
قال الله تعالى:

وإذا تولى سعى في الأرض ليفسد فيها و يهلك الحرث و النسل و الله لا يحب الفساد, و إذا قيل له اتق الله أخذته العزة بلإثم فحسبه جهنم و لبئس المهاد


Allah təala buyurmuşdur:

«(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etmə­yə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhən­nəm kifayətdir. Ora nə pis məskəndir».68
قال الله تعالى:

و الذين ينقضون عهد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأض أولئك لهم اللعنة و لهم سؤء الدار


Allah təala buyurmuşdur:

«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb-da­ğı­dan­lar, yer üzün­də fitnə-fəsad salanlar isə lənətə dü­çar olacaqlar. Onları axirə­tin pis aqibəti göz­lə­yir».69

Budur əsl İslam gerçəkliyi. Kim yer üzərində firtnə-fəsad törədərsə, ayələrdə qeyd edildyi kimi, onu nələr gözlədiyi göz önündədir.


فتوى المحدث الشيخ مقبل بن هادي الوادعي – رحمه الله في جريدة الرأي العام الكويتية 19\12\ 1998

العدد 11503 :" أبرأ إلى الله من بن لادن فهو شؤم و بلاء على الأمة و أعماله شر."


Məşhur hədis alimi şeyx Muqbil bin Hədi əl-Vadinin 19/12/1998 tarixində Küveyt Dövlətinin “Ra”yul –Am”, 11503 saylı qəzetində yayınlanan fətvası:

“Ben Ladendən Allaha sığınıram O, İslam ümmətnin uğursuzu (qara üzü) və üzərinə çökmüş bəla və müsibətdir. Onun əməlləri şər əməllərdir.




Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin