XƏVARİCLƏRİN XÜSUSİYYƏTLƏRİ
1. Peyğəmbəri (s.ə.v.) ədalətsizlikdə ittiham etmələri və hal-hazırda İslam alimlərini küfrlə suçlamaları. Xəvariclər özlərinin çirkin yolunu dəstəkləməyən İslam alimlərinin kafir adlandırır və fürsət düşəndə onları qətl etməyə çalışırlar.
Əvvəldə qeyd etdiyimiz hədisi şərifdə buyrulduğu kimi, xəvairc məzhəbinin banisi sayılan Zul Xuveysira Allahın sonuncu Peyğəməbərini ədalətsizlikdə ittiham etmişdi. Ömər bin Xattab onun boynunu vurmaq istədikdə Peyğəmbər (s.ə.v.) insanların “Məhəmməd öz əshabələrini öldürür” deyə yanlış fikrə düşməmələri üçün buna izn verməmişdir. Peyğəmbər (s.ə.v.), bunun (yəni Zul Xuveysiranın) nəslindən xəvariclərin törəyəcəyini bildirmişdir. Həqiqətən, İslam tarixində qeyd edildiyinə görə, xəlifə Əlinin (Allah ondan razı olsun) Nəhravan deyilən yerdə xəvariclərlə savaşında Zul Xuveysira döyüş meydanından ölü olaraq tapılmışdır.
Peyğəmbəri (s.ə.v.) ədalətsizlikdə ittiham edən Zul Xuveysiranın müasir törəmələri olan xəvairclər, bəzi ölkələrdə günahsız insanları, körpə uşaqları törətdikləri terror aktları nəticəsində öıdürürlər. Nəinki insanları, hətta onlardan bəzilərinin Yəməndə məscidləri partlatmaq istəyərkən yaxalandıqları və ya intihar edərək məscidi və məsciddə namaz qılanları qanına qəltan etmələri hamıya məlumdur. Daha acınacaqlısı odur ki, xəvariclər məscidləri və sairə yerləri partladaraq günahsız insanların qanlarını “Allahu Əkbər”, “Allahu Əkbər” sədaları altında tökürlər.
Çox təəccüblü deyilmi?! “Allahu Əkbər” sözləri ilə müsəlmanlar qətl edilir.
Əslində bu heç də təəccüblü deyil. Çünkü, xəvariclərin fikir atası sayılan Zul Xuveysira Allah tərəfindən bəşəriyyətə rəhmət üçün göndərilən Peyğəmbəri (s.ə.v.) ədalətsizlikdə ittiham etmişdi.
Digər tərəfdən Peyğəmbərin (s.ə.v.) cəhənnəm köpəkləri adlandırdığı xəvairclərin müsəlmanları qətl etməsi və sairə çirkin əməlləri onlara görə normal bir şeydir.
Məgər cəhənnəm köpəklərindən bundan başqa nəsə gözləmək mümkündür?!
2. Zahiri görünüşləri etibarilə saleh əməl sahibi kimi görünsələr də, amma qəlblərində murdarlıq yatır. Necə ki, Peyğəmbərimiz (s.ə.v.) əshabələrinə demişdir:
“Siz namaz qılmaqda, oruc tutmaqda, Quran oxumaqda onlara çatmazsınız, amma Quran oxuyacaqlar, oxuduqları boğazlarından aşağı enməyəcək, oxun yaydan çıxdığı kimi İslamdan çıxacaqlar”.
Ona görə də onların zahiri görünüşünə baxmaqla, onların saleh əməl sahibi olmalarını zənn etmək doğru deyil. Necə ki, onlardan bəziləri çıxışlarında Qurani Kərimdən sitatlar gətirsə də, amma Peyğəmbərimiz (s.ə.v.) onların oxun yaydan çıxdığı kimi İslamdan çıxdıqlarını bildirmişdir.
Xəvariclər bəzi səthi dini biliklərə sahib olan gənclərimizi zahiri görünüşləri və İslam dinindən boğaz dolu danışığı ilə aldatmağa çalışırlar. Xəlifə Osman və Əliyə (Allah onlardan razı olsun) qarşı çıxanlar da ədalətdən dəm vururdular. Gecə-gündüz ibadət edir və Quran oxuyurdular. Hətta, Əli (Allah ondan razı olsun) xəvariclərlə savaşmadan öncə İbn Abbası onlarla danışmağa göndərir. İbn Abbasın onlarla görüşündən sonra dediyi sözü çox maraqlıdır. İbn Abbas demişdir ki, mən onlarla danışmağa getdiyimdə onların çoxu söhbət əsnasında mürgüləyirdi. Bilirdim ki, bütün gecəni ibadətlə keçirib, üzlərində yuxusuzluq əlamətləri var idi.
Amma baxın sonunda yenə də inadlarından dönmədilər və Xəlifə Əli (Allah ondan razı olsun) onlara qarşı savaşdı. Onların gecələri yuxusuz qalması onlara fayda verdimi?
Gecə-gündüz ibadət edir və Quran oxuyurdular, amma Qurani-Kərimi öz istək və arzularına uyğun yozurdular. Beləcə hətta Xəlifə Əlini (Allah ondan razı olsun) kafir adlandırdılar.
قال البخاري:
"كان ابن عمر يراهم شرار خلق الله و قال: إنهم انطلقوا إلى آيات نزلت في الكفار فجعلوها على المؤمنين"
Buxari demişdir:
“Abdullah bin Ömər, onların ən şərli məxluqlar olduğunu qeyd edirdi. O demişdir: Xəvariclər kafirlər barəsində nazil olan ayələri möminlərə qarşı tətbiq edirlər”.70
Daha sonra xəvariclər, onların yaşadığı ərazilərdən keçən müsəlmanları öldürməyə başladılar. Bir gün əshabələrdən Abdullah bin Xəbbab bin Əl-Ərt (Abdullah Bin Xəbbab Peyğəmbərin zamanından dünyaya gəlmişdir. Atası Xəbbab ona Abdullah adını qoymuşdur. O, və Zubeyrin oğlu Abdullah İslamın ilk dövrlərində anadan olanlardandır. Xəvariclər onu hicrətin 37-ci ilində həyat yoldaşı ilə oradan keçərkən öldürdülər. Həyat yoldaşı hamilə idi. Xəvariclər bu vəhşiliyi ilə doymayaraq, hətta həyat yoldaşının qarnını yırtaraq uşağı da çıxartdılar. Xəlifə Əli (Allah ondan razı olsun) bunu eşitdikdə onlara qarşı savaşa hazırlaşdı və Nəhravan deyilən yerdə onları məğlub etdi. Onlardan az bir qismi canını qurtata bildi.
İndi isə bəlkə oxuculara xəvariclərin nə qədər murdar, çirkin olduqları aydın olmuşdur. Xəbbab bin əl-Ərt Peyğəmbərimizin ən çox Qureyş tərəfindən əziyyət çəkdiyi əshabələrindən olmuşdur. Onun oğlu Abdullah Peyğəmbərin (s.ə.v.) zamanında dünyaya gəlmişdir. Peyğəmbərin (s.ə.v.) yanında uşaqlıq çağından boya başa çatmış bir əshabələrdən idi.
Görün onlar kimləri qətl ediblər.
Tairixə nəzər saldıqda xəvariclərin nə qədər çirkin insanlar olduğunun şahidi oluruq.
Hal hazırda Ben Ladenlərin, Ayman Zavahirilərin terror aktları törədərək cihad adı altında günahsız insanları qətl etmələri o qədər təəccüblü deyil. Bunların, fikir atası sayılan keçmiş xəvariclər Peyğəmbərin əshabələrini qətl etmiş və hətta Abdullah bin Xəbbab kimi əshabənin hamilə həyat yoldaşının qarnını yırtmışlar.
Buna görə də Peyğəmbər (s.ə.v.) onlar haqqında:
“Onlar ən şərli yaradılmışlardır” demişdir. Digər bir hədisdə isə:
“Onlar, Allahın qəzəbinə düçar olmuş məxluqlardır”.71
3. Dediklərində bəzi həqiqətlər olsa da bunu öz batil istəklərinə çatmaq üçün isifadə edirlər. Şəriətin tətbiq edilməsini tələb edirlər ki, bununla silahlı mübarizəyə baş vursunlar və hansısa dövlətdə inqilab etsinlər. Yalnız həmişə şəriət hökmlərinin tətbiq edilməsi kimi fikirlərdən söz açırlar. Amma onların əsas istəyi bu sözdən öz çirkin istəkləri üçün istifadə edərək günahsız insanları küfrdə ittiham etmək və onların qanını axıtmaqdır.
Necə ki, indi İraqda və sairə Orta Şərq ölkələrində Ben Ladenin rəhbərlik etdiyi “Əl-Qaidə” təşkilatı qərblə mübarizə apardıqlarını iddia edirlər, amma onların fəaliyyətinə nəzər salsaq görərik ki, Qərblə mübarizə və ya cihad adı altında hər gün müsəlmanları qətl edirlər.
Necə ki, Xəlifə Əlinin (Allah ondan razı olsun) Nəhravan savaşında məğlub etdiyi xavariclər onu küfrdə ittiham edərək dedilər ki, Əli Allahın hökmü ilə hökm etmir, “hökm sahibi yalnız Allahdır” ayəsini öz istəklərinə görə yorumladılar.
4. Müsəlmanları və zimmiləri qətl etmək, onların mal və namuslarına, hətta övladlarına təcavüz etmək.
Bu, xəvariclərin ən bariz və tanınmış çirkin sifətlərindəndir. Əlbəttə ki, cəhənnəm köpəklərindən bundan başqa nə gözləmək olar?! Müsəlmanların və onların körpə övladlarının qanlarını cihad adı altında “Allahu Əkbər” deyərək axıdırlar. Müasir xəvariclər əvvəlki xəvariclərdən daha çirkin yoldadırlar. Çünkü, əvvəlki xəvariclər açıq aşkar Xəlifə Əli və Peyğəmbərin digər əshabələrinə (Allah onlardan razı olsun) qarşı savaşdılar. Amma müasir xəvariclər isə yaşayış massivlərini gizli və ya insanlar evlərində gecə yatdığı zaman partladırlar. Nə qədər insan vardır ki, xəvariclərin vəhşiliyi üzündən evsiz-eşiksiz, nə qədər müsəlman balalarımız vardır ki, onalrın xain əməlləri nəticəsində kimsəsiz və yetim qalmışlardır.
5. Səfeh yeniyetmə gənclər.
Peyğəmbər (s.ə.v.) xəvariclər haqqında səfeh yeniyetmə gənclər demişdir.72
Heç bir İslam alimi, Peyğəmbərin (s.ə.v.) səfeh yeniyetmə gənclər adlandırdığı xəvaricləri dəstəkləməmiş və onlarla birlikdə olmamışdır. Amma, xəvaricləri müdafiə edənlərə gəldikdə isə şəkk yoxdur ki, o da onlardandır.
Məşhur hədis alimlərindən Muqbil Vadii (Allah ona rəhmət etsin) İbn Abbasdan səhih sənədlə belə bir rəvayəti qeyd etmişdir.
"İbn Abbas, xəvariclərlə mübahisə etdiyində onlara belə demişdir: “Peyğəmbərin kürəkəninə (yəni Əli bin Əbu Talib), mühacir və ənsarlara nəyə görə kin bəsləyirsiniz. Qurani Kərim onlar həyatda ikən enib və sizinlə bərabər onlardan heç kimsə yoxdur və Qurani Kərimi onlar daha yaxşı başa düşürlər”.73
6. İslam alimlərinə tənə etmələri və gəncləri onların yolundan uzaqlaşdırmağa çalışmaları.
Çünki, xəvariclər bilirlər ki, əgər gənclər İslam alimlərinin yolunu təqib etsə, dini biliklərə yiyələnəcəklər və xəvariclərə qarşı onlarda nifrət yaranacaq. Çünki İslam alimləri hər zaman peyğəmbərin hədislərindən yola çıxaraq müsəlmanları xəvariclərin fitnəsinə düşməyindən çıkindirmişlər.
Xəvariclər hətta bununla kifayətlənməyərək bəzi ölkələrdə İslam alimlərini qətl etməkdən belə çəkinməmişlər.
Buna görə də Peyğəmbər (s.ə.v.): “Əgər mənim zamanımda çıxsalar, onları Səmud qövmünün həlak olduğu kimi gətl edərdim - demişdir”74. Yəni hamısını öldürərdim, necə ki, Səmud qövmünə Allah tərəfindən bəla gəldiyində onların hamısı həlak olmuşdu.
XƏVARİCLƏR, ŞEYTANLARIN DOSTUDUR
Uca Allah Adəm aleyhissalamı yaratdığı və bütün Mələklərə ona səcdə edin dediyi zaman, Şeytan buna etiraz etmiş və üsyankarlığı üzündən sonsuza qədər lənətlənmişdir. Bunun üzərinə Şeytan qiyamət gününə qədər insanları doğru yoldan azdırmaq üçün möhlət istəmişdir.
قال الله تعالى:
قال فبما أغويتني لأقعدن لهم صراطك المستقيم , ثم لأتينهم من بين أيديهم و من خلفهم و عن أيمانهم و عن شمائلهم و لا تجد أكثرهم شاكرين
Allah taala buyurmuşdur:
«(İblis) dedi: "Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacam! Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!"» 75.
Digər ayədə :
و لأضلنهم و لأمنينهم و لأمرنهم فليبتكن ءاذان الأنعم و لأمرنهم فليغرن خلق الله و من يتخذ الشيطان وليا من دون الله فقد خسر خسرانا مبينا
Allah taala buyurmuşdur:
«Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb şeytanı özünə dost tutan şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır»76
Əgər insan Şeytanın bu kimi fitnəsindən xəbərsiz olsa, özünü ondan qoruya bilməyəcək və onun tələsinə düşəcəkdir. Ona görə də mömin insan, Qurani Kərimdə qeyd edilən bu həqiqəti unutmamalı və şeytanın aldadıcı hiylələrinə qarşı diqqətli olmalıdır.
قال الله تعالى:
إن الشيطان لكم عدو فاتخذوه عدوا إنما يدعوا حزبه ليكونوا من أصحاب السعير
Allah taala buyurmuşdur:
«Həqiqətən, şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır»77.
قال الله تعالى:
يأيها الذين آمنوا لا تتبعوا خطوات الشيطان و من يتبع خطوات الشيطان قإنه يأمر بالفحشاء و المنكر
Allah taala buyurmuşdur:
«Ey iman gətirənlər! şeytanın yolunu tutub getməyin! Kim şeytanın getdiyi yolla getsə, o, (insanlara) çirkin, pis işlər görməyi (zina etməyi, yalan danışmağı, özgələrə böhtan atmağı) əmr edər. Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt (günahdan) pak olmazdı. Lakin Allah dilədiyini (günahdan) pak edər. Allah (hər şeyi) eşidəndir, biləndir!».78
TERRORUN TÖRƏTDİYİ FƏSADLAR
1) Bu terror hadisələrinin törətdiyi ən böyük fəsadlar ondan ibarətdir ki, bu hadisələrdə uşaqlar, qadınlar və qocalar da qətl edilirlər. Uca Allah Qurani-Kərimdə bunun nə qədər çirkin əməl olduğunu və bunu edənin aqibətinin əbədi cəhənnəm olacağını belə bildirmişdir:
قا الله تعالى :
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلا أَنْ تَكُونَ تِجَارَةً عَنْ ترَاضٍ مِنْكُمْ وَلا تقتلُوا أَنْفُسَكُمْ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
Allah təala buyurmuşdur:
«Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!»79;
قال الله تعالى :
وَمَنْ يَقْتُلْ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ اللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا
Allah taala buyurmuşdur:
«Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!»80.
قا الله تعالى :
مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الأرْضِ لَمُسْرِفُونَ
Allah taala buyurmuşdur:
«…yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar»81.
يقول الله عز وجل:
و الذين لا يدعون مع الله إلها آخر و لا يقتلون النفس التي إلا بالحق و لا يزنون و من يفعل ذلك يلق أثاما
Allah taala buyurmuşdur:
«Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər»82.
قال الله عز وجل في شأن أحد ابني آدم الذي قتل أخاه:
فطوعت له نفسه , قتل أهيه, فقتله فأصبح من الخاسرين
Uca Allah Adəm övladlarından öz qardaşını öldürən haqqında buyurmuşdur: «Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu»83.
Yuxarıda qeyd edilən ayələrdən məlum olduğu kimi, terror hadisələri törədərək günahsız insanları, uşaqları öldürən kimsələri axirətdə böyük bir əzab gözləyir. Bir insanı öldürən şəxs Qurani-Kərimdə bildirildiyi kimi, bütün insanları öldürmüş kimidir. Dünyada bu etdiklərini günahlarının cəzasını cəkməməyi düşünənlər çox yanılırlar, çünki axirətdə bundan heç kimsə qaça bilməyəcək. O, əzəmətli gün Allah qarşısında ədalət məhkəməsində etdiyi cinayətlərin hesabını mütləq verəcəkdir.
İndi isə Peyğəmbərin (s.ə.v.) yolu ilə getdiklərini və onu sevdiklərini iddia edənlərin nəzəriniə aşağıdakı hədisləri çatdırıram. Hər kəs bilsin ki, Məhəmməd (s.ə.v.) terrora qarşı olmuş və qəti olaraq günahsız insanları qətl etməyi qadağan etmiş və bunu Allah dərgahında böyük günah olduğunu buyurmuşdur.
وقال النبي صلى الله عليه وسلام:
(أكبر الكبائر : الإشراك بالله و قتل النفس)
Hədislərinin birində Peyğəmbər (s.ə.v.) buyurmuşdur:
“Ən böyük günah Allaha şərik qoşmaq və insanı qətl etməkdir”84.
قال النبي صلى الله عليه وسلام:
(سباب المسلم فسوق و قتاله كفر)
Digər hədisdə buyurmuşdur: “Müsəlmanı söymək fasiqlik, onunla vuruşmaq isə küfrdür”85.
2) Terror hadisələrinin ən böyük cinayət və təhlükələrindən biri də terrorçuların intihar edərək özlərini və digər günahsız insanları qətl etmələridir. Uca Allah isə Qurani-Kərimdə özlərinə qəsd edənlərə cəhənnəm əzabı vəd etmişdir.
قال الله تعالى:
وَلا تَقْتُلُوا أَنفُسَكُمْ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا وَمَنْ يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا
Allah taala buyurmuşdur:
«Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atırıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!”86.
قال رسول الله صلى الله عليه وسلام:
Dostları ilə paylaş: |