( من تردَّى من جبلٍ فقَتَل نفسَه فهو في نار جهنّم يتردَّى فيها خالدًا مخلَّدًا أبدًا، ومن تحسَّى سُمًّا فقتل نفسَه فسمُّه في يدِه يتحسَّاه في نار جهنّم خالدًا مخلّدًا فيها أبدًا، ومَن قتَل نفسَه بحديدةٍ فحديدتُه في يده يتوجَّأ بها في بطنِه في نار جهنَّم خالدًا مخلَّدًا فيها أبدًا)
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: ”Kim özünü dağdan ataraq özünə qəsd edərsə, cəhənnəm əzabında da əbədi qalacaqdır. Kim özünü zəhərləyərək özünə qəsd edərsə, cəhənnəm əzabında əlində özünü zəhərlədiyi zəhər ilə əbədi qalacaqdır. Kim özünü dəmir alətlə öldürərsə cəhənnəmdə əlində həmin alətlə əbədi qalacaqdır87.
Yuxarıda keçən ayə və hədislərdən aydın olur ki, intihar edərək öz nəfsinə qəsd edərək və digərlərini də qətl edənlərə Uca Allah cəhənnəm əzabı vəd etmişdir. Bu terror hadisələrində Ben Laden kimi nadanlar həm özlərinin həm də digərlərinin qanını tökürlər. Qərblə mübarizə adı altında günahsız müsəlmanların qanlarını axıtmaq məgər cihadmıdır? O, günahsız insanların axıdılan qanlarına görə məsuliyyət daşımayacaqlarınamı inanırlar?!
قال رسول الله صلى الله عليه وسلام:
(قَتلُ المؤمن أعظمُ عند الله من زوال الدنيا)
Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: “Bir müsəlmanın qətl edilməsi Allah dərgahında dünyanın dağılmasında daha ağırdır”88.
و قال أيضا :
(لو أنَّ أهلَ السماءِ وأهلَ الأرض اشتركوا في دمِ مؤمنٍ لأكبَّهم الله في النار)
Peyğəmbərimiz (s.ə.v.) buyumşdur: “Əgər bir müsəlmanın ölümündə göy və yer əhalisi iştirak etmiş olsalar Allah onların hamısını üz üstə cəhənnəmə atar”89.
Uca Rəbbimiz Qurani-Kərimdə buyurur ki, əgər biz onlara öz nəfslərinizə qəsd edin deyə əmr etsəydik insanların çoxu buna əməl etməzdi. Belə olan təqdirdə bəs nə üçün biz Allahın əmr etdiyi əməlləri yerinə yetirmək əvəzinə haram buyurduğu çirkin əməlləri etməliyik? Axı bu zülm deyilmi, Allahın haqqının tapdalamaq və ona asi olma deyilmi? Bu ayəni diqqətlə oxuyun:
قال الله تعالى:
ولو أنا كتبنا عليهم أن اقتلوا أنفسكم أو اخرجوه من دياركم ما فعلوه إلا قليل منهم , ولو أنهم فعلوا ما يوعظون به لكان خيرا لهم و أشد تثبيتا, وإذا لأ تيناهم من لدن أجرا عظيما ولهديناهم صراطا مستقيما
Allah taala buyurmuşdur:
“Əgər Biz onlara: "Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!" - deyə yazıb əmr etsəydik, içərilərində az bir hissəsi müstəsna olmaqla, (bu əmri) yerinə yetirməzdilər. Əgər onlar verilən nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu onlar üçün daha xeyirli və daha düzgün olardı (imanda sabitqədəmlik baxımından daha möhkəm bir addım olardı). O zaman Biz də onlara Öz tərəfimizdən böyük mükafat verərdik. Və onları düz yola yönəldərdik”90.
3) Terror hadisələri nəticəsində insanlar evsiz-eşiksiz qalır və onların mal-dövləti tələf edilir. Bunun isə İslam dinində haram olduğuna icma edilmişdir. Müsəlmanın malı, namusu, qanı toxunulmazdır.
قال النبي صلى الله عليه و سلام في خطبته في حجه الوداع:
(إن دماء كم و أموالكم عليكم حرام)
Peyğəmbərimiz (s.ə.v.) Vida həccində buyurmuşdur: “Sizə bir-birinizin qanını tökmək və malına göz dikmək haramdır”91.
4) Terror hadisələri nəticəsində İslam ölkələrində yaşayan digər dinlərə mənsub insanlar da qətl edilirlər. Hansı ki, İslam dini belə insanların da qanının tökülməsini haram buyurmuşdur. Həmin insanlar istər səyahətə, istərsə də digər iş üçün gələn olsalar, onlara qarşı belə əməl törətmək qəti olaraq İslam dinində haram buyurulmuşdur.
قال النبي صلى الله عليه وسلام:
( من قتل معاهدا حرم الله عليه الجنة أن يشم ريحها)
Peğəmbər (s.ə.v.) hədisdə buyurmuşdur: “Kim bir zimmini (yəni, dövlət tərəfindən qanın, malının qorunması təmin edilmiş digər dinə etiqad edən) öldürərsə, Allah ona cənnətin qoxusunu belə haram edər”92.
قال أيضا: ( من أمن رجلا على دمه , فقتله , فأنا برئ من القالتل , و إن كان المقتول كافرا)
Digər hədisdə Peyğəmbər (s.ə.v.) buyurmuşdur: “Kim bir insanın qanının qorunmasına təminat verərsə, və sonra onu öldürərsə, öldürülən kafir belə olsa mən qatildən uzağam”93.
Şəriət elmləri doktoru Salih əl-Fövzandan islam ölkələrinə gələn səyahətçiləri, ziyarətçiləri öldürmənin hökmü nədir? - deyə soruşulmuşdur. O, cavabında buyurmuşdur: Bu qadağandır. İstər səyahətçi, istər ziyarətçi olsun, kimsəni öldürmək olmaz. Çünki onların qanının qorunmasına dövlət tərəfindən təminat verilmişdir94.
5) Bu terror hadisələri (partlayışlar) ölkədə əmin-amanlığı, sabitliyi pozur, yer üzərində fitnə-fəsada səbəb olur və insanları qorxu hissi içərisində yaşamağa məcbur edir. Əgər bu fəsadlar davam etsə, heç kimsə Kəbəni ziyarət etməz, heç vaxt məzlumun haqqı bərpa edilməz. Kimsə özünün, ailəsinin qorunmasından əmin ola bilməz.
Kim əmin-amanlığı, sabitliyi pozmağa çalışarsa, artıq dinimizin yox olmasına çalışmışdır. Əmin-amanlığın, sabitliyin olması, Allahın ən gözəl bəxş etdiyi nemətidir. Bu elə bir nemətdir ki, hər kəs bu nemətin kölgəsində yaşayır. Əmin-amanlıq, sabitlik olan yerlərdə, insanlar xoşbəxt-firavan həyat sürür, ibadətlərini yerinə yetirir, məscidlər tikilir. Məscidlərdən əzan səsləri ucalır. Amma əfsuslar olsun ki, bəzi nadanlar və onların ideyasını dəstəkləyənlər həmişə çalışırlar ki, müsəlman ümmətini yuxarıda qeyd edilən nemətlərdən məhrum etsinlər.
Ey müsəlman qardaşlarım, müsəlmanların əmin-amanlığını, sabitliyini pozan şəxs müsəlman ola bilərmi? Əlbəttə ki, yox. Uca Allah Qurani-Kərimdə, Məkkə əhlinə verdiyi nemətlərini xatırladaraq buyurmuşdur:
قال الله تعالى :
لإيلافِ قُرَيْشٍ إِيلافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ
Allah təala buyurmuşdur:
«(Ya Peyğəmbər! Qüreyşlilərə de ki) Qüreyşin ülfəti (dostluğu və ya Allahın onlar üçün səfəri asanlaşdırması) xatirinə, Onlara qış və yay səfərini müyəssər edilməsi xatirinə. Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan (fil sahiblərinin təhlükəsindən) sonra əmin-amanlıq bəxş etdi»95;
قال الله تعالى :
أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ
Allah taala buyurmuşdur:
«Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındğı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar?»96.
İctimaiyyət arasında fitnə-fəsad törətməklə, insanları qətl etməklə, zülmlə bu nadanlar müvəffəq olacaqlarınamı inanırlar? Bunlar heç vaxt Allahın lənətlədiyi terror hadisələri törətməklə nəyə isə nail ola bilməyəcəklər. Çünki Uca Allah bu çirkin əməlləri qadağan etmiş və Allah fitnə-fəsad törədənləri sevmədiyini bildirmişdir.
Uca Allah buyurmuşdur:
قال الله تعالى:
إن الله لا يصلح عمل المفسدين)
«Allah fitnə-fəsad törədənləri sevməz!»97.
قال الله تعالى:
و لا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا و طمعا إن رحمة الله قريب من المحسنين
Allah taala buyurmuşdur:
“Yer üzü (Peyğəmbərin gəlməsi sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!”98.
قال الله تعالى:
كلوا واشربوا من رزق الله و لا تعثوا في الأرض مفسدين
Allah taala buyurmuşdur:
«Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin»99.
Uca Rəbbimiz insanları pis işlər işləməyi və zülmü, fitnə-fəsad törətməyi, günahsız insanları qətl etməyi, qan tökməyi qadağan etmişdir. Uca Allah onun əmrlərinə tabe olmayıb yuxarıda qeyd edilən əməlləri törədənləri şeytan ardıcılları adlandırmışdır. Axirətdə isə onlara cəhənnam vəd etmişdir:
قال الله تعالى:
و الذين ينقضون عهد الله من بعد ميثاقه و يقطعون ما أمر الله به أن يوصل و يفسدون في الأرض أؤلا ئك لهم اللعنة و لهم سؤء الدار
Allah taala buyurmuşdur:
«Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad törədənlər isə lənətə düçar olacaqlar. Onları pis yurd (Cəhənnəm, o biri dünyanın pislikləri) gözləyir»100.
قال النبي صلى الله عليه وسلام:
(من أصبح آمنا قي سربه , معافى في جسده , عنده قوت يومه, فكأنما حيزت له الدنيا بحذافيرها)
Hədislərin birində Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: “Kim evində təhlükəsiz yaşayarsa və o, səhhəti cəhətdən də sağlamdırsa artıq ona bütün dünya bağışlanmışdır”101.
قال فضيلة الشيخ صالح الفوزان-حفظه الله : (فلا شك أن توفر الأمن مطلب ضروري , الإنسانية أحوج إليه من حاجتها إلى الطعام و الشراب , و لذا قدمه إبراهم عليه الصلاة و السلام في دعائه على الرزق فقال: *وإذ قال إيراهيم رب اجعل هذا بلدا آمنا ورزق أهله من الثمرات من آمن منهم بالله و اليوم الآخر قال و من كفر فأمتعه قليلا ثم أضطره إلى عذاب النار و بئس المصير*. لأن الناس لا يهنأون بالطعام و الشراب مع وجود الخوف , و لأن الخوف تنقطع معه السبل التي بواستطها تنقل الأرزاق من بلد لآخر, و لذلك رتب الله على قطاع الطرق أشد العقوبات ..... و جاء الإسلام بحفظ الضروريات الخمس و هي: الدين, النفس, والعقل, والعرض, و المال, و رتب حدود صارمة في حق من يتعدى على هذه الضروريات, سواء كانت هذه الضروريات للمسلمين أو المعاهدين, فالكفار المعاهد له ما للمسلم, و عليه ما على المسلم قال النبي صلى الله عليه وسلام: من قتل معاهدا لم يرح رائحة الجنة...والذي يعتدون على الأمن: إما أم يكون خوارج , أو قطاع طرق, أو بغاة, وكل كم هذه الأصناف الثلاثة يتخذ معه الإجراء الصارم, والذي يوقفه عند حده و يكف شره عن المسلمين والمستأمنين و
أهل الذمة....
Şeyx Salih Fövzan demişdir: Şəkk yoxdur ki, əmin-amanlıq, sabitlik dində tələb olunan ən zəruri məsələlərdəndir. İnsanın əmin-amanlığa, sabitliyə yemək və içməkdən daha çox ehtiyacı vardır. Buna görə də İbrahim (ə.) Allaha dua edərkən ruzidən əvvəl əmin-amanlıq, sabitlik istəmişdir. Uca Allah buyurmuşdur: Yadına sal ki, İbrahim: «Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver!"- deyə dua etdikdə, O (Allah): "Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!" - deyə buyurdu (əl-Bəqərə, 126). Çünki insanlar əmin-amanlıq olmazsa, qorxu içərisində yaşaya-yaşaya yemək və içməkdən ləzzət ala bilməzlər. Qorxu olan yerdə ərzaqlar bir ölkədən başqa ölkələrə necə daşınsın? Buna görə də Uca Allah yol kəsənlərə şiddətli əzab vəd etmişdir.
İslam dini insanın həyatı üçün beş zəruri məsələni qorumaq üçün gəlmişdir. Bunlar: din, insanın özü, ağıl, mal-mülk, insanın namusudur. Bu beş zəruri olan şeylər istər müsəlman üçün olsun, istərsə də zimmi102 üçün, kim bunu pozmağa cəhd edərsə, Allah onun üçün şiddətli cəza tərtib etmişdir. Peyğmbər (s.ə.v.) buyurmuşdur: ”Kim bir zimmini öldürərsə, Allah cənnətin qoxusunu belə ona haram edər. Əmin-amanlığı pozmağa çalışanlar, ya xəvariclərdir, ya yol kəsən soyğunçular, ya da ki həddini aşanlardır. Bu üç sinif insanlara qarşı ciddi sərt tədbirlər görülməlidir ki, onların şərindən müsəlmanlar və zimmilər uzaq olsun103.
Bəs nə üçün bu nadanlar müsəlmanların əmin-amanlığını pozur? Məgər özləri müsəlman olduqlarını iddia etmirlərmi? Bu onu göstərir ki, əgər onlar bu qədər ayə və hədislər ola-ola belə edirlərsə, deməli özləri müsəlman deyillər. Buna görə də hər bir müsəlmana digər insanların əmin-amanlığına xələl gətirməməsi, sabitliyi pozmaması vacibdir.
Hər bir müsəlman bilməlidir ki, əmin-amanlığı pozmaq, Allahın bizə əmr etdiyi xeyir yolundan və onun nəsihətindən üz döndərməkdir:
قال الله تعالى :
وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى
Allah taala buyurmuşdur:
«Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!»104.
قال الله تعالى :
وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانًا فَهُوَ لَهُ قَرِينٌ وَإِنَّهُمْ لَيَصُدُّونَهُمْ عَنِ السَّبِيلِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُون
Allah taala buyurmuşdur:
«Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı urcah edərik və onun (Şeytanın) yaxın dostu olar. (Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!»105.
Hər bir müsəlman bilməlidir ki, o etdiyi hər bir səhvinə görə Allah qarşısında məsuliyyət daşıyır. O, əmin-amanlığı pozmasına, fitnə-fəsad törətməsinə görə məsuliyyət daşıyır. Onlar bu çirkin əməlləri nəticəsində gözü oğul həsrətindən yaşlı qalmış anaların bəd duasına düçar olacaqlar.
قال رسول الله صلى الله عليه وسلام:
( لا يحل لمسلم أن يروع مسلما)
Peyğəmbər (s.ə.v.) hədisi şərifdə buyurmuşdur: “Bir müsəlmanın başqa bir müsəlmanın qorxu içərisində yaşamasına səbəb olması ona haramdır”106.
قال النبي صلى الله عليه وسلام:
( من حمل علينا السلاح, فليس منا)
Peyğəmbər (s.ə.v.) hədisi şərifdə buyurmuşdur: “Kim bizə qarşı silah çəkərsə, bizdən deyildir” 107.
قال النبي صلى الله عليه وسلام:
(لا يشير أحدكم على أخيه بالسلاح , فإنه لا يدري , لعل الشيطان ينزغ في يديه , فيقع في حفرة من النار)
Digər hədisdə deyilir: “Qardaşına (İslam qardaşına) qarşı silahla işarə belə etmə. Çünki sən bilmədən şeytan əlində olanla səni fitnəyə salar və bununla cəhənnəmə daxil olarsan” 108.
Digər hədisdə: “Kim qardaşına qarşı silahla işarə edərsə, mələklər ona lənət oxuyar”- deyilir.
قوله صلى الله عليه وسلام:
(يجيئ المقتول بالقاتل يوم القيامة , ناصيته و رأسه بيده , و أوداجه تشخب دما, فيقول : يا رب , سل هذا فيما قتلني؟)
Başqa hədisdə isə: “Qiyamət günü, qətl edilmiş şəxs üzündən qanı axa-axa qatilin başından çəkə-çəkə onu gətirəcək və: Ey rəbbim bundan soruş ki, məni nə üçün öldürdü? - deyəcəkdir” 109.
قال رسول الله صلى الله عليهو سلام:
( من أشار إلى أخيه بحديدةٍ فإنّ الملائكة تلعنُه حتى يدعَها، وإن كان أخاه لأبيه وأمه)
Peyğəmbər (s.ə.v.) buyurmuşdur: ”Kim bir qardaşına qarşı dəmirlə işarət edərsə, dəmiri əlindən qoyana qədər mələklər ona lənət oxuyar, hətta işarə edilən doğma qardaşı belə olsa” 110.
Ey İslam ümmətinin bir parçası olan İslam gəncləri, bu nadanlar törətdikləri partlayışlarla neçə-neçə günahsız insanların qanını axıdıblar. Neçə-neçə körpə uşaqları qanına qəltan ediblər. Neçə-neçə ağbirçək analarımızı övlad həsrəti ilə gözləri yaşlı qoyublar.
Əlbəttə ki, bunu edənlər kimliyindən asılı olmayaraq İslam düşmənləridir.
Hər bir valideyn evinə qayıtdığında, qapıda onu övladı qarşıladığında sevinir. Hər birimiz axşam balaca övladlarımızın başını tumarlayır və yanaqlarından öpürük. Övladımız xəstələndiyində isə, səhərə qədər yuxusuzluqdan yata bilmirik. Övladımızın şəfa tapması üçün hər şeyimizi fəda etməyə hazırıq. İndi isə bir anlığa düşünün. Əgər canımızı fəda etməyə hazır olduğumuz övladımız nadan Zərqavi kimilərin törətdiyi çirkin partlayışa hədəf olsa, nə edərik? (Allah qorusun).
Əlbəttə ki, dünya artıq bizim üçün məhbəs olar. Həyatımızdan ləzzət almarıq. Bəs hər axşam yeni danışmağa başlayan övladını öpməyə vərdiş etmiş o gözü yaşlı analar nə etsin? İndi isə həmin uşaq dünyada yoxdur. Ana ürəyinin çırpıntıları, fəryadı varkən bu nadanlar cənnətə girə bilərlərmi?
Mənzərəyə baxın. Ana qucağında bir ayağı partlayış nəticəsində qopmuş, qan içərisində olan uşağını tutaraq acısından fəryad qopardır. Ana artıq uşağının qopmuş ayağını unudub, uşağının fəryad səsləri onun ürəyini parçalayır. Bu ananın və uşağın fəryadları varkən cənnəti qazanmaq olarmı?
6) Bu partlayışlar insanların xeyir işlər görmələrinə mane olur. Bu partlayışlara görə bir çox xeyir qapıları kilidlənib. Bu radikalların çirkin əməllərinə görə İslam dini əziyyət çəkir, təzyiqlərə məruz qalır. İslam dininə ləkə, xələl gətirilir.
Nə qədər yetim, kimsəsiz uşaqlara edilən yardımların önü bağlanıb. Neçə-neçə fağır insanlar var ki, hər gün uşaqları aclıqdan göz yaşı tökür, nə qədər məscidlər var ki, tikintisi yarımçıq qalıb. Nəyə görə?
Bu çirkin əməllərə görə xeyir işlər görmək istəyənlər maneə ilə üzləşib, özləri qorxu içərisində yaşayırlar, başqalarına necə yardım etsinlər. Öz ailəsinin təhlükəsiz yaşamasını təmin edə bilmir. Belə olduğu halda başqasına yardımdan danışmaq mümkündürmü?
7) Bu partlayışlar hər yerdə müsəlmanların təzyiqlə üzləşməsinə səbəb olur. Hətta müsəlmanların çoxunda öz gözəl dinlərinə və İslam alimlərinə qarşı səhv təəssüratlar yaranır. Qərb ölkələrində özünün müsəlman olduğunu deməyə xəcalət çəkənlər var. Buna görə bəziləri dini mənsubiyyətini gizlədir. Bu da müsəlmanların zəifliyinə gətirib çıxarır. Əlbəttə ki, buna səbəb Zərqavi və onun təmsil olunduğu «Əl-Qaidə»nin törətdiyi çirkin, amansız əməllərin nəticəsidir.
8) Bu partlayışlar və terror hadisələri insanların Allahın yoluna qayıtmasına mane olur və İslam dininə daxil olmaq istəyənləri hürküdür.
İslam mərhəmətİ, İSLAM ƏDALƏTİ
Bura qədər bildirdiyimiz həqiqətləri yekunlaşdırsaq, İslamın “siyasət doktrinası”nın, yəni siyasi mövzulardakı İslami hökm və prinsiplərin son dərəcə mülayim və sülhsevər olduğunu söyləyə bilərik. Bu həqiqət müsəlman olmayan bir çox tarixçi və ya teoloq (ilahiyyatçı) tərəfindən də qəbul edilir. Onlardan biri keçmiş rahibə və Orta Şərq tarixi üzrə məşhur mütəxəssis, ingilis tarixçisi Karen Armstronqdur. Armstronq üç böyük ilahi dinin tarixini araşdırdığı “Müqəddəs müharibə” (“Holy war”) adlı əsərində belə bir şərh edir:
«”İslam” kəlməsi ərəb dilində “sülh” kəlməsi ilə eyni kökdən gəlir və Quran müharibəni Tanrı rizasına zidd gələn anormal bir hal kimi lənətləyir... İslam rəqibi, qarşısındakını məhv etməyə yönələn və ya təcavüzkar xarakter daşıyan bir müharibəni qəbul etmir... İslam müharibənin qaçılmaz olduğunu qəbul edir və bəzi hallarda onu zülmü və əzabı dayandırmaq üçün vacib bir vəzifə olaraq görür. Quran müharibənin də bir həddinin olmasının lazımlılığını və onun mümkün qədər insanpərvər şəkildə davam etdirilməsini təlim edir. Məhəmməd (s.ə.v.) sadəcə olaraq məkkəlilərlə deyil, eyni zamanda bölgədəki yəhudi qəbilələri ilə və yəhudilərlə də əməkdaşlıq edərək özünə qarşı bir hücum planlaşdıran Suriyadakı xristian qəbilələri ilə mübarizə aparmaq məcburiyyətində qalmışdı. Amma bu, yenə də onun “Kitab əhli”ni (xristian və yəhudiləri) lənətləməsi kimi bir nəticə doğurmamışdı. Onun əshabələri özlərini müdafiə etmək məcburiyyətində qalmış, amma düşmənlərin dininə qarşı müqəddəs bir müharibəyə girməmişdilər. Məhəmməd (s.ə.v.) azad etdiyi köləsi Zeydi bir müsəlman ordusunun komandiri kimi xristianlara qarşı müharibəyə göndərən zaman onlara Allah yolunda cəsur, amma insanpərvərliklə savaşmalarını əmr etmişdi. Bu əmrə görə, onlar rahiblərə, keşişlərə və ya rahibələrə təcavüz etməməli və ya savaşmayan zəif insanları hədəfə almamalı idilər. Mülki şəxslərə qarşı heç bir soyqırımı həyata keçirməməli, tək bir ağac belə kəsilməməli, heç bir şey dağıdılmamalıdır...».
Peyğəmbərimizdən (s.ə.v.) sonra gələn xəlifələr də fəth etdikləri ölkələrdə həm oranın yerli xalqının, həm də təzə gələnlərin sülh və təhlükəsizlik içində yaşamasını təmin etmişdilər. İlk xəlifə Hz.Əbu Bəkr Suriya səfərinə çıxdığı ərəfədə bir təlimat vermişdi. Onun ələ keçiriləcək yerlərdə həyata keçirilməsini istədiyi mərhəmətli və mehriban davranış Quran əxlaqının gözəl bir nümunəsidir. Hz.Əbu Bəkrin təlimatları belədir:
“Ey insanlar, ürəkdən tabe olacağınız 10 qanun verirəm: xəyanət etməyin və haqq yolundan ayrılmayın. Uşağı, qadını və yaşlı insanları qətlə yetirməyin. Xurma ağaclarını yandırıb məhv etməyin və hər hansı bir meyvə ağacını da kəsməyin. Dəvələrdən, sürülərdən və ya kütlələrdən hər hansı birini qətlə yetirməyin... Həyatlarını axirət həyatına bağlamış və dünyadan üz çevirmiş insanlarla qarşılaşacaqsınız, onlara toxunmayın. Cürbəcür ərzaqlar təqdim edən insanlarla qarşılaşacaqsınız, yeyin, fəqət Allahın adını anmağı unutmayın!”.
Hz.Əbu Bəkrdən sonra xilafət məqamına sahib olan və mehribanlığı, mərhəməti və ədaləti ilə məşhur olan Hz.Ömər isə ələ keçirilən ölkələrin yerli xalqı ilə ədalət və mehribançılıq nümunəsi olan müxtəlif razılaşmalar əldə etdi. Məsələn, Hz.Ömər Qüds və Lüdd xristianlarına onların təhlükəsizliyi ilə bağlı zəmanət (amannamə), habelə kilsələrin dağıdılmayacağı və kilsələrdə müsəlmanların cəm halda ibadət etməməsi məsələlərində təminat verdi. Lahm xristianlarına təqdim olunan şərtlər də eyni idi. Mədainin fəthi ilə Nasturiya patriarxı III İşuayhebə (650-660) verilən zəmanət də yenə eyni şəkildə kilsələrin dağıdılmayacağına, heç bir binanın məscidə və ya evə çevrilməyəcəyinə dair təminatlardan ibarət idi. Hz.Ömər bu razılaşmaların hamısına sadiq qaldı. III Nasturiya patriarxının bu fəthlərdən sonra dostuna yazdığı bir məktub müsəlman rəhbərlərin əhli-Kitaba qarşı mərhəmətini və mehribanlığını bir xristianın dilindən bildirməsi baxımından gözəl bir nümunədir:
“Allahın iradəni özlərinə verdiyi bu ərəblər bizlərə əsla zülm etmədilər. Həqiqətən onlar dinimizə, din xadimlərimizə, kilsə və monastırlarımıza hörmət göstərdilər...”.
Hz.Ömərin verdiyi bir himayə sənədi bizə bir möminin Quranda tərif edilən əxlaq nümunəsi sərgilədiyi zaman necə bir mehribançılığa sahib ola biləcəyini göstərir:
“Bu verilən aman şəhərkənarı əhalinin xəstə-sağlam, yaxşı-pis bütün fərdləri üçün din, can, mal, kilsə və sinaqoqlarının himayəsi üçündür. Kilsələr dağıdılmayacağı kimi məskən də edilməyəcək və onlardan heç bir şey əsirgənməyəcəkdir. Xalqdan heç kimsə zərrə qədər də zərər görməyəcəkdir. Bu kitabda yazılan məsələlər Allahın və Rəsulunun əhdi, xəlifələrin və möminlərin zimmətindədir”.
Bütün bu nümunələr Allahın Quranda möminlərə əmr etdiyi ədalətin bir-bir həyata keçirilməsidir. Bir ayədə Allah belə buyurur:
قال الله تعالى:
أن الله يأمركم أن تؤدوا الأمانات إلى أهلها و إذا حكمتم بين الناس أن تحكموا بالعدل إن الله نعما يعظكم به إن الله كان سميعا بصيرا
Allah təala buyurmuşdur:
«Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən Allahın bununla sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah eşidən və görəndir!»111.
Anqlosakson kilsəsinin missioner liderlərindən olan Kenon Teylor isə İslam əxlaqının gətirdiyi gözəllikləri bir çıxışında bu şəkildə dilə gətirir:
“...İslam əxlaqı adil və rəhim olan Allahın iradəsinə təslim olmağı, nəfsin məsuliyyətini, qiyamət və hesab günü ilə dəlalətdə qalmağın şiddətlə cəzalandırılacağını bildirdi. Namaz qılmaq, oruc tutmaq və xeyirli iş görmək kimi vəzifələr müəyyən etdi. Həqiqi və səmimi olmayan süni fəzilətləri, din adı altında edilən hiylə və riyakarlıqları, müxtəlif yollara aid edilə bilən əxlaqi duyğuları və əqidə mövzusunda mübahisə edənlərin bir-birinə uyğun gəlməyən sözlərini bir tərəfə atdı. Əsirlərə hürriyyət ümidi, insanlığa qardaşlıq duyğuları aşıladı və insan təbiətinin əsas həqiqətlərini təsdiq etmiş oldu”.
Müsəlmanların fəth etdiyi ölkələrdə İslamı zorla qəbul etdirmələri şəklindəki yanlış təsəvvür Qərb tədqiqatçıları tərəfindən də rədd edilmiş, müsəlmanların adil və mehriban davranışı hər kəs tərəfindən təsdiq olunmuşdur. Bir Qərb tədqiqatçısı L.Braun bu vəziyyəti belə etiraf edir:
“...Doğru olmasına şübhə edilməyən həqiqətlər müsəlmanların getdikləri yerdə xalqı qılınc gücü ilə İslama gətirməsi barədəki xristian mənbəli iddiaların kökündən əsassız olduğunu sübut etməkdədir. Fəthlərin arxasındakı dinamik amil onların xalqları çağırdıqları İslam qardaşlığı idi... Bax, bu qardaşlığın ölçüsü də İslamı qəbul edənlərlə birlikdə sürətlə böyüyürdü”.
Tarix boyunca geniş torpaqlara hökm edən bütün müsəlman rəhbərlər digər dinlərin mənsublarına qarşı son dərəcə mehriban və hörmətlə davranmağa davam etmişdilər. İslam dövlətlərində həm yəhudilər, həm də xristianlar son dərəcə təhlükəsiz və müstəqil bir həyat sürmüşdü. Səlcuqilər və Osmanlı imperatorluqları dövründə də İslamın ədalət və mehribanlığı davam etmişdir. İngilis tədqiqatçısı ser Tomas Arnold “İslamın sülhsevərliyi” (“The Preaching of Islam”) adlı kitabında xristianların səlcuqların bu davranışına görə onların idarəçiliyi altına necə keçmək istədiyini belə bildirir:
“İslam idarəçiliyi altında dini həyatın təhlükəsiz olması haqqındakı bu hisslər yenə o dövrlərdə Kiçik Asiya (Anadolu) xristianlarının səlcuq türklərini bir xilaskar kimi qarşılamasına səbəb olmuşdu... Hətta VIII Mixail (1261-1282) dövründə Kiçik Asiya içərisindəki kiçik qəsəbələrin xalqı Bizans imperiyasının istibdadından qurtulmaq ümidi ilə türkləri qəsəbələrinin işğalı üçün dəvət etmişdilər. Hətta bu xalq arasında bir çox varlı və ya kasıb adamlar o zamankı türk milli sərhədləri çərçivəsində hətta köç etməyi düşünmüşdülər”.
Müsəlman səlcuqilər imperatorluğunun ən parlaq dövründə rəhbər olan Məlikşah ələ keçirdiyi torpaqlardakı xalqa böyük bir mehribanlıq və mərhəmətlə münasibət bəsləmiş, bunun nəticəsində də fəth etdiyi ölkələrin xalqları tərəfindən böyük bir sevgi və hörmətlə yada salınmışdır. Bütün bitərəf tarixçilər Məlikşahın ədalətini və mehriban davranışını səmimiyyətlə dilə gətirir. Onun mehribanlığı kitab əhlinin qəlbində də özünə qarşı bir sevgi yaratmışdı. Hətta bu səbəblə bir çox şəhər tarixdə çox nadir hallarda olan bir şəkildə, yəni öz istəyi ilə Məlikşahın idarəçiliyi altına keçməyi qəbul etmişdi. II səlib yürüşünə VII Luisin şəxsi katibi kimi qatılmış Müqəddəs Denis monastırının nümayəndəsi Odo de Diogilo adlı rahibin ser Tomas Arnoldun yenə həmin kitabında yer alan xatirələrində müsəlmanların hansı dinə mənsub olmasından asılı olmayaraq, hər kəsə qarşı necə ədalətli davranması bütün açıqlığı ilə bildirilir:
“Əgər müsəlman türklərin qəlbinə o səfalət və fəlakəti görərək bir mərhəmət hissi gəlməsəydi, arxada qalan xaçpərəst dəstələrinin vəziyyəti çox ağır olardı. Türklər bu biçarələrin yaralılarına qulluq etdilər, kasıblarını alicənablıqla yedizdirdilər və onları ehtiyacdan xilas etdilər. Hətta bəzi müsəlmanlar rumluların qorxu və hiylə ilə hacılardan qoparmış olduqları fransız pullarını satın alaraq ehtiyacı olan hacılara verdilər. Eyni dindən olmayanların bu himayədarlığı ilə öz dindaşları olan və onları ağır işlərdə istifadə edən, döyən rumluların hərəkətləri xaçlı hacılar arasında elə bir müqayisəyə səbəb oldu ki, bunlardan bir çoxu onları xilas edən müsəlmanların dinini öz istəkləri ilə qəbul etdilər”.
Tarixçilər tərəfindən yazılan bu sətirlər İslam əxlaqına sahib olan müsəlman rəhbərlərin hər zaman mehribanlıq, mərhəmət və ədalətlə hökm etdiyini təsdiqləməkdədir. Əsrlər boyu 3 qitəyə hökm edən Osmanlı imperiyasının tarixi də eyni şəkildə mehribanlıq və xeyirxahlıq nümunələri ilə doludur…
II Sultan Bəyaziddə gördüyümüz şəfqət və mehribanlıq bütün Osmanlı padşahlarına xas idi. Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman bu şəhərdə həm xristianlara, həm də yəhudilərə müstəqil yaşamaq hüququ vermişdi. Müsəlmanların mehriban və ədalətli davranışı mövzusunda, İslam dünyası haqqında yazdığı qiymətli əsərləri ilə tanınan Andre Miquel bir əsərində belə deyir:
“Xristian xalqlar Bizans və Latın dövlətləri zamanında da tapa bilmədikləri çox yaxşı idarə olunan bir quruluşda idilər. Əsla sistemli bir zülm görmədilər. Tam əksinə, başda olmaqla İstanbul imperatorluq işgəncə görən İspaniya yəhudilərinə bir sığınacaq olmuşdu. Heç bir yerdə zorla islamlaşdırma olmamışdır”.
Osmanlıdan əvvəl olan İslam dövlətlərində də qeyri-müsəlmanlara da böyük hüquqlar verilmişdi. Corctaun Universitetində (ABŞ) din və beynəlxalq əlaqələr professoru olan Con Esposito tarixdə müsəlman dövlətlərin idarəçiliyinə keçən yəhudilərin və xristianların burada böyük bir şəfqətlə qarşılaşdıqlarını belə bildirir:
“Bizans və Fars torpaqlarında yaşayan və onsuz da xarici hökmdarlar tərəfindən idarə olunan bir çox müsəlman olmayan cəmiyyət üçün İslam idarəçiliyi bir idarəetmə dəyişikliyi mənasına gəlirdi, amma bu yeni rəhbərlər çox zaman daha mülayim, xeyirxah, dözümlü və tolerant idi. Bu icmaların çoxu daha çox muxtariyyətə sahib idi və əksər hallarda daha az vergi ödəyirdilər... İslamın dini münasibətlər baxımından yəhudilərin və yerli xristianların dini azadlığını daha çox tanıyan daha şəfqətli bir din olduğu ortaya çıxdı”.
Bu izahatlardan da göründüyü kimi, müsəlmanlar tarixdə heç bir zaman fəsad törədən olmamış, əksinə, getdikləri hər yerə, hər millət və inancdan olan insana təhlükəsizlik və rahatlıq aparmışlar. Müsəlmanlar Allahın “Allaha ibadət edin! Və ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri sevməz!”112 ayəsi ilə bütün insanlarla xeyirxahlıqla, alicənablıqla rəftar etmişlər, onlara mərhəmətlə yanaşmışlar.
Dostları ilə paylaş: |