Ислам Дини Терроризмин ялейщинядир


İSLAM ALİMLƏRİNİN TERRORLA BAĞLI FƏTVALARI



Yüklə 3,39 Mb.
səhifə9/10
tarix01.11.2017
ölçüsü3,39 Mb.
#25107
1   2   3   4   5   6   7   8   9   10

İSLAM ALİMLƏRİNİN TERRORLA BAĞLI FƏTVALARI

Bir çox İs­lam və di­gər öl­kə­lər­də baş ver­miş part­­la­­yış­lar nə­ti­cə­sin­də gü­nah­sız in­san­la­rın qanı axı­­dıl­­mış­dır.

Əf­sus­lar ol­sun ki, ya­şa­yış mas­siv­lə­ri­nin part­­la­­dıl­ması, yan­dı­rıl­ması, kör­pü və tu­nel­­lə­rin part­la­dıl­ması, sər­ni­şin təy­ya­rə­lə­ri­nin qa­­çı­­rıl­­ması və sai­rə buna bən­zər çir­kin ci­na­yət əməl­ləri ar­tıq bir çox qon­şu və uzaq öl­kə­lər­də baş ver­miş­dir. Buna görə də İs­lam alim­ləri bu mə­sə­ləni nə­zər­dən ke­çi­ril­mə­si­nin zə­ruri ol­­duğu qə­ra­rına gəl­miş­lər.

Uca Al­lah in­san­la­rın qan­la­rı­nın gü­nah­sız yerə axı­dıl­ma­sını, na­mus­la­rına və mal-döv­­lət­lə­rinə tə­ca­vüz edil­mə­sini qa­da­ğan et­miş­­dir. Uca Al­lah Qu­rani-Kə­rim­də bu­yur­muş­dur:


قال الله تعالى :

مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَنْ قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاءَتْهُمْ رُسُلُنَا بِالْبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِنْهُمْ بَعْدَ ذَلِكَ فِي الأرْضِ لَمُسْرِفُون


Allah təala buyurmuşdur:

«…yazıb hökm etdik ki, hər kəs bir kimsəni öl­dür­mə­miş və yer üzün­də fitnə-fəsa­d tö­rət­məmi­ş bir şəxs­i öl­dür­sə, o, bü­tün insanları öl­dür­müş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölüm­dən qurtarsa), o, bü­tün insanları diriltmiş kimi olur. Bizim peyğəm­bər­ləri­miz onlara (İsr­ail oğullarına) açıq mö­cü­zə­lər gəti­rmişdilər. Bundan sonra da onların bir çoxu yer üzün­də (küfr, qətl və cinayət etmək­lə) hədd­i aşdıla­r»147.

Bu çir­kin əməl­ləri tö­rə­dən yer üzə­rin­də fitnə-fə­sad tö­rə­də­rək əmin-aman­lığı, sa­bit­liyi poz­muş­dur:

قال الله تعالى :

وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ



وَإِذَا تَوَلَّى سَعَى فِي الأرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللَّهُ لا يُحِبُّ الْفَسَادَ

Allah təala buyurmuşdur:



«İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbu­ki o, düşmənlərin ən qəddarıdır. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törət­məyə, əkini və nəsli (islam cəmiy­yətini) məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sev­­məz!»148;
قال الله تعالى :

وَلا تفْسِدُوا فِي الأرْضِ بَعْدَ إِصْلاحِهَا وَادْعُوهُ خَوْفًا وَطَمَعًا إِنَّ رَحْمَةَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِين


Allah taala buyurmuşdur:

«Yer üzü (Peyğəmbərin gəlməsi sayə­sində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad tö­rətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edən­lərə çox yaxın­dır149.150
Səud­iyyə Ərəbi­stanı müft­isi, məşh­ur İsl­am alimləri­ndən sa­yı­lan Şeyx Abdul Əziz bin Abdullah Əli-Şeyx, Amerikada baş vermiş 11 sentyabr terror aktı barəsi­ndə verdiyi fətva:

“Aləm­ləri­n Rəbb­i olan Uca Allaha həmd-səna­lar, Allahdan qorxanlara gö­zəl aqibət və elçiləri­n ən şə­rəfl­isi olan Mə­həm­məd peyğəm­bərə, onun ailəsi­nə və əsh­abə­ləri­nə Allahın salamı və xeyr duası olsun.

Amerika Birləşm­iş Ştatlarınd­a bu gün­lər­də baş vermiş terror aktı barəsi­ndə, İsl­am dininin bu terror aktına baxışı və İsl­am dini bu kimi hadisə­ləri­n qəbu­l edib, etmə­məsi haqqınd­a çox­lu verilən sualları nə­zərə alaraq bildirirəm:

Şüb­həsi­z ki, Amerika Birləşm­iş Ştatlarınd­a baş verən bu hadisədə minlər­lə insan qətl edildi və İsl­am dini bu kimi əməl­ləri qəbu­l etmir və bu dindən də ola bilməz. Bu hadisə İsl­am dininin gəli­ş qayəsi­nə uyğun deyildir.

1. Uca Allah əda­ləti əmr et­miş və əda­ləti­n bərp­a edilməsi üçün elçilər gön­dəri­lmiş və ki­tablar endirilmişdir.
قال الله تعالى:

إن الله يأمر بالعدل و الإحسان و إيتاء ذي القربى و ينهى عن الفحشاء و المنكر و البغي يعظكم لعلكم تذكرون


Allah taala buyurmuşdur:

«Həqiqətən, Allah (Quranda insanlara) əda­lətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şə­riətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etmə­yi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət ve­rir!»151.

و يقول سبحانه:

لقد أرسلنا رسلنا بالبينات و أنزلنا معهم الكناب و الميزان ليقوم الناس بالقسط
Allah taala buyurmuşdur:

«And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər…».152

Uca Allahın əmr etdiyi ədalət odur ki, heç kəs başqa birisinin günahını daşımaz.

قال الله تعالى:

ألا تزر وازرة وزر أخرى


Allah taala buyurmuşdur:

«(Tövratda və İbrahimin səhifələrində de­yilənlər bunlardır:) "Heç bir günahkar baş­qasının günahına yüklənməz!».153
2. Uca Allah öz nəfsinə zülm etməyi və in­sanların da bir-birinə zülm etməsini qüdsi hə­disdə buyrulduğu kimi haram etmişdir:
يا عبادي إني حرمت الظلم على نفسي و جعلته بينكم محرما , فلا تظالموا)
Ey bəndələrim mən öz nəfsimə zülm etməyi və sizin də aranızda bir-birinizə zülm etmənizi haram etdim, bir–birnizə zülm etməyin”.

İstər müsəlman olsun, istərsə də qeyri mü­səlman zülmün haram edilməsi hamı üşün ke­çərlidir. Bir kəsin başqa birisi ilə arasında düş­mənçilik olsa belə bir kəsin başqa birisinə zülm etməsi, onun haqqını tapdalaması doğru de­yildir. Çünki Uca Allah belə əmr etmişdir.


قال الله تعالى:

يأيها الذين ءامنوا كونوا قوامين لله شهداء بالقسط و لا يجرمنكم شنئان قوم على ألا تعدلوا اعدلوا هو أقرب للتقوى

Allah taala buyurmuşdur:

«Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq et­məsin. Ədalətli olun. Bu, təqvaya daha ya­xın­dır. Allahdan qorxun. Allah etdikləri­niz­dən xəbərdardır!».154
Yuxarıda qeyd edilən ayə və hədislərdən an­laşıldığı kimi hər kəs, bütün dövlətlər, bütün xalqlar, müsəlmanlar və qeyri-müsəlmanlar bil­sin ki, Amerika Birləşmiş Ştatlarında baş vermiş terror aktı və ona bənzər hadisələr, təyyarələrin qaçırılması, insanların qorxudul­ması, haqsız ye­rə insanların qətl edilməsi, İslam dininin qəbul etmədiyi zülm, həddini aşmaq və təcavüzdan başqa bir şey deyildir. İslam dinində bu kimi hadisələr haramdır və böyük günahlardandır.

Dinini bilən müdrik müsəlman bu kimi əməl­lərdən uzaq olmalıdır. Çünki bu əməl sahibləri Allahın qəzəbinə düçar olanlardır. İslam alim­lərinin də üzərinə düşən odur ki, bu kimi ha­disələrdə insanlara haqqı çatdırsınlar və İslam dininin bu kimi əməlləri qəbul etmədiyini hər kəsə təbliğ etsinlər.”155


Bu çir­kin əməl­lərdən hər bir müsəlman çə­kinmə­lidir. Buna görə də biz insanlara əsl İslam dinini təbliğ etməklə gənc­lə­rımizə başa sal­malıyıq ki, İslam dini qeyd edilən çirkin əməl­lər­dən uzaqdır və İslam dini terroru lənət­lə­mişdir. Bu işdə ən önəmli vəzifəni isə vali­deynlər daşıyır. İslam gənc­lərinin bu çirkin yola düşmələrində ən böyük səbəb valideyn­ləri tərəfindən verilən yan­lış tərbiyədir. Vali­deyn öz övladını uşaq ça­ğın­dan İslam tərbi­yə­si ilə yetişdirməsinə önəm verməlidir ki, böyüdü­yündə bu pozğun əqidə sahiblərinin əlində alətə çevrilməsin. Neçə-neçə gənclə­ri­miz pozğun əqidə sahibləri tərəfindən alda­dılmışdır. Onlara bu çirkin əməllər İslam dininin əsası kimi göstərilmişdir. Şeytan onalrı aldadaraq onlara bu pis və lənət­lənmiş əməl­ləri gözəlləşdirmişdir. Uca Allah buyur­muş­dur:

قال الله تعالى :

فَرِيقًا هَدَى وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ الضَّلالَةُ إِنَّهُمُ اتَّخَذُوا الشَّيَاطِينَ أَوْلِيَاءَ مِنْ دُونِ اللَّهِ وَيَحْسَبُونَ أَنَّهُمْ مُهْتَدُونَ


Allah təala buyurmuşdur:

«(Allah) insanların bir qismini doğru yola yö­­nəlt­di, onların bir qismi isə (haqq yoldan) azmağa layiq gö­rül­dü. Çünk­i onlar Allahı qoyub şeytanları öz­ləri­nə havadar tutmuş­dular və öz­ləri­nin doğru yolda olduqlarını güma­n edirlə156.
İsl­am dini bü­tün bə­şəri­yyətə rəh­mət olaraq gön­dəri­lmişdir və rəh­mət uca Allahın sifət­­ləri­ndənd­ir, çün­ki o, mər­hə­­mətl­i və rəhm­­lidir. Həm­ç­inin rəhm­li olmaq mü­səl­­ma­nın kamil sifəti və siması­dır. Mər­hə­mət ilə in­sanlar öz aralarınd­a bir-biriləri­nə qarşı yum­şaq və gö­zəl rəft­ar edirlər. Mər­hə­mətl­i ol­maq insanın fitrəti­n­də var və insan bu kamil sifət üzəri­ndə xəlq edilib. Mü­səl­­man­ların bu kamil sifətə yiyə­lən­mə­ləri vacibdir. Mü­səlm­ana qədd­arlıq, vəhş­ilik və güna­hsız insanların, uşaqların, qadınl­arın və s. insanların qanını tök­məsi yaraşmaz. Çün­ki bi­zim Peyğəm­bəri­miz də (s.ə.v.) insanlara rəh­mət olaraq gön­dəri­lib və şiddət və qəd­­darlıq onun sifət­ləri­ndən deyildir. Uca Allah Qurani-Kəri­mdə buyurmuşdur:
قال الله تعالى لنبيه:

وَمَا أَرْسَلْنَاكَ إِلاَّ رَحْمَةً لِلْعَالَمِينَ


Allah təala buyurmuşdur:

«Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik» (Ənbiya, 107).

قال الله تعالى:

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيم
Allah təala buyurmuşdur:

«(Ey ümmətim!) Sizə özünüzdən bir pey­ğəmbər gəldi ki, sizin əziyyətə (məşəq­qətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təş­nədir, mö­minlərlə şəfqətli, mərhəmətlidir.157
قال رسول الله صلى الله عليه وسلام: (الراحمون

يرحمُهم الرحمن، ارحَموا مَن في الأرض يرحمكم مَن في السماء)
Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: “Rəhi­m­­li olan­­lara Allah da rəhmli olar. Yer üzərində olanlara qarşı rəhmli, mər­hə­mətli olun ki, səmanın üzərində olanda sizə rəhm etsin” .158
قال صلى الله عليه وسلام:

( مَن لا يرحمُ الناسَ لا يرحمه الله)


Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: İnsan­lara qarşı mərhə­mət­li davranmayana Allah rəhm etməz”159.
قال رسول الله صلى الله عليه وسلام:

( ليس منا من لم يوقر كبيرنا و لا يرحم صغيرنا)

Rasulullah (s.ə.v.) buyurmuşdur: Böyüyü­müzə (yəni yaşlı insana) hörmət etməyən və kiçiyimizə qarşı mərhəmətli olmayan bizdən deyildir”160.

قال رسول الله صلى الله عليه وسلام:

(لا تُنزَع الرّحمة إلاّ مِن شقيّ)
Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: ”Mər­­hə­mətli olmaqdan məhrum olan kəs bədbəxtdir” 161.

قال رسول الله صلى الله عليه وسلام:



( إنّ الله يعذِّب الذين يعذِّبون الناسَ في الدنيا)
Rasulullah (s.ə.v.) digər bir rəvayətdə bu­yur­muşdur: ”Bu dünyada insanlara əzab verənə, Allah axirətdə əzab verər”162.

Peyğəmbərin (s.ə.v.) yuxarıda buyur­duq­ları kimi bütün insanlarla əlaqə qurmağa, rəftar etməyə görün necə yaşadığımız dünya­nın ehtiyacı vardır.


قال رسول الله صلى الله عليه وسلام:

اتدرون ما المسلم؟

فقالوا الله ورسوله اعلم.

قال :

المسلم من سلم المسلمون من لسانه ويده
Peyğəmbər (s.ə.v.) bir gün əsha­bə­lərinə müra­ciət edərək: Bilirsinizmi müsəlman kimdir?- demişdir. Əshabələr də Allah və onun rəsulu bilir deyə cavab verdilər. Peyğəmbər (s.ə.v.) bunun üzərinə buyurdu: müsəlman o kəsdir ki, başqa müsəlmanlar onun əlindən və dilindən əziyyət çəkməsin.

Yuxarıda qeyd edilən ayə və hədislərdən İslam dininin nə qədər rəhmət dini olduğu bizə aydın oldu. İslam dininin nəinki insan, hətta hey­vanlara qarşı necə rəhmət bəslədiyini Peyğəm­bər (s.ə.v.) bu­yur­muşdur. Peyğəmbə­rimiz sə­bəbsiz ye­rə hətta bir pişiyi öldürən qadının cəhən­nəmə daxil olduğunu buyurmuş­dur:


قال رسول الله صلى الله عليه وسلام:

(وامرأةً دخلت النارَ في هِرّة حبَستها؛ لا هي أطعَمتَها ولا هي ترَكتها تأكل من خشاش الأرض)



Peyğəmbərimiz (s.ə.v.) buyurmuşdur: “Bir qa­dın pişiyi bağlı bir yerdə saxladığına görə cəhənnəmə daxil olmuşdur. Çünki o, pişiyə nə yemək vermişdir, nə də onu bağlı saxladığı yerdən azad etməmişdir ki, pişik torpaqdakı həşəratlarla qidalansın. Buna görə də pişik ölmüşdü163.

Bəs günahsız insanların qanlarını axı­dan­ları axirətdə nə gözləyir?

Bu cür çirkin əməllərdən tövbə etmək, Allahın doğru yoluna qayıtmaq vacibdir və bilin ki, tövbə qapıları həmişə açıqdır. Uca Allah o qədər mər­həmətli və rəhmlidir ki, günahın növündən və dərəcəsindən asılı olmayaraq, tövbə edən­lərin tövbələrini qəbul edər və onların əvvəl etdikləri bütün günahlarını bağışlayar.


قال الله عز و جل :

و توبوا إلى الله جميعا أيه المؤمنون لعلكم تفلحون


Allah təala buyurmuşdur:

«Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!»164.
قال تعالى:

قل يا عبادي الذين أسرفوا على أنفسهم لا تقنطوا من رحمة الله إن الله يغفر الذنوب جميعا إنه هو الغفور الرحيم


Allah təala buyurmuşdur:

«(Ya Peyğəmbər! Mənim adımdan qul­larıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm et­mək­də həddi aşmış bən­dələrim! Allahın rəhmindən ümidsiz olma­yın. Allah (tövbə etdikdə) bütün günah­­ları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edən­dir!»165.
يقول سبحانه و تعالى:

وَالَّذِينَ لاَ يَدْعُونَ مَعَ اللَّهِ إِلَـهَا ءاخَرَ وَلاَ يَقْتُلُونَ النَّفْسَ الَّتِى حَرَّمَ اللَّهُ إِلاَّ بِالْحَقّ وَلاَ يَزْنُونَ وَمَن يَفْعَلْ ذلِكَ يَلْقَ أَثَاماً يُضَـعَفْ لَهُ الْعَذَابُ يَوْمَ الْقِيـمَةِ وَيَخْلُدْ فِيهِ مُهَاناً إِلاَّ مَن تَابَ وَءامَنَ وَعَمِلَ عَمَلاً صَـلِحاً فَأُوْلَـئِكَ يُبَدّلُ اللَّهُ سَيّئَاتِهِمْ حَسَنَـتٍ وَكَانَ اللَّهُ غَفُوراً رَّحِيما

Allah təala buyurmuşdur:

«Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu et­sə, cəzasını çəkər. Qiyamət günü onun əza­bı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görən­lərdən başqa! Allah onların pis əməl­lərini yaxşı əməllərə çevirər. Allah bağış­la­yandır, rəhm edəndir!”166.

قال الله تعالى:

وَأَنِ اسْتَغْفِرُواْ رَبَّكُمْ ثُمَّ تُوبُواْ إِلَيْهِ يُمَتّعْكُمْ مَّتَاعًا حَسَنًا إِلَى أَجَلٍ مُّسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ وَإِن تَوَلَّوْاْ فَإِنّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ


Allah təala buyurmuşdur:

«Və Rəbbinizdən bağışlanmağınızı dilə­yəsiniz. Sonra Ona tövbə edin ki, müəy­yən bir müddət (ömrünüzün sonu­nadək) sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə (əməlinin) müka­fa­tını ehsan buyursun. Əgər (imandan, mənim dəvətim­dən, öyüd-nəsihə­timdən) üz dön­dər­səniz, bilin ki, mən (mü­sibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əza­bından qorxuram»167.
Əvvəl qeyd edilən ayə və hədisləri oxu­yarkən, əslində özlərini “İslam fədailəri” ad­lan­dıran, lakin terroru dəstəkləyən xəva­ric­lə­rin batil yolda ol­duq­ları hər kəsə məlumdur. Onların törətdikləri vəhşilikləri insan xatırla­yanda tükləri ürpəşir. Son olaraq hər kəsi Allahın buyurduğu kimi birliyə və fitnə-fəsad­dan, qəddarlıqda, vəhşilikdən uzaq ol­ma­ğa çağırırıq.

قال الله تعالى:

وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلا تَعَاوَنُوا عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَاب
Allah təala buyurmuşdur:

«Yaxşılıq etməkdə və pis əməllərdən çəkin­məkdə əlbir olun, günah iş gör­mək­də və düş­mənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!»168.

قال الله تعالى:



وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنْ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُون
Allah təala buyurmuşdur:

«Hamılıqla Allahın ipinə (dininə, Qurana) möh­kəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrıl­mayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düş­mən ikən O sizin qəlblərinizi (islam ilə) bir­ləş­dirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçu­rumun kənarında ikən O sizi ora­dan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız. (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşı­lığa çağı­ran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu cama­at), həqiqətən, nicat tapmış şəxslərdir. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birin­dən ayrılan və ixtilaf törədən şəxslər kimi olma­yın! Onlar böyük bir əzaba dü­çar olacaqlar. Bəzi üzlərin ağ, bəzi üzlə­rin isə qara olacağı gündə (qiyamət gü­nündə), üzü qara olanlara: "İman gə­tirən­dən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!" – deyilə­cəkdir. Üzü ağ olanlar isə Allahın mərhə­məti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar! Budur Allahın ayə­ləri! Biz onları sənə olduğu kimi oxu­yuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istə­mə169.
Uca Allahdan arzumuz odur ki, bizi və gənclərimizi belə çirkin əməllərə alət olmaq­dan qorusun.

Ölkəmizi və digər ölkələri bu kimi bədbəxt hadisələrdən qorusun.

Bizə Uca Rəbbimiz öz lütfü və mərhəmətilə doğru yolu nəsib etsin.

Amin!
İlahiyyatçı Qurbanov Yaşar



yasareseri@hotmail.com


Yüklə 3,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin