«Allahın bәdәn üzvlәri vardır vә ayağında olan әlamәtlәrlә tanınar».
«Allah-tәala qiyamәt günü göydәn yerә enәcәk…».
«Peyğәmbәr (s) Allahı görüb sәcdәyә düşdü».
«Qiyamәt günü cәhәnnәmin nә’rәsini sakit etmәk üçün Allah-tәala ayağını cәhәnnәmә sallayaraq deyәcәk: –Bәsdir! Bәsdir!..»1
Bu cümlәlәrdә vәsf olunan «Allah»la müşriklәrin ibadәt etdiklәri bütlәr arasında fәrq görmәk mümkündürmü? Elә isә,
Mәhәmmәd ibn Əbdül Vәhhab2 özündәn vә tәrәfdarlarından başqa hamıya kafir, müşrik deyincә, öz әqidәlәrindә bir qәdәr islahat aparsaydı, yaxşı olmazdımı? Bunun әvәzindә o, tәkcә «Kәşf әş-şübәhat» kitabında öz tәrәfdarlarından başqa digәr bütün müsәlmanları iyirmi dörd dәfә müşrik,
iyirmi dәfә kafir, bütpәrәst, Allah düşmәni vә s. adlandırmışdır. Bu, әş’әrilәrin Allahın zatı vә Onun sifәtlәrinә dair әqidәlәri idi.