İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin elm və elm istehsalı barədə çıxışlarından seçmələr Birinci cild


Universitetlərin elmi inkişaf müjdəsi



Yüklə 1,98 Mb.
səhifə22/26
tarix31.05.2018
ölçüsü1,98 Mb.
#52187
1   ...   18   19   20   21   22   23   24   25   26

Universitetlərin elmi inkişaf müjdəsi

Mənim vermək istədiyim bu müjdə həqiqidir. Bizim universitetlərdə elmi hərəkət və istedad çiçəklənməsi inkişafa doğru gedir. Siz baxın, daxili və xarici olimpiadalarda müxtəlif fənlər üzrə iştirak etmək istəyənlərin sayı artır. Mənə məruzə etdilər ki, səhv etməsəm, ötən il yüz min nəfər riyaziyyat olimpiadasında iştirak etmək istəmişdir. Bu, yüksək rəqəmdir. Dedilər ki, həmin yüz min nəfərin ən azı qırx min nəfəri dərs və təhsil baxımından ideal vəziyyətdədirlər. Yaxud fundamental elmlərdə biz beynəlxalq olimpiadalarda həmişə dünyanın ilk on ölkəsindən biri oluruq. Hətta bütünlüklə idxal fənni olan, yəni heç bir uğurlu keçmişimiz olmayan kompüter sahəsində də dünya olimpiadalarında yüksək yerlər tuta bilmişik.745


Beynəlxalq texnologiya ilə əlaqənin kafi yox, lazım olması

Bəzi dostlar yaxşı məqama toxundular; dedilər ki, bizim istedadımız və bacarığımız var, yaxşı müdirlərimiz və yaradıcılarımız da var. Şübhəsiz, inkişaf etmiş beynəlxalq texnologiya ilə əlaqə olmadan inkişaf etmək mümkün deyil və kamil olmaz. Biz uzun yol getməliyik. Mən bunu qəbul edirəm və bu, mümkündür də. Lakin hər şeyin beynəlxalq texnologiya ilə əlaqə yaratmaqdan asılı olduğunu güman etməməliyik.746


Hövzə və universitetdə istedadlı gənclərdən ibarət ümidverici nəsil

Allaha şükür olsun ki, inqilabdan sonra açıq şərait və geniş fəaliyyət sahəsi bizi buraya çatdırıb, gənclərimiz dünyanın elmi olimpiadalarında daim uğur qazanırlar. Bu, kiçik nailiyyət deyil. Bu, istedadların parlaması üçün şəraitin yarandığını göstərir.

Mən müxtəlif universitetlərə, tədqiqat mərkəzlərinə və gənclərimizin gördüyü işlərə baxış keçirərkən çox dəyərli nümunələrlə rastlaşıram. Bütün sahələrdə, elm hövzələrində də belədir. Bu gün bizim elm hövzəmizdə İslam təfəkkürünü çox güclü şəkildə təqdim edən elmli və dərrakəli gənc nəsil yetişmişdir. Bu, düşmənlərin istəyinin əksinə olaraq, bizim milli və İslam kimliyimizi qorumaq üçün yaranmış möhkəm hasarlardır.

Ölkə gəncliyi yaxşı gənclikdir. Bədbin və bədgüman insanların daim bildirdiyi bəzi fikirlərə rəğmən, mən ölkə gənclərinə - universitet və hövzə gənclərinə, peşə fəaliyyətləri ilə məşğul olan gənclərə görə çox nikbin və ümidliyəm. Şərait əlverişlidir və ölkə üçün elə bir gələcək müjdələyir ki, iranlı istedadının uğurları inşallah, bütün dünyanın diqqətini özünə cəlb edəcək.747


Ölkədə həvəskar istedadların möhtəşəm səmərələri

Ölkəmizdə orta istedad əmsalı dünyaya nisbətən yüksəkdir. Siz nümunə olaraq səkkizillik müqəddəs müdafiə dövrünə - istedadların çiçəklənməsi üçün şəraitin münasib olduğu 80-88-ci illərə baxın. Ehtiyac çox idi, lakin dünya qapılarını üzümüzə bağlamışdı. Müharibədə kömək edəcək heç bir şeyi bizə vermək istəmirdilər; nə silahı, nə sursatı, nə dəstəyi və nə informasiyanı. Bir tərəfdən də ölkə öz kimliyini, torpağını, sərhədlərini və evini müdafiə etməklə məşğul idi. Bu ehtiyac bütün sahələrdə - elmdə, hərb və döyüş sahəsində istedadların işlədilməsinə bais oldu. Bu gün bəzi nümunələrini eşitdiyiniz elmi inkişafların əsası müqəddəs müdafiə dövründə qoyulmuşdur.

Bu gün ölkənin çox həssas elmi işlərində çalışan çoxlu gənclər müqəddəs müdafiənin kadrlarıdır; həmin ruh yüksəkliyi və həvəslə işləyirlər. Bu gün onların möhtəşəm işlərinin bir nümunəsi uranın zənginləşdirilməsidir. Bu, dünyanın ən məxfi texnologiyalarındandır. Böyük güclər onu tam inhisarlarında saxlamışdılar, amma bizim gənclərimiz öz istedadlarına və mahir əllərinə güvənib bu böyük işi görə bildilər. Siz dünya hegemonlarının reaksiyasını görürsünüz. Bu gün dünyada mövcud olan qalmaqallar sizin istedad, bacarıq və nailiyyətlərinizin qarşısında reaksiyadır.

Başqa bir nümunə də ötən ay dediyim kök hüceyrələrin istehsalı və çoxaldılması məsələsidir. Bu yaxınlarda özləri də gəlib gördülər. Dünyanın mütəxəssis və alimləri bizim gənclərimizin iman, iradə və qeyrətləri ilə gizli istedadlarını aşkara çıxarıb bu böyük işi gördüklərini etiraf etməyə məcbur oldular. Tədqiqat sahəsində bizim belə nümunələrimiz çoxdur.748


Beynəlxalq statistikalara əsasən, İranda tədqiqatın gözəçarpan artımı

Allaha şükür olsun ki, bizim iş və tədqiqat bacarığımız yaxşıdır. Bu yaxınlarda mənə dünyanın yazılı tədqiqatlarını toplayan müəssisənin statistikasını göstərdilər. Bu statistikada İran dünyanın tədqiqat və elm inkişafının təxminən 80 faizinə sahib olan ilk otuz ölkədəndir. Düzdür, biz bu otuz ölkə arasında otuzuncu yerdəyik, ABŞ isə birinci ölkədir. Müsəlman ölkələr arasında İrandan başqa heç bir ölkə bu siyahıya düşməyib. Bu uğur inqilabdan sonrakı illərə məxsusdur. Yəni inqilabdan sonrakı bütün çatışmazlıqlara, zəif cəhətlərə və gərginliklərə rəğmən, bizim daxili istedadımız elə həddədir ki, özümüzü bu cədvəlin sonlarından yuxarıya cəkə və dünyanın ilk otuz ölkəsindən edə bilmişik. Bu çox əhəmiyyətli və dəyərli məsələdir. Əlbəttə, bu rəqəm yazılı əsər və tədqiqatlar barədədir, digər çoxlu nümunələrə şamil olmur. Bizdə qeyri-yazılı əsərlər də var. Deməli, bu iş üçün istedadımız və yeni sözümüz var.749


Dünyanın elm istehsalında şərikliyə sarı

Elmdən maksimum istifadə edin. Elm bütün problemlərin açarıdır. Elmsiz ağlın təsiri çox az olur. Elmi olmayan ağıl iş alətləri olmayan insan kimidir. Ağlın aləti elmdən ibarətdir. Siz elmdən istifadə etməlisiniz. Dünya bütün elmlərdə işləmişdir. Bu elmlərin istehsalında bizim rolumuz olmamışdır, halbuki ola bilərdi. Bu gün elmi işlərə qoşulduğumuzda görürük ki, gənclərimiz, uşaqlarımız, istedadlarımız elmin çoxlu dalanlarından rahatlıqla keçirlər. İranlı istedadı dünyanın orta həddindən yüksəkdir. Elm öyrənməyə hazırlıq baxımından biz öz qərbli rəqiblərimizdən öndəyik; bəzilərindən öndəyik, bəzilərindən də ya geridə, ya da çox geridə deyilik. Lakin müstəbid, azğın və fəsad törədən şah rejimləri uzun illər iranlını öz yerini tutmağa qoymayıblar.

Dünyada bugünkü elmin böyük həcmini yaratmaqda rolumuz az olub, lakin mənim proqnozum budur ki, inşallah gələcəkdə bu elmi artırmaqda payımız olacaq. Biz görməsək də, inşallah illərlə yaşayacaq siz gənclər o günü görəcəksiniz. Elm bizim məntiqliliyimiz, tədbirimiz, güclü iradə və əzmkarlığımız üçün yol aça bilər. Elmdən maksimum istifadə edin.750
Elmin zirvələrinə çatmaq üçün elmi nümunələrin istedadına güvənmək

Bu məclis "Biz bacarırıq!" şüarının simvoludur. Ölkənin elmi nümunələri təkcə sizlər deyilsiniz, lakin sizlər bu dəyərli təbəqədən seçmələrsiniz. Bu hamıya göstərir ki, bizim gənclərimiz arasında beynəlxalq yarışlarda və ölkə daxilindəki geniş müsabiqələrdə yüksək yerlər tuta bilən şəxslər var. Bunlar parlaq istedadlardır. Ölkədə belə parlaq istedadlarımız çoxdur. Bunlara arxalanmaqla İran xalqı və bizim əziz ölkəmiz özünü quracaq, inkişaf etdirəcək və bizimlə dünya elminin zirvəsi arasında yaradılan dərin uçurumu tədricən dolduracaq.751


Möhtəşəm inkişaflara ümid yaradan iki milli ayıqlıq

Bu gün ölkəmiz xoşbəxtlikdən, elə bir dövrü yaşayır ki, onda iki ayıqlıq mövcuddur: biri öz bacarığına və fitri istedadına ayıqlıq, ikincisi isə ölkəmizə və bizə bənzər digər ölkələrə hökmranlıq etmək istəyən qüvvələrin ölkəmizin alim olmasının və elmi inkişafının ən mühüm düşmənləri olmasına ayıqlıq; yəni özünü, düşməni və təxribatı tanımaq. Bu iki ayıqlığın sayəsində ümidvarıq ki, möhtəşəm elmi nailiyyətlərə nail ola biləcəyik.752


İnqilabdan sonra istedadların çiçəklənməsi üçün əlverişli şəraitin yaranması

Bu gün İranda bu iş baş tutmuşdur. Bu gün ölkəmizdə istedadların aşkarlanması, elm, texnika və texnologiyanın inkişafı üçün əlverişli şərait vardır. Siz bunu göstərən ən yaxşı nümunələrsiniz. Mən sizin möhtəşəm miniatür sərginizdə bəzi işləri gördüm; mənə dedilər ki, bizim gənc alimimiz, gənc sənətkarımız öz istedadı və təcrübəsi ilə, öz beyninə güvənərək heç bir ilk nümunəsi olmadan böyük bir iş görə bilmişdir. Biz bunu çoxlu yerlərdə müşahidə etməkdəyik.753


Elm inkişafı üçün iranlının yüksək istedadı

Elmi işlərə qatılmaq və bu sahədə inkişaf etmək üçün bizim yaxşı insan kapitalımız var, biz dünya üzrə bəşəri istedadın orta həddindən irəlidə və yuxarıdayıq. Bu gün bu, danılmazdır. Əvvəllər bunu deyəndə bəziləri şübhə ilə baxırdılar, bu gün isə danılmaz faktdır.754


Yolda qalmaq - istedadların tanınmamasının nəticəsi

Mən ölkəmizin gənc nəslində bu istedadı görürəm. Mən əbəs danışmaq istəmirəm; bu, şüarçılıq deyil. Heç kəs bizdən xahiş də etməyib ki, gəlib bu sözləri danışaq. Bunlar həqiqətdir. İranlı gənc müxtəlif sahələrdə yüksək istedada malikdir. Əgər bizim kimi məsul şəxslər tanımasaq, bizim günahımızdır. Əgər onun özü bu istedadı tanımasa, onun günahıdır. Günahın da öz nəticəsi var: yoldan qalmaq və məqsədə çatmamaq. Lakin gözümüzü açıb yolu tapsaq, iradə göstərsək və məqsədi itirməsək, şübhəsiz, çatacağıq.755


Elmi nümunələrdə dünyanın orta həddindən yüksək səviyyə

İkinci məqam budur ki, ölkəmiz elmi elita istedadı baxımından orta səviyyədən yüksəkdə durur. Bu, nəzərə alınmalıdır. Mən bu hüseyniyyədə bundan bir neçə il öncə ölkə məmurlarının toplantısında dedim ki, ölkəmizin coğrafi sahəsi dünya coğrafiyasının yararlı hissəsinin təxminən yüzdə biri qədər və ölkəmizin əhalisi də yetmiş milyondur; bu da bəşər cəmiyyətinin təxminən yüzdə biridir. Buna əsasən, dünyanın yeraltı sərvətləri sarıdan orta hesabla bizim haqqımız yüzdə bir olur. Amma biz ən mühüm yeraltı sərvətlərdə yüzdə birdən artığına malikik: ölkəmizdə əsas filizlər, polad, mis, qurğuşun və bir çox mədənlərdə dünya ehtiyatlarının üç faizi, iki faizi, dörd faizi mövcuddur. Neftin vəziyyəti də bəllidir: biz Fars körfəzində və Orta Şərqin neft regionunda ikinci ölkəyik. Biz qaz ehtiyatı sarıdan dünyanın ikinci ölkəsiyik. Görün bizim xalqımız bəşərin adam başına düşən həddindən nə qədər artıq təbii sərvətlərə malikdir.

Mən indi demək istəyirəm ki, bu nisbi üstünlük insan kapitalına da aiddir. Yəni ölkəmiz dünyanın elmi kadrlarının yüzdə birinə deyil, yüzdə birindən artığına malikdir; rəqəm deyə bilmərəm, çünki hesablanmamışdır. Təbii sərvətlər haqda dediyim rəqəmlər hesablanmışdır, bunu isə hesablamamışıq. İnşallah ümidvarıq gələcəkdə bunlara da çataq, amma faktlar bunu göstərir. Bizim dünya universitetlərinin tədqiqatçılarının dünyagörmüş şəxslərindən eşitdiklərimiz bunu təsdiqləyir.

Mən çoxlarından eşitmişəm ki, dünyanın ən yaxşı universitetlərində iranlı elmi nümunələrin sayı digər ölkələrdən iki dəfə, üç dəfə çoxdur.

Mərhum Doktor Çəmranın özü həqiqətən güclü elmi kadr idi. Onun elmi şəxsiyyəti hərbçilik, mücahidlik, fədakarlıq və şəhadət cəhətinin şüası altında qalıb. O, ABŞ-ın ən qabaqcıl universitetlərində təhsil almışdı. O mənə deyirdi ki, həmin universitetlərdə digər ölkələrdən də qabaqcıl tələbələr var idi, amma belə iranlıların sayı daha çox idi, onlar daha uğurlu təhsil alırdılar. Əlbəttə, o, danışanların biri idi; mən bunu çoxlu insanlardan eşitmişəm, bu barədə çox məlumatım var. Deməli, bizim gələcəkdə insani resurs çatışmazlığımız olmayacaq. Bizim keçmişimiz də bunu göstərir.756
Bütün elmi sahələrə giriş istedadı və cəsarəti

Əgər iyirmi il öncə bu ölkədə kimsə desəydi ki, bir gün iranlı gənclər özləri kimdənsə öyrənmədən, pərakəndə təlimlərlə və özlərinin zehni fəaliyyətləri və yaradıcılıqları ilə sentrifuq düzəldib uranı zənginləşdirə və urandan elektrik enerjisi istehsal edə biləcəklər, min nəfərdən biri də inanmazdı. Bunu inkar edən birinci şəxslər mütəxəssislər və ali təhsillilər olardı. Deyərdilər ki, olmaz, məgər belə bir şey mümkündür, məgər asandır?!

İran xalqı sübut etdi ki, bacarır. Bütün sahələrdə belədir. Bu bir nümunə aşkara çıxmış, dünyada gül kimi açmışdır. Bu xalqın bütün sahələrdə belə istedadı, həvəsi, cəsarəti var.757
İranlıların dünyanın orta həddindən yüksək istedadına əngəl yaratmaq

Bəlkə də demək olar ki, İran xalqını təxminən 150 il yerində saxlayıblar. Sizin bu gün gördüyünüz parlaq istedad bu günə məxsus deyil, iranlı nəsillər həmişə bu istedada malik olmuşlar. Bunlar müxtəlif səbəblərdən dayanmışdır. Əsas səbəbi də bütün zamanlarda – xüsusən də son dövrdə asılılığın və fəsadın əlavə olunduğu avtoritar və zalım hakimiyyətlər olmuşdur.

Bu gerilik vardır. Lakin İran xalqının istedadı orta həddən yüksəkdir. Biz bunu dəfələrlə demişik. Bəziləri elə bildilər ki, biz bunu iddia edirik. İndi bu tədricən dünya miqyasında da görünür. Dünyada müxtəlif yerlərdə iranlının olduqca güclü istedadına dair etiraf və təsdiqlər təkrar olunur; Amerika jurnalları da yazır və bizim bəzi universitetlərimizin adlarını çəkirlər. Əlbəttə, onların ad çəkməsi qərəzlidir. Onların adlarını çəkdikləri, istər Tehranda, istər İsfahanda olan universitetlər güclü universitetlərdir; bunda şübhə yoxdur. Lakin onların ad çəkməsi qərəzlidir. Çünki universitet insan kapitalı üzərində durur: tələbə, müəllim və əlbəttə ki, müdiriyyət. Həm tələbə, həm də müəllim iranlı nəsillərdəndirlər. Odur ki, bu, ümumidir və xüsusi universitetə məxsus deyil. Harada iş görülsə, həmin müvəffəqiyyət görünəcək və onlar bəzi yerlərdə bunu etiraf edirlər. Buna əsasən, bizim çox yüksək olan belə insani potensialımız var. Bu, geriliyi düzəldə bilər.758
İranlıların qeyri-adi istedadına nümunələr

Heç kəsin kömək etmədiyi, sənaye məhsulları və texnoloji inkişaf qapılarının üzünə bağlandığı bir xalq indi sentrifuqun ikinci, üçüncü və dördüncü nəslini özü istehsal edir, dünyada nüvə enerjisinə və nüvə sənayesinə malik olanların hamısı mat qalır.

Bunlar kimdən öyrəndilər? Qəfildən baxıb görürlər ki, bioloji elmlərdə heç kəsin kömək etmədiyi bir xalq kök hüceyrələrlə heyvan istehsal edir. Dünyada neçə ölkə buna malikdir? Yeddi, səkkiz, doqquz ölkə. Bütün bu ölkələr, bütün bu iddiaçılar arasında gözlənilmədən məsələn, iki yüzüncü yerdən gəlib səkkizinci yerə çıxır. Bu nədən irəli gəlir? Bu, qeyri-adi istedaddan xəbər vermir?!

Müharibənin əvvəlində biz RPG-nin nə olduğunu bilmirdik. RPG kiçik bir raketdir. Müharibədə olanlar onu görüb və dəfələrlə təcrübə ediblər. Bundan nə varımız idi, nə də onun nə olduğunu bilirdik. İndi bir neçə il ötdükdən sonra embarqo dövründə ölkəmiz Sicil raketi düzəldir, kosmik raket düzəldir, dünya da eləcə təəccüblə baxır. Əvvəl inkar etdilər, dedilər ki, yalandır, bacarmazlar; sonra gördülər ki, xeyr, var.

Bütün sahələrdə belədir. Yaxşı, bunların mənası nədir? Mənası budur ki, bu gənc çox istedadlıdır, bu xalqın böyük potensialı var, bu insani resurs çox dəyərlidir. Bundan istifadə etmək lazımdır. Deməli, biz bacarırıq. Bu potensialı aktuala çevirmək lazımdır.759

Doqquzuncu fəsil: Kitabın və kitab oxumağın əhəmiyyəti, indiki xoşagəlməz vəziyyət və mədəniyyət yaratmağın zəruriliyi

Kitabın tərk olunması - bir xalq üçün böyük xəsarət

Kitabla əlaqəsinin olmaması bir xalq üçün böyük xəsarətdir. Bir fərd üçün kitabla ünsiyyət, həmişə ondan bəhrələnmək, yeni şeylər öyrənmək böyük səadətdir. Bu baxışla bu tarixi həqiqətin sirli və dərin mənasını aydın şəkildə dərk etmək olar ki, Allah-Taalanın əziz İslam Peyğəmbərinə (s) ilk müraciəti belə olmuşdur: “Oxu!” Və Allahın o böyük elçisinə nazil olan ilk surədə qələmin adı hörmətlə yad olunmuşdur: “Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi” 760.761


Kitab oxumağın və elm öyrənməyin dində vacib buyurulması

İndi İran xalqı gerilikləri düzəltməlidir. İndi din və elm hakimiyyətindən irəli gələrək İranda bənzərsiz bir fürsət yaranmışdır. Bu ölkənin elmi-mədəni yüksəlişi üçün ondan istifadə etmək lazımdır. Bu gün kitab oxumaq və elm öyrənmək təkcə milli bir vəzifə yox, həm də dini baxımdan vacib əməldir. Hamıdan artıq gənc və yeniyetmələr vəzifə duymalıdırlar. Baxmayaraq ki, kitabla ünsiyyət yayıldıqda kitab oxumaq bir vəzifə yox, şirin bir iş, qaçılmaz ehtiyac, şəxsiyyəti zənginləşdirmək üçün bir vasitə hesab olunacaq və təkcə gənclər yox, bütün nəsillər, bütün təbəqələr rəğbətlə ona üz tutacaqlar. Bu qızıl sikkənin o biri üzünə diqqət yetirmək lazımdır: kitab müəllifləri, mütərcimləri və çap edənləri üçün ağır məsuliyyətin kənarında dəyərli işlər və böyük mükafatlar vardır. Kitab oxuyan cəmiyyətdə kitabı istehsal və təklif edən uca tutulmalıdır və o da öz işini onun təsir və əhəmiyyətinə diqqətlə görməlidir.762


Kitab istehsalçılarının böyük cinayəti

Düşüncə və ruhun qidası sağlam və güclü olmalıdır. Bundan başqasını edənlər qeyri-sağlam, yaxud faydasız qida maddələri təklif edənlərdən böyük səhv, yaxud cinayət törədirlər.763


Xalqın kitab oxumasının xoşagəlməz vəziyyəti

Mən həqiqətən müxtəlif cəhətlərdən əziz ölkəmiz İranda kitabın vəziyyətindən razı deyiləm. Həqiqət budur ki, kitab hələ də istehlak baxımından ixtisaslı bir məhsuldur, kiminsə "kitab oxuyun" deməsinə ehtiyacı olmayan elm, kitab və tədqiqat adamlarına və kitabxanaçılara məxsusdur. Onlar gəlib bizə deyirlər ki, kitab əldə etmək üçün bizim bu problemlərimiz var.764


Kitab - sivilizasiyaların anası və şirəsi

Həqiqət budur ki, kitab ən dəyərli bəşər məhsullarından biri, bəşərin elm və tədqiqatdan ibarət ən böyük sərvətinin xəzinəsidir. Bəşərin dini və dünyası, insanın cismi və canı kitabla təmin olunur, qidalanır və bəşəri kamillik prosesi kitabın vasitəsi ilə həyata keçir. Kitab sivilizasiyaların anası və həmçinin şirəsidir. İnsan kitabı ərsəyə gətirməklə yaranış kitabında ona öyrədilən saysız-hesabsız dərsləri toplayır, insanlar arasında yayır və beləliklə bəşər sərvətinin xəzinəsi günbəgün daha da zənginləşir.765



1

 Məmurlarla və xalqla görüşdə çxışdan: 1990.

2

 "Vəsail əş-şiə", c. 27, səh: 27.

3

 Məmurlarla və xalqla görüşdə çxışdan: 1990.

4

 İran İslam Respublikası radiosunun Elm şöbəsinin əməkdaşları ilə görüşdə çıxışdan: 1992.

5

 Yenə orada.

6

 Vərram məcmusu, c. 2, səh: 212.

7

 Müəllim və fəhlələrlə görüşdə çxışdan: 1992.

8

 Yenə orada.

9

 İslam Respublikası radiosunun İqtisadiyyat şöbəsinin əməkdaşları ilə görüşdə çxışdan: 1992.

10

 Babul şəhərində universitet mənsubları və mədəniyyət işçiləri ilə görüşdə çxışdan: 1995.

11

 Yenə orada.

12

 Yenə orada.

13

 İmam Hüseyn (ə) Universitetində çıxışdan: 1998.

14

 Mübarək ramazan ayının iyirmi ikisi və Ümumdünya Qüds Günündə Tehranın cümə namazı xütbələrindən: 1999.

15

 Təlim və Tərbiyə Naziri və tərbiyəvi işlər üzrə məsul şəxslərlə görüşdə çxışdan: 2000.

16

 Beynəlxalq Əmək Günü və Ustad Mütəhhərinin şəhadətinin ildönümü münasibəti ilə fəhlə və müəllimlərlə görüşdə çxışdan: 2000.

17

 Bəsic Müqavimət Qüvvəsinin komandirləri və nümunəvi üzvləri ilə görüşdə çxışdan: 1992.

18

 "Ələq"/1.

19

 "Nəhl"/125.

20

 Mübarək Məbəs bayramı münasibətilə quruluşun məsul şəxsləri ilə görüşdə çxışdan: 2001.

21

 "Ələq"/1-4.

22

 "Cümə"/2.

23

 Mübarək Məbəs bayramında quruluşun məsul şəxsləri ilə görüşdə çxışdan: 2003.

24

 "Məkarim əl-əxlaq", səh. 457.

25

 Zəncan vilayəti universitetlərinin müəllim və tələbələri ilə görüşdə çxışdan: 2003.

26

 "Əl-Kafi", c. 1, səh: 12.

27

 Nəhcül-bəlağə, xütbə 1.

28

 Qəzvinli müəllim və tələbələrlə görüşdə çxışdan: 2003.

29

 "Əl-İrşad", c. 1, səh: 227.

30

 Gənc alimlərlə və tələbələrlə görüşdə çıxışdan: 2004.

31

 Kerman vilayətinin elmi nümunələri ilə görüşdə çxışdan: 2005.

32

 "Vəsail əş-şiə" c. 27, səh: 27.

33

 Kerman vilayəti universitetlərinin müəllim və tələbələri ilə görüşdə çxışdan: 2005.

34

 Əziz Peyğəmbərin (s) Məbəs gününün ildönümündə quruluşun məsul şəxsləri və xalqın müxtəlif təbəqələri ilə görüşdə çxışdan: 2007.

35

 Yenə orada.

36

 Fars vilayətinin müəllimləri ilə görüşdə çıxışdan: 2008.

37

 Yenə orada.

38

 Yenə orada.

39

 "İsra"/39.

40

 Fars vilayətinin müəllimləri ilə görüşdə çıxışdan: 2008.

41

 Yenə orada.

42

 Yenə orada.

43

 Universitetlərin gənc alimləri ilə görüşdə çxışından: 2008.

44

 Yenə orada.

45

 Səhiyyə Naziri və ölkənin tibb universitetlərinin rektorları ilə görüşdə çxışdan: 1990.

46

 Şəhid ailələri, müharibə əlilləri, xalqın müxtəlif təbəqələri və dövlət məmurları ilə görüşdə çxışdan: 1991.

47

 İran İslam Respublikası radiosunun Elm şöbəsinin əməkdaşları ilə görüşdə çxışdan: 1992.

48

 Yenə orada.

49

 Mübarək Fitr bayramında müqəddəs Məşhəd şəhəri əhalisinin və həzrət Əli ibn Musa Rzanın (ə) ziyarətçilərinin toplantısında çıxışdan: 1992.

50

 "Həkim əxlaqı" konfransının üzvləri ilə görüşdə çxışdan: 1993.

51

 Kuhgiluyə və Buyer Əhməd vilayətinin universitet mənsubları və mədəniyyət işçilərilə görüşdə çxışdan: 1994.

52



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin