İslam düşmənlərinin peyğəmbərə qarşı e`tirazlarından biri də Qur`anın nə üçün bir dəfəyə nazil olmaması idi. Qur`an bu barədə buyurur: “Sənin ürəyinə səbat, qətiyyət vermək üçün biz onu ayə-ayə tədriclə nazil etdik.”1 Qur`ani-Kərim altı mindən çox ayədən ibarətdir. Cəbrailin bu qədər ayəni bir gecədə təbii şəkildə peyğəmbərə oxuması təsəvvürolunmazdır.
Bu cür məsələlərin cavabında Qur`ani-Kərimin istifadə etdiyi üsullardan biri şübhələrə cavab üsuludur. Qur`an buyurur: “...Yeri bitkilər öləndən sonra yenidən dirildir. Siz də torpaqdan belə çıxardılacaqsınız.”2
Ölmüş yerdən bitkiləri canlandıran Allah ölmüş insanları, çürümüş və torpağa qatışmış bədənləri yenidən dirildə bilər. Bu növ açıqlama şübhələrə cavabdır və bir növ dəlil hesab olunur. Qur`an bununla bağlı başqa halları da nəzərdən keçirir. Məsələn, həzrət İbrahim tərəfindən başları kəsilən və yenidən dirilən canlılar; kəsildikdən sonra yenidən dirilən Bəni-İsrailin inəyi. Bu hallar göstərir ki, Allah üçün axirət aləmində mövcudları diriltmək heç də çətin deyil.
Bu yerdə də şübhələrə cavab üsulundan faydalanmaq olar. Yadda saxlamalıyıq ki, bizim mühakimələrimiz gündəlik müqayisələrimiz əsasında olur. Biz oxumaq və eşitməyi öz həyatımızdakı oxumaq və eşitmək hesab edirik. Elə fikirləşirik ki, kimsə söhbət etmək istəsə, bizim kimi və bizim qədər danışmalıdır. Lakin yaşadığımız bu aləmdə bə`zi hallarda qısa bir zamanda bir çox mətləbləri dərk etməyə layiq oluruq. Bu hallardan biri yatanda gördüyümüz yuxudur. Bə`zən insan qısa müddətdə elə bir yuxu görür ki, bu hadisələr ayıq vaxtı baş verərdisə bir neçə gün çəkərdi. Az bir vaxtda yuxuda uzun bir macəra görürük və bir çox sözlər eşidirik. Əgər ayıq vaxtı bu sözləri təkrarlasaq, bir neçə saat çəkər. Qur`anın bir gecədə nazil olması onun hava dalğaları vasitəsi ilə eşidilən sözlər şəklində peyğəmbərə nazil olması deyil. Qur`an buyurur: “Onu Cəbrail endirdi: Qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi).”1 Qur`an bu ayədə ayələrin peyğəmbərin qulağına yox, qəlbinə nazil oluduğunu göstərir.
Bu şübhənin aradan götürülməsi üçün kompüteri misal çəkmək olar. Bir neçə cildlik ensik-lopediyanın maarifini bir kompüter disketində yerləşdirmək olar. Bu disketi aldıqda ensik-lopediyanın bütün maarifi bizim ixtiyarımızda olur. Biz istədiyimiz vaxt bir kompüter aparatından istifadə etməklə disketdə olan mövzulardan fayadalana bilərik. Bu iş həmin ensiklopediyanın bütün sözlərini üstün səviyyədə bizə oxunması demək deyildir. Demək, maddiyyat aləmində bə`zi hallarda oxumalı və ya eşitməli mə`lumatlar toplusunu balaca bir şeyə sığışdırmaq olur. Təfriqə aləmi olan bu aləmdə belə bir imkan varsa, şübhəsiz ki, daha üstün vəhdətin mövcud olduğu qeyri-maddi aləmdə həqiqətləri məcmuə şəklində daha yaxşı toplamaq olar.
Əlbəttə, bu işin necə baş verməsi bizim üçün qaranlıqdır. Lakin belə bir işin mümkünsüz olmadığını bilirik. Eyni zamanda, bu dünyada onun nümunəsini tapmaq olar. Demək, Qədr gecəsi qısa bir müddət ərzində (bir neçə dəqiqə və ya daha az) bütün Qur`an peyğəmbərin müqəddəs qəlbinə nazil olub və peyğəmbər də onu qəbul edib. Mərhum Əllamə Təbatəbai Qur`anın nazil olması barəsində “Təfsirul-Mizan” kitabında buyurur: “Qur`ani-Kərim peyğəmbərin qəlbinə iki şəkildə nazil olmuşdur: Bir dəfəyə nazil olma; tədricən nazil olma. Rəvayətlərin “nüzuli ila bəytil-mə`mur”, “nüzuli iləssəmaid-dünya” və “nüzuli əla qəlbin-nəbiyy” kimi xatırlatdığı bir dəfəyə nazilolma girami peyğəmbərə xüsusi münasibətlərlə ayə-ayə nazilolma ilə fərqlidir. Bu iki nazilolma arasında olan əlaqə “əl cəm vət-təfriq” əlaqəsidir. Peyğəmbərin qəlbinə 23 il ərzində nazilolma ətraflı nazil olmadır. Qədr gecəsində Qur`anın nazil olması birdəfəyə və cəm şəkildə olan nazil olmadır. Qur`anın cəm şəkildə olan nazil olmasının mə`nasını anlatmaq üçün bizim düşüncəmiz naqisdir.
Qur`anın nazil olduğu gecədə mələklər də enir. Bu gecə çox əzizdir və insanlar üçün ümid mayasıdır. Girami peyğəmbər və pak imamların bəyanatlarına diqqət yetirən insanlar, il boyu özlərini qədr gecəsini dərk etmək üçün hazırlayırlar. Əgər insan bir gecədə otuz min gecə-gündüzün dəyərini əldə edə bilərsə, belə bir gecəni dərk etmək üçün bir il çalışmağa dəyər. İl boyu “Qədr” surəsini oxumaq, ramazan ayının gecələrində min dəfə “Qədr” və ya yüz dəfə “Duxan” surəsini oxumaq Qədr gecəsinin dərk olunmasında tə`sirli işlərdəndir.
Ön söz 3
BİRİNCİ HİSSƏ 6
DUA BARƏSİNDƏ SÖHBƏTLƏR 6
DUANIN HƏQİQƏTİ NƏDİR? 7
DUANIN MÜSTƏQİL TƏ`SİRİ 10
DUANIN SƏBƏBİYYƏT PRİNSİPİ İLƏ ZİDDİYYƏTİ VARDIRMI? 12
MƏGƏR DUA XALQ ÜÇÜN SÜSTLÜK VƏ TƏNBƏLLİK SƏBƏBİDİR? 18
DUANIN TƏ`SİRLƏRİ 24
DUANIN QƏBUL OLMA ŞƏRTLƏRİ 28
ALLAHIN MÖ`MİNLƏR ÜZƏRİNDƏ VİLAYƏTİ 37
NƏTİCƏSİNDƏN ASILI OLMAYARAQ DUA ETMƏK 39
DUANIN QAYDALARI 40
DUA EDƏNLƏRİN NÖVLƏRİ 45
DUA AMİLLƏRİ 50
DUAYA MÜNASİBƏTDƏ TƏKƏBBÜRÜN MƏ`NASI 55
TƏ`SİRLİ DUALAR 57
DİNİ HÖKMLƏRƏ İTAƏT ZƏRURƏTİ VƏ EHTİRAMSIZLIĞIN TƏ`SİRLƏRİ 61
İKİNCİ HİSSƏ 72
“İFTİTAH” DUASINDAN SEÇMƏLƏRİN ŞƏRHİ 72
RAMAZANI QƏNİMƏT SAYAQ 72
RAMAZAN AYINI NECƏ QƏNİMƏT SAYAQ? 73
DUA HƏQİQƏTİNƏ DİQQƏT 74
RAMAZAN VƏ “İFTİTAH” 75
ALLAHA SİTAYİŞ BAŞLANĞIC NÖQTƏDİR. 76
DÜZGÜN YOL SEÇİMİ VƏ İLAHİ KÖMƏK 77
ALLAHIN HİKMƏTLİ QƏZƏB VƏ RƏHMƏTİ 77
QORXU VƏ ÜMİD ZƏRURƏTİ 78
İBADƏT TÖVFİQİ, ALLAHIN BƏNDƏYƏ MİNNƏTİ 79
BƏNDƏNİN GÜNAHI VƏ İLAHİ FEYZİN DAVAMI 81
DUANIN HƏQİQƏTİ, ALLAHI QƏLBƏN DÜŞÜNMƏK 82
İLAHİ NE`MƏTLƏRİN YADA SALINMASI 82
NE`MƏTLƏRİN DAVAMLILIĞI ALLAHIN ƏLİNDƏDİR. 85
İLAHİ NE`MƏTLƏR HAQQINDA TƏFƏKKÜR ZƏRURƏTİ 86
A-CƏZADAN QORXU ALLAHIN NE`MƏTİDİR. 87
B-ÇƏTİNLİKLƏR ALLAHIN NE`MƏTİ 88
DUANIN QƏBULUNDA TƏ`XİRİN HİKMƏTİ 89
İNSANIN ALLAHA QARŞI TƏKƏBBÜR VƏ DİQQƏTSİZLİYİ 90
ALLAHLA MÜNACAT VƏ ÜNSİYYƏTİN DƏYƏRİ 92
HƏMİŞƏ AÇIQ OLAN İLAHİ RƏHMƏT QAPILARI 93
İBADƏT ZAMANI QƏLB İŞTİRAKININ ZƏRURƏTİ 95
EŞQ VƏ MƏHƏBBƏT MƏ`RİFƏT SÖVQATIDIR. 97
ALLAHA ÜMİD VƏ ONA GÜVƏNMƏK 98
ALLAHA ÜMİD BARƏSİNDƏ HƏZRƏT ƏLİNİN (Ə) SÖZÜ 99
FƏRƏC, ZÜHUR İNTİZARI 104
İNTİZAR AMİLİ 106
KEÇMİŞ ÜMMƏTLƏRDƏN ÖYÜD GÖTÜRMƏK 109
PEYĞƏMBƏR VƏ İMAMLAR ƏN DƏYƏRLİ NE`MƏTLƏRDİR 111
ƏSRİN İMAMINDAN BİXƏBƏRLİK 114
QEYB ZAMANI BİZİM VƏZİFƏMİZ 117
ÜÇÜNCÜ HİSSƏ 119
ƏBU-HƏMZƏ SOMALİ DUASINDAN SEMƏLƏRİN ŞƏRHİ 119
ƏBU-HƏMZƏ DUASI 119
ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ 121
ƏYLƏNCƏLƏR TƏKVİNİ RABİTƏNİ DƏRK ETMƏK ÜÇÜN MANEƏDİR 122
ALLAHIN MEHRİBANLIĞINI DÜŞÜNMƏKLƏ ONA QARŞI MƏHƏBBƏTİN ARTMASI 123
DUADA ALLAHIN SİFƏTLƏRİNƏ DİQQƏT 127
“QƏBZ” VƏ “BƏST” HALLARI, İLAHİ CƏMAL VƏ CƏLAL SİFƏTLƏRİNİN TƏCƏLLASI 128
GÜNAHLARIN E`TİRAFI ALLAHA YAXINLAŞMAQ SƏBƏBİDİR 132
İLAHİ BARİGAH BƏNDƏLƏRİN İBADƏTİNDƏN DAHA ÜSTÜN MƏRTƏBƏDƏDİR 138
İNSANIN İLAHİ YARDIMDAN MƏHRUMLUĞUNUN SƏBƏBLƏRİ 140
ƏMƏLLƏRİN NƏTİCƏSİ 142
QORXU VƏ ÜMİD İMAN ŞƏRTİDİR 145
İMAM SƏCCADDA QORXU VƏ ÜMİDİN KAMİL TƏCƏSSÜMÜ 146
ALLAH MƏHƏBBƏTİNİ QAZANMA YOLU 148
ALLAHIN ZİKRİ 152
ZİKRİN HƏQİQƏTİ 153
ARAMLIQ YALNIZ ALLAHI DÜŞÜNMƏKLƏ YARANIR 155
ALLAHIN ÖZ DOSTLARINA (ÖVLİYALARINA) XÜSUSİ DİQQƏTİ 157
BÜTÜN HALLARDA ALLAH ZİKRİ 159
ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR 161
QƏLBİN BƏ`Zİ XÜSUSİYYƏTLƏRİ 162
QƏLB DƏYƏRİ 166
İNSANIN MƏ`NƏVİ HƏYATI 167
HƏYAT MƏRTƏBƏLƏRİNİN FƏRQLƏRİ 169
ALLAH ZİKRİNİN MƏRTƏBƏLƏRİ 172
DÜNYAYA BAĞLILIQ ALLAHI YAD ETMƏK ÜÇÜN MANEƏDİR 175
İNSAN MADDİ VƏ MƏ`NƏVİ EHTİYACLARLA ÜZBƏÜZ 177
DÜNYAYA ALDANIŞ MƏ`NƏVİ HƏYATA NAİL OLMAQ ÜÇÜN MANEƏDİR 180
İNSANIN AXİRƏTİ DÜŞÜNMƏMƏSİNİN SƏBƏBİ 182
ALLAHLA ÜNSİYYƏT ÖLÜMDƏN SONRA ÜÇÜN ƏN ÜSTÜN AZUQƏDİR 185
ALLAH İLƏ NECƏ ÜNSİYYƏT YARADAQ? 188
İMANIN DƏYƏRİ 189
GÜNAH VƏ İMAN 192
İMANIN BƏ`Zİ NƏTİCƏLƏRİ 194
DÖRDÜNCÜ HİSSƏ 202
“MƏKARİMUL-ƏXLAQ” DUASINDAN SEÇMƏLƏRİN ŞƏRHİ 202
SALEHLƏR DUASI 202
DUANIN QƏBULU ÜÇÜN SALAVAT ZİKRİ 204
İMAN VƏ YƏQİNİN ƏN ÜSTÜN VƏ KAMİL MƏRHƏLƏSİNƏ ÇATMA YOLU 204
İMANLA E`TİQADIN FƏRQLƏRİ 206
ÜMMƏTLƏRİN PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFƏTLƏRİNİN SƏBƏBLƏRİ 208
YƏQİN ƏLAMƏTLƏRİ 209
ƏN YAXŞI NİYYƏT VƏ ƏN GÖZƏL ƏMƏL 210
ƏN ÜSTÜN İBADƏT 211
İNSANIN MƏS`ULİYYƏTİ 215
QUR`AN BAXIMINDAN YARANIŞIN MƏQSƏDİ 216
DAVAMLI HİDAYƏT 221
ŞƏR VƏ BƏLANIN YAXŞILIQ VƏ XEYİRƏ ÇEVRİLMƏSİ 226
ŞƏRİN UZAQLAŞMASI VƏ XEYİRİN GƏLMƏSİ ÜÇÜN KÖMƏK DİLƏMƏK 227
BAŞQALARININ PİSLİYİ QARŞISINDA YAXŞILIQ 228
ABIR-HƏYANIN QORUNMASI 229
QUR`ANDA BƏ`Zİ MƏKAN VƏ ZAMANLARIN ÜSTÜNLÜYÜNƏ İŞARƏ 234
RAMAZAN AYI VƏ QƏDR GECƏSİNİN FƏZİLƏTİ 236
QUR`ANIN BİR GECƏDƏ NAZİL OLMASI İLƏ BAĞLI ŞÜBHƏYƏ CAVAB 241