Ислам маарифи илә ХҮласә танышлыг


MƏGƏR DUA XALQ ÜÇÜN SÜSTLÜK VƏ TƏNBƏLLİK SƏBƏBİDİR?



Yüklə 3,89 Mb.
səhifə4/25
tarix29.05.2018
ölçüsü3,89 Mb.
#51956
1   2   3   4   5   6   7   8   9   ...   25

MƏGƏR DUA XALQ ÜÇÜN SÜSTLÜK VƏ TƏNBƏLLİK SƏBƏBİDİR?


Dua ilə bağlı mövzulardan biri də ictimai və psixoloji yönümdə olan mövzudur. Bə`ziləri belə güman edirlər ki, xalqın duanın tə`sirinə inanması ictimai və şəxsi fəaliyyətlərdə süstlüyə səbəb olur. Bu süstlük istər-istəməz ictimai tənəzzülə aparasıdır. Bu da, zülmkarlar üçün yaxşı bir vasitədir. Onlar xalqın başını dua və ibadətlə qataraq onların sərvətlərini qarət etməklə məşğul olurlar.

Lakin həqiqət budur ki, hər bir gerçəkdən hansısa şəkildə sui-istifadə etmək mümkündür. Əgər hansısa bir həqiqətdən sui-istifadə olunarsa, bu həqiqətin əsassız olmasını demək olmaz. Dua istər ictimai, istərsə də fərdi məsələlərdə quruculuq və çalışqanlıqdan əl çəkmək demək deyil. Duanın mə`nası budur ki, mö`min insan həqiqi səbəbkar Allahı bilir. Hər zaman ehtiyac hiss etdikdə öz ehtiyaclarını aradan qaldırmaq üçün Allahına üz tutur. Eyni zamanda Allahın verdiyi maddi vasitələrdən bu sahədə öz həddində istifadə edir. Çünki Allah özü belə istəmiş və belə qərarlaşdırmışdır. Lakin bu vasitələri işin tə`sirində müstəqil saymaq olmaz.

Mö`min insan maddi vasitələrdən faydalanmasına baxmayaraq, onlara güvənmir. Nəticədə maddi vasitələr olmayan yerdə naümid olmur. Çünki Allahın onun ehtiyaclarını qeyri-təbii yolla ödəyə biləcəyinə inanır. Bu həqiqətlərə nəzər saldıqda aydın olur ki, duanın tə`sirinə inam süstlük və tənbəllik səbəbi yox, təlaş və ümid səbəbidir.

İnsan yalnız maddi vasitələrə inamlı olarsa, bu vasitələr olan yerdə fəaliyyət göstərə bilər. Lakin mö`min insan maddi vasitələr olmayan yerdə də həvəsdən düşmür.

Bədr döyüşündə müsəlmanlar son dərəcə çətinliyə düşmüşdülər, qüvvə və döyüş vasitələri düşməndən qat-qat az idi. Lakin onlar duaya başladılar: «İz təstəcisunə rəbbəkum...». Beləliklə, Allah onların duasın qəbul etdi və onlara kömək üçün 1000 mələk göndərdi. Bununla da müsəlmanlar qələbə çaldılar. Əgər müsəlmanlar duaya inanmasaydılar, öz ruhiyyələrini itirib, geri çəkilər, məğlub olardılar.

Beləliklə, duaya inam məğlubiyyət və gerilik səbəbi deyil. Əksinə, bə`zən duaya inanmamaq məğlubiyyət və gerilik səbəbi olur. Əslində bu şübhə dua ilə yetərsiz tanışlığın nəticəsidir. İnsanın yalnız dua edib heç bir fəaliyyət göstərməməsi təsəvvürü yanlış təsəvvürdür.

Allahdan bir şey istədikdə Onun özünü həqiqi səbəbkar bilməliyik. İxtiyarımızda olanları da Ondan bilməliyik. İxtiyarımızda olanları özümüzünki bilib başqa yerlərdə Allahdan kömək istəməməliyik. Məgər insanın vücudu və hər nəyi Allahın deyilmi?!

Dua insanın Allahdan onun işlərini qeyri-təbii yolla görməsini istəməsi deyil. Əslində bu iş Allaha məsləhət vermək kimidir; məsələn, süfrəsində çörək olan şəxs deyir: “İlahi, mənə başqa yolla ruzi ver”. Bu həqiqi dua deyildir!

İnsan həqiqətən Allahı tədbir və hikmət sahibi bilərək Ondan nəsə istəyirsə, Allahın ona verdiklərindən razı qalmalıdır. Əgər bu şeylərdə azlıq hiss edərsə, Allahdan onu tə`min etməsini istəsin. Beləliklə, Allahın göz əta etdiyi, lakin gözlərini yumaraq Allahdan onu gözübağlı məqsədə çatdırmasını istəyən şəxsə demək lazımdır ki, məgər Allah sənə göz verməyibmi?! Nə üçün ondan istifadə etmirsən?! Dua Allahın hikmət əsasında əta etdiyi ne`mətləri kənara qoyub, Allahdan başqa yolla ne`mət istəməsi deyil. Bu yanaşma əslində “İlahi, mən Sənin məsləhətini qəbul etmirəm” mə`nasını verir: “Sən dedin göz ilə gör, mən isə qulaq ilə görmək istəyirəm!” Nəql olunur ki, həzrət Musa (ə) xəstələnmişdi. Bəni-İsrail ona dedi: Əgər filan bitkidən istifadə etsən, yaxşılaşarsan. Musa (ə) dedi: “Mən dərman qəbul etməyəcəm. Allah özü mənə şəfa versin”. Bir müddət keçdi, lakin sağlamlıqdan bir əsər görünmədi. Allah tərəfindən ona vəhy olundu: “And olsun izzət və cəlalıma, sənə o bitkidən istifadə etməyincə şəfa verməyəcəyəm. Ey Musa, sən təvəkkülünlə Mənim hikmətimi batil etmək istəyirdin?! Məgər bitkilərin kökünə şəfa xüsusiyyətini Məndən başqasımı vermişdir?!”

Təbii ki, Allah öz hikmətli tədbirlərini bizim istək və həvəslərimizə tabe etməyəcək: Əgər haqq onların istək həvəslərinə tabe olarsa, şübhəsiz, göylər yer puç olar.”1

Beləliklə, Allahın ixtiyarımızda qoyduğu şeylərdən tələb olunan qaydada istifadə etməli, Allahın tədbir və hikmətinə boyun əyməliyik. Allah əbəs yerə və hikmətsiz heç bir iş görmür. Aləmdə olan bütün vasitələr Onun hikməti əsasındadır. Bütün vasitələr bizim xeyirimiz üçündür və bizim problemlərimizin həllində tə`sirlidir. Beləliklə, bu şeyləri kənara qoyub, başqa yolla ruzi istəməməliyik. Tədbir Onun əlindədir, hər şeyi Ondan istəməliyik; O isə məsləhət bildiyi yolla əta edəcəkdir. Əgər bizim ixtiyarımızda qoyduğu şeylərdən istifadə etsək, Allahın əvvəlcədən qəbul vasitələri hazırladığını görəcəyik. Biz isə yalnız onlardan istifadə etməliyik.

Əlbəttə, Allah başqa vasitələr qərar verməkdə aciz deyil. Lakin insanın ixtiyarında qoyulmuş vasitələrdən istifadə etməməsi dua və təvəkkül hesab olunmur. Bu yanaşmalar bəlkə də bə`zi şəxslərin İslam məfhumlarından sui-istifadəsindən və pis təfsirlərindən qaynaqlanır. Təvəkkül Allaha güvənib maddi vasitələrdən istifadə etməmək deyil. Maddi vasitələri bizim istifadəmiz üçün Allah qərar vermişdir.

Bəli, həqiqi təvəkkül əhli başqalarından daha fəaldır. Allaha təvəkkül ilə cəbhəyə gedib düşmən ilə döyüşən mücahidlərin çalışqanlığı başqalarından daha çoxdur. Eyni zamanda, onlar qələbəni Allahdan bilirlər: Qələbə qüdrət hikmət sahibi olan Allahdan başqası tərəfindən deyildir.”1

Həqiqi mücahid qələbə və köməyi Allahdan istəyir. Eyni zamanda, Allahın ona əta etdiklərinə göz yummur və onlardan istifadə edir. Beləliklə, həqiqi dua Allahın qərar verdiyi vasitələrdən istifadə edənlərin duasıdır. Düzgün deyil ki, bu vasitələri kənara qoyub, duanın başqa yolla qəbul olmasını istəyək. Rəvayətə əsasən, belələrinin duası qəbul olmur. Bə`zi rəvayətlərdə nəql olunmuşdur: Pis əxlaqlı zövcəsi olan şəxs Allahdan onu bu qadının şərindən qorumasını istəyərsə, duası qəbul olmaz. Çünki Allah onun üçün təlaq (boşanma) qərar vermişdir. Əgər həqiqətən də onun qadını pis əxlaqlıdırsa və onunla yaşamaq dünya və axirət xeyirinə ziddirsə, onu boşaya bilər. Əgər onun dua etməkdə məqsədi belə bir qadının qarşısında Allahın ona dözüm və səbir verməsi, qadının islahı olarsa, dua qəbul olunar; başqa hallarda dua faydasızdır; çünki bu qadının şərindən xilas olmaq üçün Allah onun ixtiyarına vasitə vermişdir və o bu vasitədən istifadə etmir. Əgər bu şəxs öz istəyində ciddidirsə, Allahın onun ixtiyarında qoyduğu vasitədən istifadə etməlidir.

Allahın peyğəmbəri buyurmuşdur: Əməl etməyərək dua edən kəs, ipsiz kamanla ox atmaq istəyən kəs kimidir.”1

Başqa bir rəvayətdə buyurulur: Evdə oturub Allahdan ruzi tələb edən şəxsin duası qəbul olunmaz.”2

Demək, İslam duanı bəşəriyyətin əlində olan vasitələrin əvəzedicisi saymır. Dua insana bildirir ki, vasitələr müstəqil deyil. Bütün vasitələrin tə`siri Allahın əlindədir. Beləliklə, vasitələr olduqda belə insan Allahı unutmamalıdır. İnsan bütün ehtiyaclarını Allahdan istəməlidir; hətta bu ehtiyaclar üçün adi vasitələr hazır olsa belə! Təkallahçı insan süfrəsində çörək olsa belə Allahı unutmur və Allahdan istəyir ki, onun aclığını aradan götürsün. Onun fikrincə, bütün şeylər vasitədir və son tə`sir Allahın tərəfindəndir. Mə’lum olur ki, bütün hallarda dua lazımdır, istər insan üçün adi vasitələr olsun, istərsə də onun əli adi vasitələrə çatmasın. Adi vasitələr olan yerdə dua bu vasitələri müstəqil bilməmək nişanəsi, Allahın istiqlaliyyətinə və insanın ilahi fəzilətlərə ehtiyaclı olmasına e`tiqaddır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. Dua Allahın qeyri-təbii yolla da insanın ehtiyaclarını ödəməyə qadir olmasına inamdır. Beləliklə, dua istənilən bir halda zəruridir.

Ac insan güclü iman sahibi olduqda Allahdan onu doyuzdurmasını istəyib süfrəyə oturur. Bu halda onun qidalanması etdiyi dua ilə heç bir ziddiyyət təşkil etmir. Yə`ni o bu işi ilə yalnız Allahı öz ehtiyaclarının ödənməsində əsil səbəbkar bilir. O, Allahın istəyi nəticəsində yeməyin insanın toxluğuna səbəb olmasına inanır, buna görə də ondan istifadə edir. Əgər belə olmasaydı yeməyin olub-olmaması onun üçün fərqsiz olardı. O inanır ki, Allah istədiyi yolla onu doyurda bilər.

Allah həzrət Musaya (ə) vəhy etdi: Ey Musa, bütün ehtiyacını məndən istə, hətta yeməyinin duzunu da”.

Hər bir şeyi Allahdan istəmək bu mə`nada deyil ki, insan heç bir çalışqanlıq göstərmədən desin: “Gərək yalnız Allahdan istəyək! Hər şeyi O yoluna qoymalıdır”. Belə bir düşüncə səhvdir. Duanın həqiqəti insanın, özünün heç bir şeyi olmadığını və hər bir şeyin Allahdan olduğunu anlaması, bunu e`tiraf etməsidir. İş və təlaş gücü Ondadır, bütün vasitələri O hazırlayır, düşüncə və təfəkkür qüvvəsini O verir. Bunlar hamısı hacətlərin tə`min olunması üçün işlənməli olan ilahi ne`mətlərdir. Əslində duanın mə`nası budur ki, insan bütün vasitələrin Allah tərəfindən olduğunu e`tiraf edir. Bu, şərti itaət olan həmin bəndəlik həqiqətidir.

Beləliklə, duaya inam insanı tənbəllik yox, çalışqanlığa sövq edir.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin