Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 2,93 Mb.
səhifə21/24
tarix25.11.2018
ölçüsü2,93 Mb.
#84825
1   ...   16   17   18   19   20   21   22   23   24

DAVAMLI HİDAYƏT


Duanın bu hissəsində imam sadalanan kamilliklərin davamlı olmasını Allahdan istəyir. İmam istəyir ki, ömrün sonunadək bu kamilliklər davam etsin, onlarda heç bir nöqsan olmasın və insan düzgün yolda sabitqədəm olsun.

Seyyid Əli Xanın şərhində bildirilir ki, qədim bir səhifədə “bihudyən salih” əvəzinə “bihədyin salih” yazılmışdır. “Hədy” üsul mənasını verir. Həmin nəqlə əsasən duanın bu hissəsi belədir: “Pərvərdigara, məni heç zaman dəyişməyəcəyim ləyaqətli üsuldan bəhrələndir”. Əgər bu ifadə “bihudyən salih” olarsa: “Pərvərdigara, məni saleh hidayətlə bəhrələndir” mənasını verəcək. Hidayət əgər hidayətdirsə, deməli, saleh hidayətdir. Buna görə də uyğun sözləri demək düzgün deyil. Əlbəttə, bunu hansısa şəkildə yozmaq olar. Lakin “bihədyin salihin” ifadəsini daha münasib olması nəzərə çarpır; başqa bir rəvayətdə də bu ibarət “hədyin salih” şəklində verilmişdir.

Məni düzgün yoldan bəhrələndir ki, bu yoldan azmayam (Həmişə bu yolda sabitqədəm olum).

“Məni elə bir xeyir niyyətdən faydalandır ki, onda şəkkə düşməyim”.

Çox güman ki, burada “şəkk” sözünün lüğət mənası, yəni “iztirab” nəzərdə tutlmuşdur. Yəni elə bir niyyət ki, onda dəyişiklik yoxdur. İnsanın niyyət edərkən şəkkə düşməsi mümkündür. Amma, adətən, niyyət özü şəkk və yəqin olaraq iki yerə bölünmür.

Duanın bu hissəsində imam Allahdan üç şey istəyir: 1. Ləyaqətli və sabit rəftar; 2. İnsanın azmadığı haqqa doğru yol; 3. Düzgün və savab işlərdə daimi əzm. Bu cümlə bizə öyrədir ki, Allahdan istədiklərimiz və onun bizə əta etdiyi nemətlərin davamlılığı da Allahın əlindədir. Nemətlərin davamlı olmasını da Allahdan istəməliyik.

Duanın bu hissəsi “Ali-İmran” surəsinin 8-ci ayəsinin oxşarıdır: «Pərvərdigara, bizi hidayət etdikdən sonra düzgün yoldan azmağa qoyma...»

Allah bizi hidayət etdikdən sonra düzgün yolda istiqamətləndirməlidir. Allah Quranda buyurur: “Çox olub ki, bir peyğəmbərin ardıcıllarından böyük bir cəmiyyət savaşda öldürülüb. Onlar heç bir çətinlikdə Allahdan başqasına sığınmamış və yalnız bunu demişlər: “Pərvərdigara! Sənə qarşı yol verdiyimiz günahları öz kərəminlə bağışla, bizi sabitqədəm et, bizə kafirlərin məhvində yardım göstər, qalib buyur.”1

Allah yolunda peyğəmbərlərə itaət edərək öz mal və canlarını verən şəxslər belə dua edirdilər: “Pərvərdigara, bizi düzgün yolda sabitqədəm et”

İnsan hər an xəta və çaşqınlıq sərhəddinə yaxındır. İbn-Mülcəm Muradi gecə namazı qılan bir şəxs idi. Lakin öz qılıncını Əmirəl-mömininin (ə) mübarək başına endirdi. Zübeyr əziz Peyğəmbərin (s) və həzrət Əlinin əmisi oğlu idi. O uzun illər peyğəmbərlə çiyin-çiyinə qılınc çaldı. Peyğəmbər onun qılıncı və qoluna dua etdi. İllərlə döyüşüb, mücahidlərdən və rizvan beyətinin səhabələrindən oldu. Peyğəmbərin vəfatından sonra məqam sevgisi onu elə bir uçuruma yuvarlatdı ki, Cəməl döyüşündə həzrət Əlinin (ə) üzərinə qılınc çəkdi.

Mərhum hacı Mirza Əbdül-Əli Tehrani (Allah ondan razı olsun) deyirdi: “Mən cavan vaxtlarımda Allahdan üstün mərifət mərtəbəsi istəyib, aşağı mərifət mərtəbələri haqda düşünmürdüm. Həmişə Allahdan istəyirdim ki, məni öz yaxınlığına, qonşuluğuna və rizvanına çatdırsın. Lakin indi, bu qoca vaxtımda Allahdan istəyirəm ki, məni dünyadan müsəlman kimi aparsın”. Dünyadan mömin getmək asan iş deyil. İnsanı əməlləri, rəftarı, imanı, əqidəsi və fikri daim dəyişə bilər. İnsanın bir şübhə ilə imanını əldən verməsi mümkündür. Demək, Allahdan istəməliyik ki, hidayət edib, düzgün yol göstərdikdən sonra bizi bu yolda sabitqədəm etsin. Bununla da düzgün yolu adladıqda bizdə heç bir şübhə yaranmasın. Əgər insan ölümdən əvvəl şəkk-şübhəyə düçar olarsa, onun bütün saleh əməlləri aradan gedər. Qurani-Kərim buyurur:

“...Sizdən hər kəs öz dinindən çıxıb kafir olaraq ölərsə, onun bütün əməlləri dünya və axirətdə heçə gedər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar.”1

“İlahi, məni həyatım Sənin ibadətinə sərf olanadək diri saxla. Əgər ömrüm şeytanın otlağı olacaqsa, həmin an, qəzəbinə düçar olacağım zaman mənim canımı al”.

Biz imamı dərk etmək qüdrətində deyilik. Bu sözləri onun hansı halda və hansı səbəbdən dediyini düzgün təsəvvür edə bilmirik. İmam bu təbirləri hansı məqsədlə işlətmişdir? İmamla bağlı belə bir ehtimal vermək olarmı? İmam dua edərkən özünü nəzərdə tutur, yoxsa başqalarını öyrədir? Bütün bunları kənara qoyaraq diqqət yetirməliyik ki, uyğun təbirlər bizə aid ola bilər. Biz məsum deyilik, bizim ömrümüz şeytan üçün otlaq ola bilər. Bizim həyatımız, ruhumuz və qəlbimiz şeytanın daxil ola biləcəyi torpaq kimidir. Əgər həyatımızın hər bir anı bizi günaha aparıb süquta uğradacaqsa, eləcə də, əldə etdiyimiz kamillikləri məhv edəcəksə, belə bir ömür nə qədər tez sona çatsa, bir o qədər yaxşıdır.

İnsan axirətin varlığına inanırsa, bu duanı səmimi qəlbdən oxumalıdır. İnsan günah hücumuna məruz qalaraq, şəhvət, qəzəb, dünyəvi məqamların təsiri altına düşə bilər. Onun qəlbinə qəflət pərdəsi çəkilər, gözü və qəlbi kor olar. Bu an o nəfsani istəklərindən başqa heç bir şey görüb, tanımaz, geriyə qayıdış yolu qalmaz. Lakin belə bir vəziyyətə düşməmişdən öncə Allahdan, onun canını almasını istəməlidir.

Bu dua insanın əməllərinin islahına, islah barədə fikirləşməsinə, şeytanın nüfuzuna imkan verməməsinə və heç bir şəkk-şübhənin daxil olmaması üçün qəlb sərhədlərini möhkəmləndir-məsinə səbəb olur. Qurani-Kərim bu barədə buyurur: “Ayələrimizdə eyb axtarıb tənə edənləri gördüyün vaxt söhbəti dəyişənədək onlardan uzaqlaş. Əgər şeytan sənə unutdursa, Allahın kəlamını yada saldıqdan sonra bir daha sitəmkar güruhla bir yerdə qalma.”1

Quran peyğəmbər kimi şəxsiyyətə də belə bir sifarişin yersiz olmadığını bildirmək istəyir. Çünki batil söz peyğəmbərdə də təsir edə bilər.

Bu sözlərin azadlıqla heç bir ziddiyyəti yoxdur. Əgər bir yeniyetmə 200 kq-lıq daşı qaldırsa beli ağrıyacaq. Ona ağırlıqqaldıran olmaq istəyirsənsə, “uzun illər məşq edib tədricən ağır daşları qaldıra bilərsən” deyilərsə, onun azadlığına heç bir təcavüz olunmur.

Düzgün yolu tanımışıqsa, batil sözlər ardınca getməməliyik. Bu sözlər bizdə şəkk-şübhə və iztirabdan savay heç bir şey yaratmır. İmam bu duada Allahdan istəyir ki, əgər həyatım şeytanın otlağına çevriləcəksə, qəzəbinə düçar olmazdan öncə mənim canımı al. Əgər Səni qəzəbləndirərəmsə, qayıtmağım və səhvlərimi düzəltməyim üçün mənə kömək et ki, qəzəbinə düçar olmayam. Allah Quranda buyurur: “Qəzəbimə düçar olan kəs mütləq həlak olacaqdır.”1

“İlahi, xalqın məndə eyb axtarmasına səbəb olacaq hər bir sifəti məndən uzaqlaşdır, islah et”; “Başqalarının məni danlamasına səbəb olacaq hər bir eybi məndən uzaq et, yaxşı xasiyyətə çevir”; “Məndə olan bütün naqis fəzilətləri kamilləşdir”.

«Başqalarının danlağına və eyb axtarmasına səbəb olacaq eyb və sifətlər» dedikdə saleh insanların bəyənmədiyi sifətlər nəzərdə tutulur. Burada məqsəd pis insanların danlaq və qınağına səbəb olacaq yaxşı əməllər deyil!
(3)

İslam baxımından insan ictimai bir mövcuddur. İnsan yalnız fərdi ibadətlərlə həqiqi kamilliyə çatmır. Kamilliyin bütün yönümlərini əldə etmək üçün xalq arasında yaşayıb cəmiyyətlə əlaqə saxlamaq lazımdır. İnsan öz ictimai həyatının bütün sahələrində, həyat yoldaşı, övladlar, dostlar, düşmənlər, qonşularla əlaqədə, müamilələrdə, cihadda, millət və dövlətlərlə əlaqədə və sair işlərdə Allahın göstərişlərinə itaət edərək Allaha yaxınlaşa bilər.

Bəzən bu əlaqələr narahatçılıqlara, qəlb məşğuliyyətlərinə və qarşıdurmalara səbəb olur. Düşmənçilik bəzən dünyəvi, bəzən dini işlərə xatir olur. Bəzən isə bu düşmənçiliklər Allahın insana verdiyi nemətlərə paxıllıqdan irəli gəlir. Bəzən insan heç kimlə düşmən olmur və heç kim ona qarşı paxıllıq etmir. Lakin bir-birləri ilə zövqləri uyğunlaşmır və bir-birlərini düzgün anlamırlar. Bu zövq, səliqə ixtilafı onlar arasında pis münasibət yaranmasına səbəb olur.

Demək, səliqə, zövq uyğunlaşmaması, bədbinlik, bədgümanlıq, həsəd, kin, düşmənçilik və bu kimi başqa qəlbi işlər insanın həyatda başqaları ilə dostcasına və səmimi rabitə saxlaya bilməməsinə gətirir. Bu mövzu insanın qəlb məşğuliyyətini, nigarançılığını və kin-küdurətini artırır. Eyni zamanda, bu, ibadət zamanı insanda qəlb iştirakının azalmasına səbəb ola bilər. Həzrət duanın bu hissəsində uyğun halları nəzərdən keçirir.




Yüklə 2,93 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin