Ислам маарифи илә ХҮласә танышлыг


b) İkinci dərəcəli tə`sirlər



Yüklə 3,89 Mb.
səhifə10/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   6   7   8   9   10   11   12   13   ...   108
b) İkinci dərəcəli tə`sirlər:

1-Allahı tanımaq: Duanın ümdə dəlillərindən biri Allahı tanımaqdır. Bu mə`rifət (tanışlıq) bütün səadətlərin kökü və bütün islahatların səbəbidir.

Bir dəstə insan imam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Niyə biz dua edirik lakin qəbul olunmur?” Həzrət (ə) buyurdu: “Çünki siz çağırdığınız kəsi tanımırsınız.”1 Pərəstiş etdiyimiz və Allahı çağırdığımız mübarək ilahi adlar müxtəlif mə`nalarla zəngindir. Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin.”2 Bu adları təkrarlamağın bir çox faydaları var. O cümlədən, adların vəsfedici mə`nasına diqqət və Allaha qarşı insanın mə`rifətinin kamilləşməsi!

Allahın Rəhman, Rəhim, Səmi, Bəsir, Mün`im, Ğəfur və sair kimi adlarını dilimizə gətirdikdə mehriban, eşidən, görən və bağışlayan Allahımızın olması yadımıza düşür. Nəticədə Allahın rəhmətinə və bağışlamasına ümidvar oluruq. Dua edən şəxs bu sifətlər haqda düşünüb, diqqət edərək özünü qüdrəti qarşısında heç bir çətinlik olmayan Allah ilə əlaqədə görür. Ümumiyyətlə, Allah üçün asan və ya çətin məsələsi yoxdur. Bu həqiqət hər yerdən əli üzülmüş şəxs üçün yeni bir ümid və sevincdir.

Bu qısa araşdırmada ümidin həyata, sevincə, işə və çətinliklərə dözümə tə`sirlərini xatırlatmağa ehtiyac yoxdur. Allahın bizim danışıq və rəftarımızı eşidib və görməsi yaxşı işlər görməyimizə, pis danışıq və pis əməldən çəkinməyimizə səbəb olur. Bundan əlavə, bə`zi dualar yüksək səviyyəli bir kurs, Allahşünaslıq və tövhid dərsidir. İmam Hüseynin (ə) “Ərəfə” duası, “Səbah”, “Əbu-Həmzə” və bir çox başqa dualar xüsusi ilə də “Səhifeyi-Səccadiyyə”də olan dualar deyilənlərə misal ola bilər.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin