Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə11/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   7   8   9   10   11   12   13   14   ...   108
2-İlahi əxlaq kəsb etmək: Məzhəb göstərişləri və şərafətli hədislərdə tövsiyə olunmuşdur ki, ilahi əxlaq kəsb edəsiniz: “Təxəlləqu bi əxlaqillah.”1

Dua edən şəxs öz duası vasitəsi ilə özündə ilahi sifətlər yaradıb və bu sifətləri gücləndirmək üçün çalışır. Necə ki, Allah mehriban və güzəşt edəndir. O məxluqu ilə mehriban və güzəştlə davranmaq istəyir.



3-Pak–pakizəlik: Dua şərtlərindən biri də paltarın paklığı, qidaların halallığı və dua olunan yerin mübah olmasıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Duasının qəbul olmasını istəyən şəxs yemək və qazancını təmiz saxlamalıdır.”2

Dua edən şəxs haram yolla ruzi qazanmazsa, əyri yolla qazanc əldə etməzsə, mə`nəvi kamilliyə çatar. İnsanları bu sayaq dua ilə məşğul olan cəmiyyət necə də xoşbəxtdir. Belə bir şəhər necə də fəzilətli bir şəhər olacaqdır!



4-Nəfsi öldürmək: Duanın, hətta bütün ibadətlərin ən böyük faydası nəfs tüğyanının qarşısının alınmasıdır. Həzrət Əli “Qasiə” xütbəsində təkəbbürün pislənməsi barəsində uzun bir mövzu bəyan etmişdir. Xütbənin bir hissəsində buyurur: “Bu çirkin xüsusiyyət şeytanın ən böyük tələsi və ən güclü hiylə vasitəsi sayılır”.

Eqoistlik və təkəbbürü məhv etmək bütün əxlaqi eyblərin kökünü kəsməyə və insanın özünü bütün fəzilətlərin kəsbi üçün hazırlamasına bərabərdir. Allah Qur`anda buyurur: Hər kəs nəfsini təmizləsə, mütləq nicat tapacaqdır.”1

Dua edən şəxs Allah qarşısında durmaqla, Onun əzəmətinə diqqət yetirməklə, öz zəiflik və kiçikliyini nəzərdə tutmaqla aşıb-daşan ehtiyaclarını göstərir. O bu vasitə ilə özünü hər bir yaranmışdan ehtiyacsız, yalnız Ona ehtiyaclı görür. Beləliklə, dua təvazökarlıqla yanaşı ucalıq və izzət gətirir.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin