Ислам маарифи илә ХҮласә танышлыг


NƏTİCƏSİNDƏN ASILI OLMAYARAQ DUA ETMƏK



Yüklə 3,89 Mb.
səhifə14/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   10   11   12   13   14   15   16   17   ...   108

NƏTİCƏSİNDƏN ASILI OLMAYARAQ DUA ETMƏK


Qəbuldan daha mühüm duanın özü və Allah ilə raz-niyazdır. Baxmayaraq ki, biz adətən istəklərimizin və maddi ehtiyaclarımızın tə`min olunması üçün dua edirik. Yə`ni yaşayışımızda problem və ya narahatçılıqla qarşılaşdıqda ilahi dərgaha əl açıb Ondan kömək istəyirik.

Əlbəttə, bu iş Allahın rəbliyinə e`tiqad və bəndəlik nümunəsi olmaqla yanaşı insan üzərində tərbiyəvi rol oynayır. Lakin duanın fəlsəfəsi ümumi şəkildə münacat, raz-niyaz, yalnız hacətlərin, xüsusilə də dünyəvi hacətlərin istənilməsi deyildir. Mə`sumlardan nəql olunmuş bir çox duaların məzmununda göstərilir ki, əsas duanın özü, Allah ilə raz-niyazdır. Onun qəbul olub-olmamasını düşünməməliyik. “İstəmək” “istənilən şeydən” daha mühümdür.

Allahla münacat və əlaqə o qədər ləzzətli və dəyərlidir ki, bunu dərk edən kəs heç vaxt maddi və dünyəvi məsələlər barədə düşünməz. Beləliklə, dua da daha çox əhəmiyyət kəsb edən Allah ilə danışıq və raz-niyazdır. Bu, Allahdan tələb olunan şeylərdən qat-qat üstündür. Bəndənin Ağası ilə xəlvətə çəkilib, raz-niyaz etməyə nail olması onun öz istəklərinə çatmasından daha dəyərlidir. Ona nəinki aləmlərin rəbbi ilə söhbətə icazə verilmişdir, hətta Allah özü onu “ud`uni” (“çağırın Məni”) sözü ilə də`vət etmişdir.1 Bu, bəndə üçün necə də böyük səadətdir!

Beləliklə, duada maddi istəklərin tə`min olunması yox, duanın özü və Allah ilə raz-niyaz daha üstündür.

Duanın xarici gerçəkliklərini, qəbulunu və nəticələrini nəzərə almadan ona inam və əminlik insan şəxsiyyətinin formalaşmasına, insani duyğuların güclənməsinə səbəb olur. Dua edən şəxsin öz daxili və psixoloji aləmində çatdığı ləzzətlər və tövfiqlərə dua etməyən şəxsin çatması və bu halı dərk etməsi mahaldır. Bu həqiqətlər mö`min insanın şəxsiyyət və inkişaf səviyyəsini tanıtdırır.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin