Ислам маарифи илә ХҮласә танышлыг


DUAYA MÜNASİBƏTDƏ TƏKƏBBÜRÜN MƏ`NASI



Yüklə 3,89 Mb.
səhifə18/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   14   15   16   17   18   19   20   21   ...   108

DUAYA MÜNASİBƏTDƏ TƏKƏBBÜRÜN MƏ`NASI


Allah “Mu`min” surəsinin 60-cı ayəsində buyurur: Rəbbiniz dedi: Çağırın Məni, qəbul edim sizi. Mənə pərəstişə münasibətdə təkəbbür göstərənlər tezliklə başıaşağı cəhənnəmə daxil olarlar”.

İndi isə duaya münasibətdə təkəbbürün hansı mə`na daşıdığını araşdıraq. Duadan üz çevirmək üç şəkildə təsəvvür oluna bilər:

Bə`zən insan qafillik səbəbindən duadan çəkinir; iman zəifliyi onu ilahi dərgaha üz tutmaqdan məhrum edir. Buna görə də, çətinlik zamanı əvvəlcə maddi vasitələrin ardınca gedir və vasitələrin səbəbkarını unudur. Məsələn, xəstələndiyi zaman əvvəlcə Allahı xatırlamaq əvəzinə həkim və dərman ardınca qaçır. Mümkündür ki, kimsə bu halı onun nəzərinə çatdırdıqda özü də bunu e`tiraf etsin. Bu növ unutqanlıq təkəbbürdən yox, iman zəifliyindən qaynaqlanır.

Bə`zən insan qarşılaşdığı şübhələr əsasında duadan çəkinir. Məsələn, Allahın dəyişməz qanunları olduğunu və bu qanunlara itaət etməyin zəruriliyini eşidir. Başqa sözlə, o elə bilir ki, Allah hər bir dərd üçün dərman vermişdir. Buna görə də öz-özlüyündə düşünür: Dua, yə`ni nə? Baş ağrısını dua ilə yox, filan dərmanla müalicə etmək lazımdır. Bu əqidə də təkəbbürdən yox, insanın imanındakı naqislikdən yaranır. Bu şəxs Allahı düzgün tanımamış və Onunla aləmin əlaqəsini yaxşı dərk etməmişdir. O, tövhidi zəif dərk etmiş və duanın həqiqi tə`sirini anlamamışdır.

Bə`zən isə insan öz-özlüyündə deyir: Qarşıya çıxan hər bir çətinliyi özüm aradan götürəcəyəm, ehtiyaclarımı özüm tə`min edəcəm. Nə üçün Allahın qarşısında boynumu əyim? Nə üçün gecənin rahat yuxusunu tərk edib Allahın qabağında kiçilim? Bu, duaya münasibətdə təkəbbürdür; Allahdan nə isə istəməyi ar bilir və onu özü üçün nöqsan sayır.

Bə`zi yenilikçilər deyir: İslam insanın hətta Allah qarşısında da kiçilməsini istəmir. Onlar hətta namazın “Allahu əkbər” və “Bismillahir-rəhmanir-rəhim” kimi zikirlərini siyasi şüar hesab edirlər. Onların əqidəsinə əsasən, insan heç bir şeyin qarşısında kiçiklik göstərməməli və boyun əyməməlidir. Deyirlər ki, ağlamaq uşaqların və qoca qadınların işidir! Əgər insan özünü tanıyarsa, heç zaman ağlamaz və özünü güclü, qüvvətli hiss edər; insan hətta Allahın da qarşısında ağlamamalıdır.

Təəssüf ki, bu şəxslər öz əqidələrini İslama aid edir və onu islamşünaslıq adlandırırlar! Onlarlardan soruşmaq lazımdır ki, əgər bu islamşünaslıqdırsa bəs ateizim nədir?

İbadətin əsası və həqiqəti kiçikliyin göstərilməsidir. Qur`anda oxuyuruq: Qüdrətli ölməz Allahın izzəti qarşısında aləmin bütün böyükləri kiçilmiş müt`idirlər.”1 Göylərdə yerdə varsa istər-istəməz Onun fərmanına müt`idir hamı Ona tərəf qayıdacaqdır.”2 İnsan üçün iftixar Allahın əzəmətini dərk etmək və Onun qarşısında kiçiklik və xarlıq göstərməkdir. Allahı daha yaxşı tanımış Əmirəl-mö`minin (ə) buyurur: “İlahi, izzətim üçün təkcə Sənin bəndən olmağım, iftixarım üçün yalnız Sənin mənə Allah olmağın bəs edər.”3

Allah qarşısında bəndəlik göstərilməsi bəndəliyin ən uca mərtəbəsidir. Allah tərəfindən insanın bəndəliyinin qəbul olunması şəxs üçün ən böyük izzətdir. Allah yanında daha çox bəndəlik göstərilməsi nəticəsində, insan daha kamil və Allaha daha yaxın olar. Əlbəttə, aydındır ki, Allah insanın Onun qarşısında kiçiklik göstərməsindən heç bir ləzzət almır. Çünki Onun bu şeylərə ehtiyacı yoxdur. Deyildiyi kimi, bu iş insanın kamilliyinə səbəb olduğu üçün Allah tərəfindən bəyənilir.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin