Ислам маарифи илә ХҮласә танышлыг


ALLAH MƏHƏBBƏTİNİ QAZANMA YOLU



Yüklə 3,89 Mb.
səhifə63/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   59   60   61   62   63   64   65   66   ...   108

ALLAH MƏHƏBBƏTİNİ QAZANMA YOLU


a) Allahın ne`mətlərinə diqqət: İlahi məhəbbət insanı itaətsizlikdən uzaqlaşdıran səbəbdir. Bəlalar bizi bürüyən vaxt Allahla yaxınlığı qoruyacaq məhəbbəti necə əldə edək? Nə edək ki, hətta cəhənnəmə sürüklənən vaxt da ümidimiz Allahın mərhəmətindən üzülməsin?

Axirətdə belə bir hal əldə etmək mümkünsüzdür. Uyğun hal dünyada qazanılmalı, axirətdə özünü göstərməlidir.

İlahi məhəbbəti hansı yolla qazanmaq olar? “Əbu-Həmzə” duasında zikr olunduğu kimi imam Səccad belə ərz edir: “(Pərvərdigara) Əgər məhəbbətin qəlbimdən çıxmırsa, bunun səbəbi ne`mətlərini unutmamağım, günahlarıma pərdə çəkdiyini yaddan çıxarmamağımdır”. Deyilənlərdən aydın olur ki, qəlbində ilahi məhəbbəti yaşatmaq istəyən kəs daim Allahı və Onun ne`mətlərini xatırlamalıdır.

İslam Peyğəmbəri (s) buyurur: Allahı sevin, O sizi ne`mətləri ilə qidalandırır.”1

Qüdsi bir hədisdə nəql olunur ki, Allah-təala Musa ibn İmrana xitabən buyurdu: “Ey Musa, Məni xalqa sevdir” (bir iş gör ki, xalq Məni sevsin). Həzrət Musa (ə) ərz etdi: “Nə edim?” Xitab olundu: “Ne`mətlərimi onlara xatırlat”.2

İnsan qarşı tərəfdən lütf görəndə təbii şəkildə qəlbində məhəbbət yaranır. Bu lütf çətinlik girdabına düşmüş insana daha çox tə`sir göstərir. Hər bir insan öz həyatında başqalarının yardımı ilə qurtulduğu problemlə üzləşib. İnsan bu sayaq lütfü ömrünün sonunadək unutmur və qəlbində həmin şəxsə qarşı məhəbbət yaranır.

Beləliklə, Allaha qarşı məhəbbətli olmaq üçün Onun ne`mətlərini bir-bir yada salmalıyıq. Allahın bol ne`mətlərində qərq olduğumuzdan onları dərk etmir və onların dəyərindən xəbərsiz oluruq. Çətinliklə qarşılaşdığımız və ya bizdən hansısa ne`mətlər alınan zaman belə ne`mətlərimizin olduğunu, lakin onların qədrini bilmədiyimizi anlayırıq.

“Cöşən səğir” duası bu mövzuda yüksək məzmuna malik olan bir duadır. Bu dua insanların mübtəla olduğu çətinlikləri (bizim də bu şeylərə mübtəla olmağımız mümkündür) açıqlayır. Əvvəldə Allahın bizi düşmənlərin pisliyindən necə qoruduğuna işarə edirik:



«Bir çox düşmənlər mənə ədavət qılıncı çəkdi, kin xəncəri itilədi, qəzəb nizəsi göstərdi, məni öldürmək üçün ölümcül zəhər hazırladı, hədəfə dəyən oxlarla məni nişana aldı, gözləri məni izləyir, yuxuya getmirdi və ürəyində mənə bütün işgəncələri verib ölüm şərbətini dadızdırmaq istəyirdi. (Lakin sən o düşməni məndən uzaqlaşdırdın) Sən zəiflik və çarəsizliyimə nəzər saldın.»

Sonra buyurdu:

Məni ne`mətlərinə şükür edənlərdən və yaxşılıqlarını düşünənlərdən qərar ver”.

Beləliklə, Allahın ne`mətlərini düşünmək, örtdüyü xətaları yadda saxlamaq üçün vaxt ayırmalı, proqram tərtib etməliyik; Allahın ne`mətlərini düşünüb və bu ne`mətlər üçün Allaha sitayiş etməliyik. İmam Hüseynin (ə) buyurduğu kimi, bütün ömrünü ilahi ne`mətlərin şükrünə sərf etsə də, Onun tövfiqi olmadan bir ne`mətin şükrünü yerinə yetirə bilməz. İmam Hüseyn (ə) “Ərəfə” duasında buyurur: «(İlahi) Əgər əsrlərcə ömr etsəm, Sənin tövfiqin olmadan ne`mətlərindən birinin belə şükrünü yerinə yetirə bilmərəm. (Sənin tövfiqin başqa bir ne`mətdir) Bu ne`mət yeni daimi bir şükr istəyir. Şükr etmək şükr edənlər məqamına çatmaq Allahın `min bəndəsinə əta etdiyi ne`mətlərdəndir. Yoxsa bəndə Onun ne`mətlərinin şükrünü necə edə bilər

İmam Səccad (ə) buyurur:

(İlahi) Ne`mətlərin o qədər çoxdur ki, dilim onları saymağa aciz, düşüncəm onları dərk etməyə naqisdir. Çətin ki, onları hamısını saya gətirsin. Beləcə, mən bunların fikrini necə edə bilərəm? Sənə şükür demək (Allahın ne`mətlərindəndir) ayrıca bir şükür istəyər. Demək, hər zaman Sənə həmd şükür etsəm, bunun üçün ayrıca bir həmd şükür etməliyəm!”1




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin