(5)
“Ey mənim mövlam, yalnız Sənin zikrinlə qəlbim dirilir və Sənin münacatınla özümdə qorxu ağrısına təskinlik tapıram”.
Bu qısa cümlədə iki mühüm nöqtəyə işarə olunmuşdur: Allahın zikri və mə`nəvi həyat (qəlb həyatı).
ALLAHIN ZİKRİ
Bütün şər`i təkliflərin, xüsusi ilə də, ibadətin əsas hədəfi Allahla insan arasında əlaqənin güclənməsidir. Bütün şər`i təkliflərin ruhu Allahı düşünmək və onu yad etməkdir. Başqa sözlə, əməllərin düzgünlüyünün, bə`zi hallarda isə kamil olmasının şərti insanın əməl zamanı Allahı düşünməsidir. Ən üstün ibadət və çox tə`kid olunmuş namaz haqqında Qur`anda buyurulur: “Məni düşünmək üçün namaz qıl.”1 Başqa ibadətlər barəsində fəqihlər deyir: “Əgər Allahı düşünmədən olarsa, Onun göstərişlərinə itaət sayılmır”.
Dostları ilə paylaş: |