BÜTÜN HALLARDA ALLAH ZİKRİ
Sözümüzü Allah zikrinin bütün hallarda yaxşı olduğunu bəyan edən bir rəvayətlə tamamlayırıq. İnsan maddi və heyvani istəklərə sahib olduğundan bə`zən bu istəklərə uyğun əməl edir. Əvvəlcə insan bu halda Allahı zikr etməyin yaxşı iş olmadığını düşünür. Lakin Allah buyurur: “Bu halda da Allahı unutmayın”. Bəli, bizə göstəriş verilib ki, günah işlər görən zaman üzüqibləyə olmayaq.
İnsanın bütün halları üçün mə`sumlardan nəql olunmuş dualar (ən çox bu duaları onlar özləri oxuyurdu) bəndənin heç bir zaman Allahı unutmamalı olduğunu göstərir.
Peyğəmbər (s) barəsində nəql olunur:
“Allahı zikr etməmiş oturmaz və qalxmazdı.”1 Hətta həzrətin qalxdığı və ya oturduğu zaman oxuduğu zikrlər nəql olunmuşdur. Hər vaxt yeni paltar geysəydi xüsusi zikr edərdi. Yatdığı zaman xüsusi zikr, bə`zən isə “ayətəl-kürsi” oxuyurdu. Yuxudan qalxan zaman isə əvvəlcə səcdəyə gedib, Allaha sitayiş edirdi. İmam Baqir (ə) buyurur:
“Allahın rəsulu yuxudan oyanan kimi səcdə edərdi.”2
Həzrət yuxudan ayıldıqdan sonra ayrıca bir zikr deyirdi. Hidayət imamlarından nəql olunmuş başqa xəbərlərdə də mö`minin həmişə Allahı zikr etməli olduğu göstərilir. Bütün hallarda, hər bir iş Allahın zikri ilə başlamalıdır.
Allah Musa ibn İmrana buyurdu: “Ey Musa, heç bir halda Məni unutma və Məni yad etməkdən qafil olma.” Musa ərz etdi: “İlahi, bə`zi hallarda Səni düşünməyə utanıram.” Xitab olundu:
“Hətta o halda da Məni düşünmək yaxşıdır.”1
Qur`an nəzərincə də heç bir şey mö`minin Allahı düşünməsinə mane ola bilməz. Sadiq mö`minlərin sifətləri barəsində buyurur:
“(Mö`minlər o kəslərdir ki,) Nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.”2
Zahirdə iş-güclə məşğul olub, xalqla ünsiyyətdə olmalarına baxmayaraq, onların diqqəti həmişə Allahdadır. Heç bir şey onların Allahdan qafil olmalarına səbəb olmur. Allah me`rac gecəsi peyğəmbərinə mö`minləri vəsf edərək belə buyurdu: «Mö`minlər dünyadan gedən zaman onlardan soruşular ki, dünyanı necə tərk etdiniz? (Dünyadan nə xəbər var?) Belə cavab verərlər: “İlahi, and olsun izzət və cəlalına, mən dünyadan agah deyiləm. (Çünki) Məni yaratdığı gündən Sənin məqamından qorxmuşam”. Bu zaman Allah buyurur: “Düz dedin, ey Mənim bəndəm. Bədənin dünyada idi, lakin ruhun Mənim yanımda!”»3
Dostları ilə paylaş: |