Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə72/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   68   69   70   71   72   73   74   75   ...   108

QƏLB DƏYƏRİ


Qəlb və ürəyin dəyəri onun yol tapdığı həqiqətdir: Həqiqətən də, qəlb ona tapşırılmış şeydən dəyərlənir. Buna görə də bə`zən o qədər süqut edib, dəyərsiz olur ki, tövlə və ondan da çirkin hala düşür! Bə`zən isə o qədər ucalır ki, “rəhman ərşi” olur. Bu hal insanın öz ixtiyarındadır. Daim mal, məqam, inək, qoyun və öz tarlasının fikrində olub, başqa heç bir şey düşünməyən şəxsin qəlbi tövlədən savay bir şey deyil. Daim torpaq, mülk, ev, alver və ticarətdə hiyləgərlik fikrində olan qəlb mülkü müamilələr aparılan müəssisədən savay bir şey deyil. Daim bu maşın, o maşın, filan model fikrində olan şəxsin qəlbini avtomobil parkı adlandırsaq, əbəs söz demiş oluruqmu?

Bunun müqabilində qəlbi “qəlbəl-mö`min ərşər-rəhman” nümunəsi olan kəsə tapşırmaq olar. Əgər Allah qəlbimizdə olsa və qəlbimiz Ona tapşırılsa, həyatımızın günləri Onun zikri ilə keçər. Belə bir qəlb Allahın yeri və Onun ərşidir. Demək, Allah zikri qəlbi bu qədər ucaldıb dəyərləndirir.

Beləliklə, qəlbi özbaşına buraxsan qapısız bir məhəllə (karvansara) olacaqdır. Ona ətrafdakı bütün karvanlar girib-çıxasıdır. Mümkündür ki, şəxsin özünün də bu işdən xəbəri olmasın. Lakin insan öz qəlbini ixtiyarında saxlayarsa, necə qiymətli ünsür olduğunu və nə qədər inkişaf və təkamül iste`dadı olduğunu anlayacaqdır. Torpaq qəlbdə gizli və qiymətli bir almaz var. Məharətli mə’dənşünas onu torpaqdan çıxarıb qiymətli olduğunu sübuta yetirir.

Bu diyarın gövhər axtaranları peyğəmbərlər və mə`sum övliyalardır. İnsan qəlbinin almazşünası həzrət Əlidir (ə). O buyurur: “Qəlbə Allahın zikri ilə cəla verin ki, həqiqətlər aşkar olunsun”. Bu dəryanın həqiqi gövhər tanıyanı imam Səccaddır (ə). O isə belə buyurur: “Qəlbin həyatı və diriliyi Allahın zikri və Onu yad etməklədir”. Əgər qəlbdə Allah zikri olmasa, başqa şeylər olasıdır. Qəlbin dəyəri onun düşündüyü şeylərdədir.

Hər halda Allahı yad etməyin bir çox tə`sirləri vardır ki, onların hamısını izah etməyə fürsətimiz yoxdur. Ən mühüm tə`sirlərdən biri isə imam Səccadın (ə) buyurduğu kimi “qəlbin diriliyidir”.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin