Ислам маарифи илә ХҮласә танышлыг


ALLAH ZİKRİNİN MƏRTƏBƏLƏRİ



Yüklə 3,89 Mb.
səhifə76/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   72   73   74   75   76   77   78   79   ...   108

ALLAH ZİKRİNİN MƏRTƏBƏLƏRİ


Əvvəldə dediyimiz kimi insanın qəlbi bir dərya kimidir. Zikr ona tə`sir edir. Bə`zən zikr xırda bir daş kimi dəryaya düşməklə səthi bir dalğa yaradır və tez bir zamanda bu dalğa məhv olur. Bir çox zikr və ibadətlərimiz səthi dalğa kimidir. Qəlbimizin dərinliyi isə tamam başqadır. Sözləri dilimizdə deyirik, lakin fikrimiz başqa yerdədir. İbadətimiz sona çatdıqda özümüzə gəlirik. Lakin bə`zən zikr və Allahı düşünmək ağır bir tufan kimi qəlbimizin dərinliyini təlatümə gətirir və əbədi tə`sir qoyur. Bəli, insanların zikr və Allahı düşünməsi eyni deyildir. Allahı yad etmək və Onu düşünmək sahəsində xalqı müxtəlif qisimlərə bölmək olar: Xalqın bir qismi nəinki Allahı zikr etməkdən ləzzət almır, hətta Allahı düşünmək onların qəlbində sıxıntıya səbəb olur. Qur`ani-Kərim belələri barəsində buyurur:

Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolub sıxılar.”1

İkinci dəstə o kəslərdir ki, şiddətli çətinliklərlə üzləşdikdə adi vasitələrə əlləri çatırsa, Allahı zikr edib, onu düşünürlər:

Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) Allahı kamil ixlasla çağırarlar. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə (Ona) şərik qoşarlar.”2

Üçüncü dəstə qiyamət günü öz aqibətləri üçün nigaran olan kəslərdir. Onlar günaha yol vermişlər. Bu günahların bağışlanmasını istədikləri üçün Allahı düşünürlər. İstəyirlər ki, Allah bu yolla onların günahlarını bağışlasın. Bu şəxslər bə`zəndə axirət savabları və ne`mətlərini əldə etmək üçün Allahı düşünürlər. Behişt, huri, qəsr istəyirlər. Buna görə də Allahı zikr edirlər. Həqiqətdə bu dəstə əzabdan qurtulmaq və axirət ne`mətlərinə çatmaq üçün Allahı yada salır. Bu növ diqqət nisbi şəkildə bəyənilmişdir və insanın Allaha imanlı olduğunu göstərir. Əslində bu növ zikrdə insan əvvəlcə özünü düşünür və sonra bu yolla Allahı düşünməli olur. Bir çox hallarda qeyri-ilahi yolla ehtiyacları ödəndikdə Onu düşünməkdən vaz keçir.

Dördüncü qisim insanlar isə Allahı düşünməyə ehtiyaclı olduqlarını hiss edirlər. Onlar öz şəxsi ehtiyaclarının aradan götürülməsi üçün bu işi görmürlər. Allahı düşünmədikdə nəsə itirdik-lərini hiss edir və yalnız Onu yad etməklə sakitlik tapırlar. Başqa sözlə, belələri üçün əsas məsələ ehtiyacların aradan qaldırılması yox, Allah zikrinin özüdür. İmam Səccadın (ə) tə`birincə, onlar hiss edirlər ki, Allah zikri ilə qəlb dirilir, bu zikr olmadıqda qəlb ölür.

Allah zikri onlar üçün həyat bünövrəsidir. İnsanın havası çatmadıqda o həyəcanlanır, narahat olur, hətta dünyasını dəyişir. Bu şəxslər də Allahın zikrindən uzaq düşdükdə iztirab çəkir, nigaran olurlar. Lakin Allahın zikri qəlblərinə yol tapan zaman onlarda xüsusi sakitlik və arxayınlıq yaranır. Qur`an bu barədə buyurur: “O kəslər ki, Allahı zikr etməklə ürəkləri rahat halda iman gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar!”1

Saf hava bizim həyatımız üçün zəruri olduğu kimi, Allahın zikri də qəlblərin dirilməsi üçün lazımlıdır. Bu şəxslər biz ölümdən qaçdığımız kimi Allahdan uzaq düşməkdən qaçırlar. Biz ölümü yalnız heyvani və nəbati ölüm bilirik. Lakin bunlar öz ölümlərini Allahın zikrindən uzaq düşməkdə görürlər.

Bu hal zikrin üstün mərtəbələrindəndir, əvvəlki mərtəbədən də çox üstün və dəyərlidir. Lakin bu mərtəbədə də “mən”, insanın özü məqsəddir. Yə`ni insan bu halda Allahı düşünmək istəyir və Allahı zikr etməkdən ləzzət alır. Həqiqətdə, Allahı zikr etməklə onun “öz” qəlbi sakitləşir. Başqa sözlə, bu halda da ehtiyaclarının ödənməsi üçün (amma yuxarıdakı ehtiyaclardan üstün ehtiyacların) Allahı düşünür. Yə`ni məqsəd ehtiyacların ödənməsidir. Belələri aramlıq tapmaq üçün Allahı düşünür. Buna görə də uyğun mərtəbədə də özünü istəmək niyyəti yerində qalır.

Lakin insan Allaha mə`rifət yolu ilə elə bir məqama çata bilər ki, nə özünü, nə də ehtiyaclarını düşünməz. Onun bütün diqqəti Allahda olar, özü və meyllərini tamamilə unudar. Bu halda fərdi istək əsas olmur və ən önəmli yerdə Allaha məhəbbət dayanır. Uyğun məqamda insan Allahı özü üçün yox, özünü Allah üçün istəyir. Əslində o özünü tanımır və yalnız Allahı görür (İnsan elə bir məqama çatar ki, Allahdan başqa heç bir şey görməz).

Me`rac gecəsi Allah peyğəmbərinə buyurdu: “Bə`zi bəndələrim elə bir mərtəbəyə çatırlar ki, Mənim zikrim və ne`mətlərimin şükrü onların məşğuliyyəti olur. Onların bu işlərdən başqa heç bir sə`yləri olmaz”. Sonra Allah həmin bəndələrlə xüsusi rəftar edəcəyini bildirir.

“Vələəstəğriqənnə əqləhu bi mə`rifəti vələəqumənnə ləhu məqamə əqlihi.”1

Bunlar rəvayətlərdə gəlmiş həqiqətlərdir. Bu həqiqətləri dərk etmək bir çoxumuz üçün çətindir. Ümid edirik ki, Allah öz lütfi ilə bizim mə`rifətimizi artırsın və bizə belə hallar nəsib etsin.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin