Ислам маарифи илә ХҮласә танышлыг


DÜNYAYA BAĞLILIQ ALLAHI YAD ETMƏK ÜÇÜN MANEƏDİR



Yüklə 3,89 Mb.
səhifə77/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   73   74   75   76   77   78   79   80   ...   108

DÜNYAYA BAĞLILIQ ALLAHI YAD ETMƏK ÜÇÜN MANEƏDİR


İnsanın üstün insani kamilliklər barəsində düşünməsinə mane olan şeylərdən biri də dünyaya və dünyəvi ləzzətlərə bağlılıqdır. Bu bağlılıqlar davam etdikcə uyğun hallardan uzaq olacağıq. Me`rac hədisində Allah peyğəmbərinə buyurur: “Ey Əhməd, əgər bəndənin qəlbində zərrə qədər dünyaya, şöhrətə, rəyasətə, dünya bərbəzəyinə və məqamına maraq olarsa, yer və göy əhli qədər ibadət edib oruc tutsa, məlaikələr kimi yemək yeməyib ibadət libası geysə belə Mənimlə yaxınlığa yol tapmayacaqdır. Onun qəlbindən Öz məhəbbətimi çıxararam və qəlbini zülmətə bürüyərəm. Bununla da o Məni unudar və öz məhəbbətimin şirinliyini ona dadızdırmaram.”1

İlahi övliyaların sə`y və himməti o qədər ucadır ki, bizim qəlb bağladığımız şeylərə e`tina belə göstərmirlər. Hətta bizim nəhayət arzularımız olan axirət ne`mətləri də onların nəzərində dəyərsizdir. Onların iradəsi elə bir həddədir ki, Allaha ərz edirlər: “İlahi, əgər məni cəhənnəmə göndərsən, lakin qəlbimdə Sənin məhəbbətin olsa və Sən məndən razı qalsan, mən bu cəhənnəmi Sənin razılığından uzaq olan cənnətdən üstün tutaram.”

İnsanın qəlbində Allah məhəbbəti yarananadək belə bir iddia edə bilməz.

Qəlbdə Allah məhəbbətinin yaranması üçün dünyəvi bağlılıqlardan uzaqlaşmalı və Allahın razılığını cəlb etmək fikrində olmalıyıq. Mö`min yuxudan ayılan kimi Allaha bəndəlik fikrində olmalıdır. Allahın ondan nə istədiyini düşünməlidir. Əgər yemək yeyirsə, dərs oxuyarsa, qazanc əldə edirsə və ümumiyyətlə, hər hansı bir iş görürsə, Allahın fərmanını yerinə yetirmək və Onun razılığını əldə etmək niyyətində olmalıdır. Belə bir iş mümkündür. Amma güclü iradə lazımdır. Əgər bir şəxs bu şəkildə yaşayarsa, dünyəvi ne`mətlər, ləzzətlərdən də uzaqlaşmayacaq və onun asayişi pozulmayacaqdır. Hətta onun kədərli anları və çətinlikləri başqalarından daha az olacaqdır. Belə bir şəxs vəzifəyə, sərvətə və bu kimi şeylərə ürək bağlamır və onları itirdikdə heç bir qüssə çəkmir. Onun sə`yi yalnız Allah və Onun zikri üçündür.

Mö`min özünü Allahın bəndəsi bilir. Özünün heç bir şeyi olmadığına, hər nəyi varsa Allahdan olduğuna e`tiqad edir. Onun nə malı, nə övladı, nə məqamı və nə başqa bir şeyi vardır! Hər nə var Allaha aiddir. Buna görə də, Allahın razılığını cəlb etmək üçün çalışır. Belə bir insan Allahın həqiqi bəndəsidir. Onun buyuruqlarını özünə fayda kimi qəbul edir. Haramlardan çəkinir və öz vəzifələrinə əməl edir. Bu zaman üstün insani həyatı əldə edir və həqiqi yaşayışa yiyələnir.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin