BAŞQALARININ PİSLİYİ QARŞISINDA YAXŞILIQ
Bu hissə bizə zülm olunan zamana aiddir. Zülm qarşısında nə etməliyik? Onlardan intiqam alıb, əməllərinə uyğun cavab verməliyikmi? Yoxsa onların günahlarını bağışlamalıyıq? Qur`ani-Kərim buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey peyğəmbər! Sən və ümmətin) daim xalqın pisliyini yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!”1
“Pərvərdigara, mənə hiylə qurmaq istəyənlərə qarşı xeyirxah olmağım üçün tövfiq ver”;
“Məndən uzaqlaşmaq istəyən şəxslərin əməllərinə yaxşılıqla cavab verim”;
“Mənə paxıllıq edənlərin həsədinə bəxşişlə cavab verim”;
“Bədgümanlıq, bədbinlik və ya düşmənçilik səbəbindən mənimlə əlaqələri kəsən şəxslərlə əlaqə saxlayam”;
“Qeybətimi edən şəxslərin arxasınca onların yaxşılığından danışım”;
“Mənə yaxşılıq edənlərə təşəkkür edim və pis rəftar edənlərin pisliklərini bağışlayım”.
Dostları ilə paylaş: |