Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə107/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   100   101   102   103   104   105   106   107   108
Onu Cəbrail endirdi: Qorxudan peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi).”1 Qur`an bu ayədə ayələrin peyğəmbərin qulağına yox, qəlbinə nazil oluduğunu göstərir.

Bu şübhənin aradan götürülməsi üçün kompüteri misal çəkmək olar. Bir neçə cildlik ensik-lopediyanın maarifini bir kompüter disketində yerləşdirmək olar. Bu disketi aldıqda ensik-lopediyanın bütün maarifi bizim ixtiyarımızda olur. Biz istədiyimiz vaxt bir kompüter aparatından istifadə etməklə disketdə olan mövzulardan fayadalana bilərik. Bu iş həmin ensiklopediyanın bütün sözlərini üstün səviyyədə bizə oxunması demək deyildir. Demək, maddiyyat aləmində bə`zi hallarda oxumalı və ya eşitməli mə`lumatlar toplusunu balaca bir şeyə sığışdırmaq olur. Təfriqə aləmi olan bu aləmdə belə bir imkan varsa, şübhəsiz ki, daha üstün vəhdətin mövcud olduğu qeyri-maddi aləmdə həqiqətləri məcmuə şəklində daha yaxşı toplamaq olar.

Əlbəttə, bu işin necə baş verməsi bizim üçün qaranlıqdır. Lakin belə bir işin mümkünsüz olmadığını bilirik. Eyni zamanda, bu dünyada onun nümunəsini tapmaq olar. Demək, Qədr gecəsi qısa bir müddət ərzində (bir neçə dəqiqə və ya daha az) bütün Qur`an peyğəmbərin müqəddəs qəlbinə nazil olub və peyğəmbər də onu qəbul edib. Mərhum Əllamə Təbatəbai Qur`anın nazil olması barəsində “Təfsirul-Mizan” kitabında buyurur: “Qur`ani-Kərim peyğəmbərin qəlbinə iki şəkildə nazil olmuşdur: Bir dəfəyə nazil olma; tədricən nazil olma. Rəvayətlərin “nüzuli ila bəytil-mə`mur”, “nüzuli iləssəmaid-dünya” və “nüzuli əla qəlbin-nəbiyy” kimi xatırlatdığı bir dəfəyə nazilolma girami peyğəmbərə xüsusi münasibətlərlə ayə-ayə nazilolma ilə fərqlidir. Bu iki nazilolma arasında olan əlaqə “əl cəm vət-təfriq” əlaqəsidir. Peyğəmbərin qəlbinə 23 il ərzində nazilolma ətraflı nazil olmadır. Qədr gecəsində Qur`anın nazil olması birdəfəyə və cəm şəkildə olan nazil olmadır. Qur`anın cəm şəkildə olan nazil olmasının mə`nasını anlatmaq üçün bizim düşüncəmiz naqisdir.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin