Ислам маарифи илә ХҮласә танышлыг


ALLAHIN MÖ`MİNLƏR ÜZƏRİNDƏ VİLAYƏTİ



Yüklə 3,89 Mb.
səhifə13/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   9   10   11   12   13   14   15   16   ...   108

ALLAHIN MÖ`MİNLƏR ÜZƏRİNDƏ VİLAYƏTİ


Allahın insanlar üzərində bir neçə növ hakimiyyəti (vilayəti) vardır:

Mütləq hakim olduğu üçün bütün insanlar üzərində ümumi hakimiyyəti vardır və O hər şeyə hakimdir.

Mö`minlər üzərində xüsusi vilayət. Qur`an Allahın bu növ hakimiyyəti barəsində buyurur: Allah iman gətirmiş kəslərin vəlisidir.”1 Bu hakimiyyət mö`minlərə məxsusdur. Allahın hidayəti də iki növdür:

Tanıma vasitələri və ağıl verdiyi insanlara aid olan ümumi hidayət.

Mö`minlərə aid xüsusi hidayət. Yə`ni peyğəmbərlərin və Allahın də`vətini qəbul edən şəxslər bu hidayət ilə haqq yolu taparlar. Allah onlara daha çox nuraniyyət, düzgün düşüncə, dərin mə`rifət əta edər. Bu hidayət Allaha iman gətirən və bütün işlərini Onun öhdəsində qoyan şəxslər üçündür. “Ərəfə” duasında oxuyuruq: “İlahi, öz seçiminlə məni seçim etməkdən ehtiyacsız et”. (Mənim işimi özün idarə et və məni öz tədbirimə möhtac qoyma).1

Allah bu mərhələyə çatmış şəxslərə öz xüsusi hakimiyyətini tətbiq edər. Onların həyatlarının bütün sahələrində hakim olar, dünya işlərini idarə edər və onları öz tədbirləri ümidinə qoymaz. Buna görə də bə`zən öz mö`min bəndəsinə sağlamlıq əvəzinə xəstəlik, var-dövlət əvəzinə fəqirlik verər. Hətta bə`zən mö`min şəxs xəstələnib öz sağlamlığı üçün dua etdikdə bu duanın nəticəsində onun xəstəliyi daha da şiddətlənir! Beləliklə, xəstəliyin şiddətlənməsi Allahın ona bəxş etdiyi bir ne`mətdir. Duanın tə`xiri nəticəsində insan daha çox dözüm və hazırlıq əldə edir və səbir etmək nəticəsində daha üstün kamilliklərə yetişir. Buna görə də bizim dünyəvi işlərə aid bə`zi dualarımız axirətimiz üçün azuqə olur, ya da fərdin xeyirinə başqa bir şəkildə bu dünyada gerçəkləşir.

Əlbəttə, bu sayaq hallar hamının qavrayacağı şəkildə deyil və yalnız bu məqama çatmış şəxslər uyğun sözləri dərk edə bilərlər.

Bu növ hakimiyyəti Allah bütün şəxslərə yox, yalnız öz xüsusi bəndələrinə tətbiq edir. Əlbəttə, Allah xəsislikdən uzaqdır. Lakin başqaları istəmədiyi üçün uyğun hakimiyyət onlara tətbiq olunmur. İnsan ixtiyari şəkildə qabağa getməli və könüllü olaraq özünü Allahın ixtiyarında qoymalıdır ki, Allah məsləhət bildiyi hər bir şeyi onun barəsində tətbiq etsin. Allah istəməyən şəxslər üçün öz xüsusi hakimiyyətini məcburi tətbiq etmir.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin