Bu bərəkətli aydan daha yaxşı istifadə etmək üçün əvvəlcə, duadan kömək almalıyıq, yə`ni Allahdan istəməliyik ki, bizə raz-niyaz tövfiqi əta etsin. Əlbəttə, biz də bacardığımız həddə çalışmalıyıq ki, ibadət halı və bunun üçün tövfiq əldə edək; çalışmalıyıq ki, bu ayda gündəlik işləri bir qədər azaldaq və vaxtımızın bir hissəsini dua və ibadətə sərf edək. Yemək və yatmağımıza fikir verməliyik; yemək və yuxu ağırlığa və süstlüyə səbəb olmamalıdır. Yemək rejimini elə nizamlamalıyıq ki, oruc tuta bilək və eyni zamanda ibadət və ramazan ayının vəzifələrini yerinə yetirməyə müvəffəq olaq. Ehtiyac olan yeməyi yemək çox yemək deyil; yuxunu da elə bir şəkildə nizamlamalıyıq ki, ibadət zamanı yaxşı halda olaq. Yoxsa, gündəlik işləri yerində saxlayıb, səhər ibadəti zamanı yaxşı halda olmaq intizarı əbəsdir.