İLAHİ NE`MƏTLƏR HAQQINDA TƏFƏKKÜR ZƏRURƏTİ
Məgər, Allahın insana əta etdiyi saysız ne`mətlərə görə hər birimiz bir neçə dəqiqə onun ne`mətləri barəsində düşünsək yaxşı olmazmı? Bizim bir bu qədər ne`mət üçün Allaha veriləsi bir şeyimiz yoxdur; ən azı onları tanıyıb, bu şeylərin bizə Allah tərəfindən verildiyini e`tiraf etməliyik. Beləliklə, duanın bu hissəsində bə`zi ne`mətlərin zikrinə başlayırıq: “Nə çox çətinlikləri Sən uzaqlaşdırdın. Nə çox sıxıntılardan mənə nicat verdin. Nə çox qüssə və qəmləri uzaqlaşdırdın. Çox günahlarımı bağışladın, mənə çox rəhmət göstərdin. Məni əhatəyə almış çətinliklər və bəlaları götürüb, mənə nicat verdin”.
İnsan bu tədbirlər haqqında müəyyən qədər düşündükdə, qarşısına çıxan çətinliklər və müsibətləri, Allahın ona nicat verməsini götür-qoy etdikdə uyğun tə`birləri anlamaq üçün daha münasib hal əldə edir.
İnsan bütün ne`mətlərin Allah tərəfindən olduğunu düşünsə, qəlbi Ona doğru genişlənər və Onunla ünsiyyət saxlamağa meylli olar. Lakin ne`mətləri Allahdan bilməyən, bu barədə düşünməyən və hətta Allahı xoşbəxtlik və ləzzətlərin maneəsi və onu cəhənnəmə göndərən bir mövcud sayan insan Allahla necə söhbət edə bilər? Qəlbində ilahi məhəbbət yaransın deyə, Allahın ona necə ne`mətlər əta etdiyini düşünməyən insan Onunla necə ünsiyyət saxlaya bilər?!
Dostları ilə paylaş: |