B-ÇƏTİNLİKLƏR ALLAHIN NE`MƏTİ
Vaciblər və haramların bəyan olması insanın xeyirə yaxınlaşması və zərərdən uzaqlaşmasından başqa məqsəd daşımır. Beləliklə, Allahın çətinlikləri də Onun lütfündəndir; məsələn, susuzluq və aclıqla keçən, bizim üçün çətin bir iş sayılan oruc Allahın ən böyük lütflərindəndir; orucun bir çox faydaları var və bizim əbədi səadətimizə tə`sirlidir. Əgər Allah bu işin yalnız faydalarını deməklə kifayətlənsəydi, bizim bu işi görüb-görməyəcəyimiz mə`lum deyildi. Buna görə də Allah bizə minnət qoyub orucu bizə vacib etdi ki, süstlüklə də olsa, onun nəticələrini əldə edib, mə`nəvi feyzlər və ilahi rəhmətlər üçün daha çox tutum sahibi olub, səadətə çataq. Başqa vacibat və haramlar da bu qaydadadır.
Beləliklə, Allah tərəfindən müəyyənləşdirilmiş bütün çətinliklər Onun ne`mət və lütflərindən sayılır. Çətinlikləri adlayır, nəticə və faydalar əldə edə bilərik; özümüzdə Allahın rəhmətini qəbul etmək üçün daha çox iste`dad və tutum yaratmalıyıq ki, bir çox feyzləri əldə edə bilək. Əgər ilahi çətinliklər vacib olmasaydı, bu işləri görməyə çalışmaz və bu rəhmətləri əldə etmək üçün iste`dad tapmazdıq.
“Hacətlərimi gec verdiyin üçün nadanlıq üzündən Sənə layiq olmayanı dedim. Həqiqətdə isə hacətlərimin tə`xirlə qəbul olması mənim üçün daha yaxşı idi; çünki Sən işlərin sonundan xəbərdarsan. Mən öz alçaq bəndəsinə Səndən çox səbr edən heç bir kəramətli Ağa görmədim”.
Dostları ilə paylaş: |