Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə4/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   2   3   4   5   6   7   8   9   ...   108

DUANIN HƏQİQƏTİ NƏDİR?


Dünya həyatı elədir ki, istər-istəməz insanın diqqətini maddi işlərə cəlb edir. Lakin həqiqət budur ki, insan Allaha yaxınlaşmaq üçün yaradılmışdır. O, həyatın bütün yönümlərindən bu məqsədə çatmaq üçün istifadə etməlidir. Bu məqsədə çatmaq üçün ən yaxşı yollardan biri hər gün ömrün bə`zi anlarında diqqəti xaliscəsinə ilahi dərgaha yönəltməyə sərf etməkdir. İlahi dərgaha olan bu diqqət daha çox namazda əks olunur. Namazda qunut və digər hallarda dualar oxunur. Rəvayətlərdə namazdan əvvəl və namazdan sonra üçün dualar nəql olunmuşdur. Lakin namazın özünü də bir növ dua hesab etmək olar. “Səlat” (namaz) sözünün lüğət mə`nası “dua”dır.

Duanın həqiqəti həzrət Mə`budun dərgahına nəzər salmaqdan ibarətdir. Dua mö`minlər üçün bir növ ruhi və mə`nəvi me`racdır. Dua yalnız bir sıra sözləri ifadə etmək və bə`zi xüsusi qaydalara riayət etmək deyil. Duanın ruhu və həqiqəti insanın qəlbən aləmlərin yaradanına diqqət yetirməsidir. Bu diqqətin gücü insanın Allaha məhəbbət və mə`rifətinin dərəcəsindən asılıdır. Buna görə də duadan əvvəl və dua zamanı Allahın sifətlərinə nəzər salmaq lazımdır.

Dua həqiqətdə ibadətdən savay bir şey deyil. Hətta bu ibadət Allaha diqqət baxımından bir çox ibadətlərdən üstün tutulmuşdur. Peyğəmbərdən nəql olunmuş bir rəvayətdə deyilir: Dua bütün ibadətlərin məğzi kimidir”.1

Qur`ani-Kərimdə də Allah “duaya təkəbbürlə yanaşma” məsələsini qeyd edərkən buyurur: Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar tezliklə, zəlil olaraq cəhənnəmə girəcəklər”.2

Bu ayədə, Allah “yəstəkbirunə ən duai” buyurmamış, “dua” yerinə ibadət tə`birini işlədərək rəsmi olaraq duanı ibadət ünvanında tanıtdırıb onu bəndəlik üçün lazım olan şərtlərdən saymışdır. Çünki yalvarışı tərk etmiş şəxs üçün gəlmiş cəhənnəm odu əzabı duanı tərk edən şəxsin cəzasına yox, daha çox ibadəti tərk etmiş şəxsin cəzasına uyğundur...3

Mümkündür ki, zehnimizdə belə bir sual yaransın: İnsanın Allahdan bir şey istəməsi onun üçün ibadət ola bilərmi? Bu sualı cavablandırmaq üçün ibadətin həqiqəti açıqlanmalıdır.

İbadətin həqiqəti budur ki, insan özünü Allahın bəndəsi və Onun hökmü altında bilsin, özünə heç bir hakimiyyət aid etməsin və Allah qarşısında özünü müstəqil iradə sahibi saymasın. Əksinə, özünü və öz varlığını Allaha məxsus hesab etsin. İnsan tamamilə Onun iradəsinə təslim olmalı, Allah qarşısında öz bəndəliyini e`tiraf etməli və azad şəkildə öz təkvini bəndəliyini göstərməlidir. Başqa sözlə, Allah qarşısında göstərməlidir ki, “Sən mənim Allahımsan, mən isə Sənin bəndənəm; Sən əzizsən, mən isə zəliləm; Sən hakimsən, mən isə Sənin mülkünəm; Sən Rəbsən mən isə tərbiyə alanam.”1 Namazın həqiqəti də elə bu mətləbi bildirməkdir: “İlahi, mən bəndəyəm, bəndəlik mənim şə`nimdədir və Sən mənim malikimsən!”

İbadət əslində yuxarıda sadalanan mətləbləri göstərməkdir. İstər qəlbdə olsun, istər dil ilə göstərilsin, istərsə də əzalarla! Rüku və səcdələr də bu növ qəlb halının göstəricisi olduğu üçün ibadət hesab olunur: Allahın sonsuz əzəməti müqabilində zəlillik nümunəsi! Dil zikri də bu həqiqəti bəyan edir.

Bütün ibadətlərin əsası və ruhu qəlbin diqqətidir. Hərəkətlər və dil zikri isə bu həqiqətin göstəricisidir. Dua Allahın malikiyyətinə, Rəbliyinə, izzətinə və qüdrətinə əməli e`tiqaddır.

Əllərini ilahi dərgaha açıb, qarşısında boyun əyib başını aşağı endirən, üzünü torpağa sürtən, gözlərindən yaş axıdan və öz duası ilə hacətlərini istəyən şəxs İlahi əzəmət qarşısında bütün zəlillik və zəifliyini əməli olaraq göstərmişdir. Özünü fəqir, zəif, zəlil və biçarə, Allahı isə varlı, qüvvətli, əziz və qadir bilmişdir. O bu haləti ilə sadalanan həqiqətləri bəyan etmişdir.

Dua zahirən maddi və mə`nəvi ehtiyacların tə`min olunması istəyi olsa belə, əslində bəndəliyin, insanın acizlik və fəqirliyinin e`tirafıdır. Adətən, dua sözlərlə ifadə olunur. Amma əsas bu sözlər yox, onların arxasında duran gizli mə`nadır. Elə də deyil ki, bu sözlərin deyilişi dünyanın hadisələrində tə`sir etsin və kim bu sözləri tələffüz etsə tə`sirli olsun.

Başqa sözlə dua qəlbə aid bir işdir və dil yalnız ürəkdə olanı göstərir. Beləliklə, dua insanın qəlbindən gəlməlidir. Qəlb diqqəti olmadan, dil ilə sözlərin tələffüzü dua hesab olunmur. Buna görə də dua ciddi qəlb istəyi ilə müşayiət olunmalıdır.

Deyilənlərdən mə`lum oldu ki, dua həqiqətdə ibadətdən savay bir şey deyil. Bəlkə də, peyğəmbərdən nəql olunan bir hədisə əsasən, dua bütün ibadətlərin məğzidir. Dua Allahın mütləq hakimiyyəti qarşısında bəndəliyi göstərməkdir.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin