Ислам маарифи илә ХҮласә танышлыг


QEYB ZAMANI BİZİM VƏZİFƏMİZ



Yüklə 3,89 Mb.
səhifə50/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   46   47   48   49   50   51   52   53   ...   108

QEYB ZAMANI BİZİM VƏZİFƏMİZ


“İftitah” duasının bu hissəsini sadiqcəsinə oxuyub, peyğəmbərin olmamasından və İmam Zamanın qeybindən nigaran olduğumuzu bildirmək istəsək, dinin qorunması üçün əlimizdən gələni əsirgəməməliyik. Elə bir halda olmalıyıq ki, İmam Zaman gəldikdə verdiyi göstərişləri nə üçün-niyəsiz qəbul edək. Həzrətə xidmət üçün malımız, canımız və bütün istədiklərimizdən keçib hamısını onun ixtiyarına verməliyik. Məgər beləyikmi? Bu hazırlığı özümüzdə görürükmü? Müaviyənin səhabələri batil yolda hər şeydən keçirdilər, lakin həzrət Əlinin (ə) səhabələri həmişə işdən boyun qaçırırdılar; hansısa bir döyüş olduqda havanın soyuq və ya isti olması bəhanəsi ilə mə`rəkədən qaçırdılar. (Allah eləməsin ki, biz də belə olaq) “Nəhcül-bəlağə”də deyilir: “Allaha and olsun, Müaviyənin mənimlə müamilə etməsini istəyirdim; sizdən 20 nəfərini alsın və öz səhabələrindən birini mənə versin!”

Ramazan ayının gecələrindəki dualardan birində oxuyuruq: “İlahi, öz yolunda şəhadəti bizə nəsib et”.

Özümüzü elə bir şəkildə islah etməliyik ki, Allah yolunda ölümdən çəkinməyək, hətta bunu arzulayaq. Allahdan xalis niyyət istəməliyik. Onunla sədaqətlə xaliscəsinə söhbət edərək, bizə özünün və İmam Zamanın (ə) razılığına uyğun ölüm və həyat verməsini istəməliyik. Ondan istəməliyik ki, bizi həzrətin köməkçilərindən qərar versin. Həzrətin razılığına səbəb olan işlər görməkdə və bilmədiklərimizi anlamaqda bizə tövfiq versin.

Biz İmam Zamanın (ə) bizə rəhbərlik etməsini və bilmədiklərimizi öyrətməsini istəyirik. Hətta aramızda bir çox kəslər İmam Zamanı (ə) yuxuda ziyarət etmək arzusundadır. Beləliklə, görülməli işlərdən biri də hər bir insanın İmamın varlığından faydalanmaq üçün onun ziyarətini istəməsidir. Buna görə də Həzrəti ziyarət etmək üçün ləyaqət tapmalıyıq. Əsrin imamının varlığı bizim üçün indi də bərəkət sayılır. Layiq olan kəslər bu bərəkətə nail olurlar: “Həl iləykə yəbnə Əhmədə səbilun fə tulqa? Həll yəttəsilu yəvmuna minkə biğədihi fənəhza? Məta nəridu mənahiləkə ərrəyyətə fənərva? Məta nəntəfiu min maikə fəqəd taləs-səda? Məta nucadikə və nuravihukə fənuqirrə əynən məta tərana və nərakə”.

Allah əsrin imamını tanımaq və onun qədrini bilmək üçün bizə tövfiq versin; ona məhəbbət üçün tövfiq, zühuru və hökumətinin həqiqi intizarını bizə nəsib etsin; bizi qeybət zamanı öz vəzifələrimizlə tanış etsin. Qeybət və zühur zamanı hüzurundan istifadə etmək üçün bizə tövfiq əta et, ya Rəbb!

“Pərvərdigara, rəhmət göndər Məhəmməd və onun ailəsinə, və`d etdiyini gerçəkləşdir. Pərvərdigara, bərpa et haqq ayinini, ucalt də`vətini, onun düşməni və öz düşmənin üzərində yardım buyur. Pərvərdigara, bizim salamımızı ona yetir, öz razılığınla bizə minnət qoy, bizə mehr və rəhmətini bəxş et. Pərvərdigara, bizi onunla dostluqdan faydalandır, onun dəstəsində və bayrağı altında məhşur et”.

Amin ya Rəbbəl aləmin!


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin