Ислам маарифи илә ХҮласә танышлыг


ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ



Yüklə 3,89 Mb.
səhifə52/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   48   49   50   51   52   53   54   55   ...   108

ALLAH İLƏ MƏXLUQ ARASINDA TƏKVİNİ ƏLAQƏ


İmamlardan nəql olunmuş dualar çox sadə şəkildə bəyan olunsa da, üstün mətləbləri bəyan edir. İnsan bu dualar haqda düşünməli və onlardan faydalanmalıdır. İnsanın halı hər nə qədər münasib olarsa, duadan daha çox istifadə edib bəhrələnə bilər. Bə`zi dualar bə`zi Qur`an ayələri kimi bizim dərk edə bilməyəcəyimiz məzmuna malikdir. Lakin bə`zən bu sayaq dualara diqqət yetirmək insan üçün faydalı olur; məsələn, “İftitah” duasında oxuyuruq:

“Həmd olsun o Allaha ki, səma və sakinləri Onun qorxusundan ildırım kimi fəryad çəkirlər; yer və əhli Onun qorxusundan lərzəyə gəlir; dəryalar və Onun dərinliyində üzən hər nə varsa, Onun qorxusundan cuşa gəlib, fəryad qoparmaqdadır”.

Qur`anda deyilir: İlıdırm bütün mələklər Allahın qorxusundan Onu təsbih edirlər.”1 Göylərdə yerdə varsa, hamısı Allahı təsbih edir.”2 Onu təsbih sitayiş etməyən heç bir mövcud yoxdur. Lakin siz onların təsbihini anlamırsınız.”3

Bunlar bizim tam surətdə dərk etməkdə aciz olduğumuz hallardır. Təfsirçilər də adətən bu növ ayə və duaların mütəşabeh olduqlarını bildirirlər. Bə`ziləri isə öz düşüncələri qədərində izah verirlər. Lakin bu mətnlər məxluq ilə Allah arasında olan bir həqiqətdən danışır. Bu əlaqəni güclü bir cazibəyə oxşatmaq olar. Allah bəndələrini təkvini şəkildə özünə tərəf çəkir. Hər bir mövcud öz nuru, elm və idrakı həddində Allah ilə öz arasında olan əlaqəni təkvini şəkildə dərk edir. İnsanın təkvini rabitədən xəbər tutması onu başqa varlıqlardan fərqləndirən ilahi imtiyazdır. O ixtiyari olaraq bu əlaqəni gücləndirib Allaha doğru hərəkət edə bilər.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin