Ислам маарифи илә ХҮласә танышлыг


İLAHİ BARİGAH BƏNDƏLƏRİN İBADƏTİNDƏN DAHA ÜSTÜN MƏRTƏBƏDƏDİR



Yüklə 3,89 Mb.
səhifə58/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   54   55   56   57   58   59   60   61   ...   108

İLAHİ BARİGAH BƏNDƏLƏRİN İBADƏTİNDƏN DAHA ÜSTÜN MƏRTƏBƏDƏDİR


İnsanın dünyəvi maraqları onun Allahdan və qeyb aləmlərindən xəbərsiz qalmasına səbəb olur. İnsan yer aləmindən çıxıb qüds aləminə nəzər salmaq istədikdə dünyəvi meyl və fikirlər onu bir o qədər məşğul edir ki, dua və münacat halı əldən çıxır. Lakin insanın tələf etdiyi vaxtlarda bə`zən qəlb iştirakı ilə namaz, münacat və dua etməyə müvəffəq olduğu anlar yaranır. İnsan üçün belə anlar qənimət sayılır.

Bə`zən insan özü və başqalarının tövfiqlərinin azlığına nəzər salıb, Allahdan başqa hər şeyi yad edən milyardlarla insanı və cəmiyyəti düşündükdə ilahi dəstgahın nə qədər qərib düşdüyünü fikirləşir! Hətta müsəlmanların da bir çoxu Allah və axirət dünyasından xəbərsizdirlər. Vay halına tamamilə Allaha inanmayan və ya yanlış dinlərə itaət edən kəslərə!

Ariflərdən biri gecə ibadət üçün ayıldıqda qəflət içində yatmış camaatı görüb ilahi dəstgahın nə qədər xəlvət olduğunu fikirləşdi! Lakin sonralar ilham vasitəsi ilə anladı ki, ilahi dəstgah o qədər uca mərtəbədədir ki, hamı ora yol tapmağa müvəffəq olmur.

Beləliklə, çətinliklər və problemlərin çoxluğuna baxmayaraq, Allah bə`zən insana dua və münacat etmək üçün tövfiq verirsə, bunun üçün çox şükür etmək lazımdır. Eyni zamanda ilahi tövfiq əldə edən insan Allah yanında yüksək məqamda olduğunu düşünüb qürurlanmamalıdır. İlahi tövfiqlər çox şükür və təşəkkür tələb edən ne`mətlərdəndir:

İlahi, Sənin zikrinin dilimizə gəlməsi və Səninlə münacat edib, Səni çağırmağımıza icazə verməyin bizə olan ən böyük ne`mətlərindəndir.”1

Ne`mətlər bizə Allahın yanında əziz olduğumuz üçün yox, şükrümüzün qədərinin yoxlanılması üçün verilmişdir. İnsanın qədrini bilmədiyi hər bir ne`mət ondan alınacaq. Beləliklə, ne`mət verilən zaman onun insandan alınmaması üçün qorxu olmalıdır. İnsan axirət və mə`nəvi ne`mətlərin dünyəvi və maddi ne`mətlərdən müqayisəolunmaz dərəcədə üstün olduğunu düşünməlidir.

Həzrət Mə`sumənin ziyarətində Allaha ərz edirik:

İlahi, mənə əta etdiyin bu ne`məti məndən geri alma”.

Namaz və dualarımız ilahi övliyalara təqliddən savay bir şey olmasa da, lakin bu işə tövfiq tapmağımız da qədrini bilməli olduğumuz çox dəyərli bir ne`mətdir. Allahdan bu ne`məti bizdən almamasını və onu artırmasını istəməliyik. Nankorluq nəticəsində ilahi ne`mətlərdən məhrum olan şəxslər çoxdur.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin