Ислам маарифи илә ХҮласә танышлыг


ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR



Yüklə 3,89 Mb.
səhifə70/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   66   67   68   69   70   71   72   73   ...   108

ALLAHLA ÜNSİYYƏT ÖVLİYALARA LƏZZƏTDİR


Bəli, əgər həqiqi mö`minlər dünyanı düşünür-lərsə, bu düşüncə səthi və çarəsizlikdəndir. Lakin onlar qəlblərinin dərinliyində Allahı düşünürlər. Onlar bə`zən dünya ne`mətlərini də xatırlayırlar. Çünki bu ne`mətlər mə`şuq tərəfindən olan bir hədiyyədir. Əgər mə`şuq tərəfindən aşiqə bir çiçək çatarsa, bu hədiyyə aşiq üçün bütün dünyadan üstün və dəyərli olar.

Allahın övliyaları dünyada maddi ləzzətləri düşünmürlər. Axirətdə də başqa mö`minlər ilahi ne`mətlərdən faydalanarkən onlar öz Allahları ilə raz-niyaz edirlər.

Me`rac hədisində buyurulur:

“Behişt əhli behişt yeməkləri və şərablarından ləzzət alan zaman bu dəstə Məni yad edir və Mənimlə söhbətdən ləzzət alırlar.”1

Behişt şərabları və yeməkləri dünya yeməkləri və şərablarından çox dəyərlidir, hətta müqayisə olunmaz dərəcədədir. Yüksək iradəli şəxslər dünyanın haram ləzzətlərinə göz yumub, behiştin şərab və yeməklərinə çatmaq istəyirlər. Lakin Allahı yad edən və onunla ünsiyyətin şirinliyini dərk edən şəxslər cənnət şərabları və yeməklərinə də diqqət ayırmırlar. “Dost bizim, onun bütün ne`mətləri isə sizin!”

Belə mö`minlər hətta Allahla ünsiyyətdən başqa bir şeydən ləzzət aldıqda Allahdan bağışlanmaq istəyirlər. İmam Səccad (ə) öz münacatından Allaha ərz edir:

“İlahi, Səni yad etməkdən başqa bir şeydən ləzzət aldığıma görə bağışlanmaq istəyirəm. Səninlə ünsiyyətdən savay hər bir rahatlığa və Sənə yaxınlıq məqamından başqa hər bir şadlıq və sevincə görə bağışlanmaq istəyirəm.”1

Onlar Allahın zikrində nə görmüşlər ki, başqa ləzzətlərə qarşı bu qədər e`tinasızdırlar? Bu sualın cavabını “Məni yad edin ki, sizi yad edəm” ayəsində tapmaq olar. Me`rac hədisində daha aydın şəkildə bəyan olunmuşdur:

“Ənzuru iləyhim kullə yəvmin səb`inə mərrəh”.

Bu, həqiqətdə onların Allah zikrində tapdığı həmin ləzzətdir. Məhbubun onları düşünməsi!

Allahım, dilimi zikrinlə hərəkətə gətir, qəlbimi eşq məhəbbətinlə məğlub et. Qəbulunun gözəlliyi ilə mənə minnət qoy.”2


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin