Ислам маарифи илә ХҮласә танышлыг


İNSAN MADDİ VƏ MƏ`NƏVİ EHTİYACLARLA ÜZBƏÜZ



Yüklə 3,89 Mb.
səhifə78/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   74   75   76   77   78   79   80   81   ...   108

İNSAN MADDİ VƏ MƏ`NƏVİ EHTİYACLARLA ÜZBƏÜZ


İnsan fitrətən öz səadət və kamilliyinin axtarışındadır. Nə qədər mümkündür öz eyb və nöqsanlarını aradan qaldırmaq istəyir. Allah hər canlı mövcudu, xüsusi ilə insanı elə yaratmışdır ki, zatən kamillik axtarsın, öz səadət və kamilliyi üçün zərərli şeylərdən çəkinsin. Bu mövzu “zatı sevgi” (özünüsevmə) adlanır. Yə`ni hər canlı mövcud özünü, öz həyatını və kamilliyini sevir.

Hər birimiz özümüzdə az-çox çatışmazlıqlar, nöqsanlar və eyblər görürük. Öz bacardığımız həddə bu eybləri və nöqsanları aradan qaldırmaq üçün çalışırıq. Lakin burada iki problem ortaya çıxır: Əvvəla, biz öz həqiqi eyb və nöqsanlarımızı düzgün dərk etmirik, öz əsas ehtiyaclarımızı yaxşı tanımırıq. İkincisi, ehtiyaclarımızı tə`min edən zaman arada ziddiyyət yaranır. Onların tezləşdirilməsi və ya tə`xirə salınmasında səhvə yol veririk. Adətən, maddi ehtiyacları mə`nəvi ehtiyaclardan qabağa salırıq. Çünki onlara daha yaxınıq.

Mə`nəvi və ya maddi bir nöqsanın aradan qaldırılması lazım olduqda bizim fikrimiz və təlaşımız maddi nöqsana yönəlir. Çünki maddi nöqsanları daha yaxşı anlayırıq. Maddi çətinliklərdən daha çox əziyyət çəkirik, maddi və dünyəvi ləzzətlərlə daha yaxşı tanışıq. Təsadüfən bə`zi mə`nəvi çətinliklər və axirət ehtiyaclarından xəbər tutduqda onları tə`min etmək üçün çox da meyl göstərmirik.

Beləcə, Allah peyğəmbərləri göndərdi ki, əvvəla, insanları öz həqiqi ehtiyacları ilə tanış etsinlər. Onlar insanlara anlatsın ki, dünyəvi, maddi və heyvani nöqsanlardan da əhəmiyyətli çatışmazlıqlar var. İnsan daha çox mə`nəvi nöqsanların aradan götürülməsi və axirət ehtiyaclarının tə`mini üçün çalışmalıdır. Üçüncüsü, peyğəmbərlər insanlara axirət işlərinin əhəmiyyətli olması, maddi və dünyəvi işlərin dəyərsiz olmasını çatdırdılar.

Peyğəmbərlər gəldilər ki, maddi ləzzətlərdən başqa onlarla müqayisəyə gəlməyən başqa ləzzətlərin də olduğunu insana anlatsınlar. Onlar istəyirlər ki, insanın diqqətini maddi işlər, dəyərsiz və ötəri dünyəvi ləzzətlərdən çəkindirsinlər və onun bütün düşüncəsini mə`nəvi işlər və əbədi axirət ləzzətlərinə doğru yönəltsinlər.

Peyğəmbərlər bizə anlatmaq istəyirlər ki, əlaqədə olduğumuz və özümüz üçün mühüm bildiyimiz maddi ləzzətlər o qədər də dəyərli deyil. Onlardan uzaqlaşmalıyıq ki, daha mühüm ləzzətləri dada bilək, öz insani və həqiqi çatışmazlıqlarımızı anlayıb onları aradan qaldırmaq üçün çalışaq.

Peyğəmbərlər insana anladırlar ki, onun inkişaf və təkamül tutumu heyvandan daha çoxdur. Eyni zamanda, onun çatışmazlıq və ehtiyacları da heyvandan çoxdur. Allahın bizim üçün nəzərdə tutduğu ən üstün nöqtədən və iste`dadımıza uyğun yüksəklikdən çox uzağıq. Allah insana bizim təsəvvür etməyəcəyimiz qədər inkişaf və təkamül tutumu vermişdir. Peyğəmbərlər insanı bu nöqtəni düşünməyə çağırır və onu son kamillik nöqtəsinə çatmaq üçün çalışmağa, çatışmazlıq və nöqsanlarını aradan qaldırmağa də`vət edirlər.

Demək, bizim çatışmazlıq və nöqsanlarımızın yalnız maddi və dünyəvi işlərlə tamamlanmadığını anlamalıyıq. İstər fərdi, istərsə də ictimai dünyəvi çatışmazlıqlar insanın əbədi səadətini təhlükəyə salan çatışmazlıqlar qarşısında dəyərsiz və çox kiçikdir.

Bəli, insan heyvandan fərqlənir. İnsan həyatı ilə heyvani həyatı eyni deyil. İnsani həyatın yemək, yatmaq və digər maddi ləzzətlərdən başqa şərtləri də vardır. Əgər biz Allahı, peyğəmbərləri qəbul ediriksə, onların dediklərini düzgün sayırıqsa, bu heyvani həyatdan savay başqa bir həyatın da olmasını qəbul ediriksə, rəftarlarımız da e`tiqadlarımızı təsdiq etməlidir. Gündəlik əməllərimiz uyğun düşüncəmizi təkzib etməməlidir. Bu həyata inanan şəxsin əməli ilə həyatı maddiyyata həsr olunmuş bilən şəxsin əməli arasında fərq olmalıdır. Biz qəti surətdə insani həyatın olmasına inanırıq. Lakin iradə süstlüyü v iman zəifliyi səbəbindən əməldə səhlənkarlıq edirik. İmanımız zəifdir, nəticədə onun əmələ tə`siri də çox zəif olur. Lakin güclü iman nəticəsində səadətə və kamillik məqamlarına çatmış şəxslər olmuşdur və indi də vardır.


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin