Ислам маарифи илә ХҮласә танышлыг


İMANLA E`TİQADIN FƏRQLƏRİ



Yüklə 3,89 Mb.
səhifə89/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   85   86   87   88   89   90   91   92   ...   108

İMANLA E`TİQADIN FƏRQLƏRİ


Elm, düşüncə və e`tiqad ixtiyari olaraq əldə olunmur. Onların sadə müqəddimələrinin ixtiyari olması mümkündür. Lakin müqəddimələr hazırlan-dıqdan sonra insanda istəmədən ona e`tiqad yaranır. İnsan qarşısında bir şəxsi görür və o şəxsin olmasına inanır, yəqin edir. Ya da ixtiyarsız olaraq, əli oda dəyir və yanır. Bununla da onda odun yandırıcı olması üçün yəqin hasil olur. İnsan istəmədən nəsə öyrənə bilər. Hətta bə`zən insan nəsə bildiyi üçün narahat olur. Lakin iman əldə etmək üçün yəqin və ya gümanla olan e`tiqaddan əlavə qəlb də hazır olub, istəməlidir.

Sevməyi nəfsani keyfiyyət biliriksə, bu meyl və istək elm sayılmır. Bu yerdə ixtiyar ünsürü tə`sirlidir. Mümkündür ki, bir şəxs yəqin etdiyi halda qəbul etməsin. Qur`ani-Kərim fir`onçular barədə buyurur: İnandıqları halda, zülm, inadkarlıq təkəbbür üzündən inkar etdilər...”1

Həzrət Musanın böyük mö`cüzələri və ilahi ayələrini gördükdən sonra fir`onçular onun həqiqətən də Allahın peyğəmbəri olmasını və bu mö`cüzələrin Onun tərəfindən gəlməsini yəqin etdilər. Lakin inadkarlıq, zülm və təkəbbür üzündən onları inkar etdilər. Allahın peyğəmbərini sehrbaz və sehrlənmiş adlandırdılar. Onlar qəlblərində yəqin tapmışdılar, lakin iman gətirmədilər və inkar etdilər. Həzrət Musa (ə) Fir`ona belə deyir:

Yəqin bilirsən ki, bu ayələri yerin göylərin Rəbbi nazil etmişdi...”1

Bu ayədə iki tə`kid (“lam” və “qəd”) işlənmişdir. Yə`ni, “həqiqətən” və “yəqin” bilirsən ki, bu ayələri aləmlərin Rəbbi nazil etmişdir. Buna baxmayaraq Fir`on belə cavab verdi:

Ey qövm böyükləri! Mən özümdən başqa heç bir kəsi sizin Allahınız bilmirəm...”2

Beləliklə, Fir`on iman gətirmədi. Lakin o dəryada qərq olan zaman dedi:

İman gətirdim şəhadət verirəm ki, Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir Allah yoxdur, mən Onun əmrinə təsliməm.”3

Lakin onun bu sözü çarəsizlikdən olduğu üçün qəbul edilmədi. Demək, iman məcburi müqəddimələr vasitəsi ilə hasil olmur. Onun gerçəkləşməsində ixtiyar ünsürü rol oynayır.

İmanın gerçəkləşməsi üçün yüz faiz yəqin lazım deyil. Güclü zənn ilə də iman gətirmək olar. Yə`ni qəlbi həmin güclü zənnə uyğunlaşdırıb, onun olmaması ehtimalına əhəmiyyət verməyərək, qəbul edirsən. Lakin elm və ya hansısa mərtəbə gümanın olmadığı yerdə iman gətirmək olmaz. İslamın əvvəllərində peyğəmbərə iman gətirən şəxslərin bir çoxu əvvəldə kamil yəqin sahibi deyildilər. Buna görə də onların bə`ziləri özlərində yaranmış şübhələrə görə mürtəd olub İslamdan xaric çıxırdılar. Demək, iman hansısa bir mö`cüzə, təmayül və e`tiqad nəticəsində yaranır. E`tiqad güclü və zəif ola bilər. E`tiqad gümandan tutmuş yəqinin ən kamil növünə kimi arta bilər. Təmayül də səthi meyldən eşqin ən üstün mərtəbəsinə qədər dəyişə bilər. Bu iki ünsür güclü və zəif olaraq iman qüvvəsinə tə`sir edə bilər. İnsanın mövzuya e`tiqad və meyli çox olarsa, həmin mövzuya olan imanın da gücü bir o qədər çox olar. Eyni zamanda təmayül və e`tiqadın azlığı iman gücünün zəifləməsinə səbəb olur.

Beləliklə, kamil iman kəsb etmək üçün e`tiqadımızı gücləndirməliyik. İman üçün daha möhkəm dəlillər tapıb, onun qəbulu üçün qəlbimizdə olan maneələri aradan götürməliyik.



Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin