Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 3,89 Mb.
səhifə9/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   5   6   7   8   9   10   11   12   ...   108

DUANIN TƏ`SİRLƏRİ


a) Tərbiyəvi tə`sirlər

Tərbiyəvi cəhətdən dua nə kimi rol oynayır? Ümumiyyətlə, dua insan həyatında rol oynayırmı?

Bə`ziləri elə təsəvvür edirlər ki, duanın tərbiyəvi tə`siri yalnız nəfsə təlqin etməkdir; yə`ni insan dilinə yaxşı sözlər gətirərək özünə təlqin edir ki, həqiqətən də belə olmalıdır. Məsələn, “Məkarimul-əxlaq” duasını oxumaqla nəfsə təlqin olunur ki, gərək öz əxlaqımızı islah edək, yaxşı sifətlər kəsb edək və pis sifətlərdən uzaqlaşaq. Beləcə, duanın yalnız tərbiyəvi tə`sirini qəbul edir və bu sayaq tə`sirə malik olmayan duaları alçaldıcı sayırlar.

Bu təsəvvür dar baxışlılıq və İslam maarifindən xəbərsizlikdən qaynaqlanır. Duanın ən böyük tə`siri ondakı ibadət həqiqətidir. Bu da insanın mə`nəvi kamilliyinə səbəb olur. Əlbəttə bə`zi duaların ruha təlqin və bunun kimi tə`sirlərə malik olması mümkündür. Lakin bu tə`sirlər yemək zamanı damağların hərəkətinə bənzəyir. Damağlar yeməyi çeynəmək işini görməklə yanaşı özləri də idman edir və bu onların möhkəmlənməsinə səbəb olur. Damağların bu hərəkətini, idmanın qidalanmanın əsas faydası hesab etmək olmaz. Yeməkdə əsas fayda bədən üçün lazım olan maddələri tə`min etməkdir.

Duanın da həqiqi faydası Allaha diqqət və Ona bəndəlikdir. Əvvəldə qeyd etdiyimiz tə`sirlərin bə`zi dualarda olması mümkündür. Lakin bu tə`sirlərin faydası duanın əsas faydası ilə ölçüdə çox cüz`i hesab olunur.

İnsanın kamilliyi Allah qarşısında öz fəqirliyini dərk və e`tiraf etməsindədir: Ey insanlar, siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir hər cür şükrə, `rifə layiqdir.”1 İnsan bu həqiqəti e`tiraf edib, öz ehtiyacını lazımınca başa düşənədək kamilliyə çatmayacaqdır.

İnsanın belə bir mə`rifətə çatması və onun mə`rifətinin kamilləşməsi səbəblərindən biri də duadır. Dua özü ibadətdir və ibadət insanın yeganə təkamül yoludur. Beləliklə, dua insan üçün təkamül yollarından biridir.

Allah “Mənə ibadət etməyi mənliyinə sığışdırmayanlar” ayəsində buyurur: Mənə dua edin, Mən sizin dualarınızı qəbul edim.”2 Sonra isə belə buyurur:

Təkəbbür göstərərək Allaha ibadətdən boyun qaçırıb, ilahi əzəmət qarşısında `zim etməyi özünə sığışdırmayan kəslər zəlil xar olaraq cəhənnəmə daxil olacaqlar”. Ayədə zikr olunmuş iki cümlə “suğra”“kubra” (kiçik və böyük) hökmündədir: Dua Allaha ibadətdir; hər kəs Allaha ibadətdən boyun qaçırarsa, şiddətli əzaba mübtəla olacaq. Nəticədə hər kəs duadan boyun qaçırsa, ilahi əzaba düçar olacaq.

Deyildiyi kimi, duanın əsas fayda və tə`siri insanın Allah qarşısında öz möhtaclığını və bəndəliyini e`tiraf edərək mə`nəvi kamilliyə çatmasıdır. Lakin duanın ikinci dərəcəli tə`sirləri də vardır. Bunlardan bə`zilərinə işarə edirik.




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin