Ислам маарифи илә ХҮласә танышлыг


ÜMMƏTLƏRİN PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFƏTLƏRİNİN SƏBƏBLƏRİ



Yüklə 3,89 Mb.
səhifə90/108
tarix05.01.2022
ölçüsü3,89 Mb.
#76829
1   ...   86   87   88   89   90   91   92   93   ...   108

ÜMMƏTLƏRİN PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFƏTLƏRİNİN SƏBƏBLƏRİ


Əksər ümmətlərin peyğəmbərlərlə müxalifətinin səbəbi peyğəmbərlərin onları məadın qəbuluna də`vət etməsi idi. Bu də`vəti qəbul etmək bə`zi insanlar üçün çox çətin idi. Onlar özləri üçün tanrılar düzəldib, itaət edirdilər. Lakin həqiqi Allaha iman gətirmirdilər. Çünki tövhidi qəbul etmək üçün məadı və ölümdən sonrakı həyatı qəbul etmək lazım idi. Onlar Allahın qüdrətini məhdud bildikləri üçün öz tanrılarının onları yenidən dirildə biləcəyinə və əməllərinin nəticələrini başqa bir dünyada alacaqlarına inanmırdılar. Məad bütün insanların əməllərinin ölçülməsi, yaxşı və pis işlərin əvəzinin verilməsi mə`nasını daşıyır. Kafirlər güman edirdilər ki, əgər əvvəlcədən onu inkar etsələr, rahat və asudə şəkildə öz meyllərinin tə`mini ilə məşğul olacaqlar.

Məadın qəbulu üçün ən yaxşı yol Allahın qüdrəti haqqında düşünməkdir. O, insanları yoxdan yaratdığı kimi, bir də yenidən dirildə bilər. Qur`ani-Kərim buyurur:

Məgər insan elə güman edir ki, onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, biz onun barmaqlarının ucundakı xətləri (dünyada olduğu kimi) düzəltməyə qadirik! Lakin insan bundan sonra da günah etmək, pis işlər görmək ( qiyaməti danmaq) istəyir.”1


Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin