Ислам маарифи илә ХҮласә танышлыг



Yüklə 0,56 Mb.
səhifə11/86
tarix11.01.2022
ölçüsü0,56 Mb.
#110716
növüXülasə
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

11-Cİ DƏSR: KƏLAM ELMİ


Kəlam elmi dini əqidələr, onların sübutu və müdafiəsi ilə məşğul olan İslam elmidir. İslam alimləri İslam təlimlərini üç hissəyə bölürlər: əqidələr, əxlaq, hökmlər. Kəlam elminin mövzusu əqidələr, əxlaq elminin mövzusu əxlaq, fiqh elminin mövzusu isə əməli hökmlərdir. Kəlam elmi “usuli-din”, “tövhid və sifətlər” də adlandırılır.

Kəlam elmi öz başlanğıcını Qurani-kərim, peyğəmbər (s) buyuruqları və həzrət Əlinin (ə) xütbələrindən götürür.

Kəlam tarixində ilk mübahisə doğuran məsələ cəbr və ixtiyar məsələsi olub. Yetkinlik yaşına çatmış hər bir şəxs üçün maraqlıdır ki, insan azaddır (ixtiyar), yoxsa məcbur (cəbr). İlk əvvələr insanın azad olduğunu iddia edənlər “qədri”, insanın yazılmış taleh yaşamağa məcbur olduğunu iddia edənlər “cəbri” adı ilə tanınardılar. Cəbr və ixtiyar “qəza və qədər” adı ilə məşhurdur.

Cəbr və ixtiyar məsələsinin ardınca zülm və ədalət məsələsi ortaya çıxdı. Beləcə, kəlam elmində mübahisə mövzusu olan məsələlər çoxaldı.

Başqa bir baxımdan kəlam elmi əqli və nəqli olmaqla iki hissəyə bölünür. Əqli kəlama sırf əqli dəlillərə əsaslanan tövhid, nübüvvət və bəzi məad məsələləri aiddir. Bu məsələlərdə kitab və sünnət kimi nəqli dəlillər kifayət deyil. Nəqli kəlama isə imamət və əksər məad məsələləri aiddir.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin